Çənəsiqıllılar — Vikipediya

Çənəsiqıllılar
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Ranqsız:
Tip:
Çənəsiqıllılar
Beynəlxalq elmi adı

Çənəsiqıllılar (lat. Chaetognatha) — heyvanlar aləminə aid heyvan tipi.

Çənəsiqıllılar sırf dəniz heyvanları olub, 140-a qədər növü məlumdur. Böyük əksəriyyəti plankton həyat tərzi keçirir. Dib həyat tərzi keçirən, yosunların, daşların arasında yaşayan növləri də vardır. Sürətlə hərəkət etmələrinə və bədənlərinin uzunsov olmasına görə çənəsiqıllıları dəniz oxları da adlandırırlar. Bədənləri 0.5-9 sm ölçüdə olub, şəffafdır. Bədənlərinin ön hissəsində tip üçün xarakterik olan – qıllarla təchiz olunmuş ağız aparatı yerləşir. Çənəsiqıllılar bu aparat vasitəsilə öz şikarını ovlayırlar. Çənəsiqıllılar ikinci bədən boşluğuna malik heyvanlardır. Onlarda selom yaxşı inkişaf etmişdir. Bədən 3 şöbəyə ayrılır. Baş, gövdə və quyruq. Həzm sistemi qıllarla təchiz olunmuş ağızdan, əzələli udlaqdan, və bədən boyu uzanan bağırsaqdan ibarətdir. Çənəsiqıllılardə nəin ki, bir çox orqanlar olmur, hətta onların tənəffüs, qan-damar və ifrazat sistemləri də yoxdur. Çənəsiqıllılar hermafrodit heyvanlardır və ancaq cinsi yolla çoxalırlar . Yumurtalıqlar gövdədə, toxumluqlar isə quyruq hissədə yerləşir. Yumurtanın bölünməsi radial tipdədir. Onlarda mezoderma və selom teloblastlardan inkişaf etmir.