"Xudafərin" SES — Vikipediya
Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
"Xudafərin" SES | |
---|---|
"Xudafərin" su-elektrik stansiyası | |
Ümumi məlumatlar | |
Çay | Araz |
Sahibi | |
Status | İşlək |
Tikilmə tarixi | 1999 |
İstismara verilib | 2008 |
İstismarçı | Azərenerji ASC |
Əsas xüsusiyyətləri | |
Elektrik enerjisi gücü | 102 və ya 200 MVt |
Avadanlıq xüsusiyyətləri | |
Turbin tipi | Hidroaqreqat |
Əsas qurğular | |
Bənd tipi | Torpaq-bənd |
Bəndin hündürlüyü | 64[1] |
Bəndin eni | 400[2] |
Yerləşməsi | |
39°09′35″ şm. e. 46°56′05″ ş. u.HGYO | |
Ölkələr | |
Rayon | |
Yer | Xudafərin şəhristanı, Cəbrayıl rayonu |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Xudafərin SES — İran və Azərbaycan arasındakı beynəlxalq sərhəddə yerləşən Araz çayı üzərindəki torpaqla doldurulmuş bənd. İranın Şərqi Azərbaycan ostanına daxil olan Xumarlı kəndindən 8 kilometr (5,0 mil) qərbdə və Azərbaycanın Cəbrayıl rayonundakı Xudafərin kəndindən 1 km şimal-qərbdə yerləşir. 1993-cü ildən 2020-ci ilin 18 oktyabr tarixinə qədər Ermənistan Respublikasının nəzarəti altında olmuşdur.[mənbə göstərin]
SES Araz çayı üzərində İranla Azərbaycan arasında imzalanmış razılaşmaya uyğun olaraq inşa edilir. Stansiyanın gücü 102[3] və ya 200 meqavata bərabərdir.[4] Su anbarı vastəsi ilə 75.000 hektar ərazinin suvarılması nəzərdə tutulmuşdur.[5][6]
Tarixi
[redaktə | mənbəni redaktə et]Bəndin məqsədi hidroelektrik enerji istehsalı və suvarmadır. Sovet İttifaqı ilə iran arasında 1977-ci ilin oktyabrında baş tutan razılaşması ilə layihəsi hazırlanmışdır. Layihələndirmə 1982-ci ildə sona çatmış, 1990-cı illərin əvvəllərində yenidən işlənmiş və 1999-cu ildə inşaat işlərinə başlamışdır[5]. Ermənistan KİV-lərinin verdiyi məlumata görə, İran Ermənistanla layihəni başa çatdırmaq üçün gizli bir razılaşma imzalanmışdır[7].
Bəndin tamamlanması 2008-ci ildə baş tutmuşdur. SES 2010-cu ildə açılır. Suvarma işləri ilə bağlı tikint hələ də davam edir[8]. İnşaat zamanı bir neçə Tunc dövrünə aid yer, o cümlədən Saka-İskit döyüşçüsünün qəbri tapılmışdır.
2022-c ilin iyulunda "Xudafərin" və "Qız Qalası" hidroqovşaq və su-elektrik stansiyalarının (SES) üzərində iki bəndin birgə tikintisini sürətləndirəcək sənəd imzalanıb.[4]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Dams (>15 m) Under Construction in IRAN" (PDF). WRM. 22 July 2011 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 21 April 2012.
- ↑ "Construction operation of Khoda Afarin dam power plant was begun". Farab Co. 29 July 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 April 2012.
- ↑ "Azərbaycan və İran arasında su elektrik stansiyalarının birgə istifadəsi ilə bağlı müzakirələr aparılıb". 2015-12-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-13.
- ↑ 1 2 "Azərbaycan və İran arasında sənəd imzalanıb". 2022-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-14.
- ↑ 1 2 "Reducing Transboundary Degradation of Kura-Aras River Basin" (PDF). National Report of Islamic Republic of Iran. National TDA-Islamic Republic of Iran. June 2006. 8. 26 February 2014 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 21 April 2012.
- ↑ "Arxivlənmiş surət". 2012-05-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-10-18.
- ↑ Hayrumyan, Naira. "На что намекает Иран". lragir.am (rus). 24 April 2016. 15 March 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 October 2020.
Напомним, что Худаферинская ГЭС строится на реке Аракс, на границе Ирана и Карабаха, в соответствии с договором между Ираном и Арменией, заключенным в 2007 году.
- ↑ "Khdaafryn dam will irrigate 30 thousand hectares of land in East Azarbaijan" (Persian). WNN. 20 April 2010. 13 February 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 April 2012.