"Kür" Olimpiya Tədris-İdman Mərkəzi — Vikipediya

"Kür" Olimpiya Tədris-İdman Mərkəzi
Xəritə
Ümumi məlumatlar
Koordinatlar 40°45′39″ şm. e. 47°02′22″ ş. u.HGYO
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Kür" Olimpiya Tədris-İdman Mərkəzi — Azərbaycanın Mingəçevir şəhərində, Kür çayı üzərində yerləşən avarçəkmə bazası.

Ümumittifaq əhəmiyyətli Kür Olimpiya Avarçəkmə Təlim Mərkəzi 1964-cü ildə yaradılmışdır.[1] Avarçəkmə bazası idman kompleksinin memarı Tələt Xanlarov idi.[2]

2004-cü ildə Azərbaycan prezidenti İlham Əliyev Mingəçevirə səfəri zamanı keçmiş "Kür" avarçəkmə bazasında olub və onun yenidən qurulması ilə bağlı tapşırıqlar verib. Baza üçün layihə-smeta sənədləri hazırlandıqdan sonra 2007-ci ildə tikinti işlərinə başlanılıb.

2010-cu ilin oktyabrında prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə yenidən qurulan mərkəzin açılışı olub.[3]

Kompleksdə inzibati bina, üzgüçülük hovuzu, 250 çarpayılıq altı mərtəbəli gəmi formalı otel, idman zalı, avarçəkmə klubu, kotteclər, tennis kortu, qayıqların saxlanması üçün anqar və hakim qülləsi var.[3]

Mərkəzə təlim-məşq toplanışı, təsnifat və digər yarışlar üçün hər il SSRİ və müttəfiq respublikalardan avarçəkənlər gəlirdilər.[1] 2007-ci ildən etibarən bazanın yardımçı hissəsində avarçəkmə üzrə beynəlxalq "Prezident Kuboku" reqatası keçirilir.[3] 2023 və 2024-cü illərdə kubok Avropa Kanoe Assosiasiyasının rəsmi təqviminə daxil edilib.[4]

Mərkəzdə 2015 Avropa Oyunları çərçivəsində kayak və kanoe yarışları da keçirilib.[5]

  1. 1 2 "«Кюру» – быть!". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-06-06.
  2. Азербайджанская Советская Социалистическая Республика // Большая советская энциклопедия[в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров. 1969–1978.
  3. 1 2 3 "Azərbaycan Prezidenti Mingəçevirdə "Kür" Olimpiya Tədris-İdman Mərkəzinin açılış mərasimində iştirak edib (FOTO)". trend.az. 15 oktyabr 2010. İstifadə tarixi: 28 sentyabr 2024.
  4. ""Prezident Kuboku-2024" Avropa Kanoe Assosiasiyasının təqviminə daxil edilib". trend.az. 2 mart 2024. 2024-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 sentyabr 2024.
  5. "Mingəçevir Avropa Oyunlarına hazırlaşır - FOTOREPORTAJ". Report İnformasiya Agentliyi (az.). 6 aprel 2015. İstifadə tarixi: 28 sentyabr 2024.