Çad Harli — Vikipediya

Çad Harli
ing. Chad Meredith Hurley
Harli Dünya İqtisadi Forumunda (2009).
Harli Dünya İqtisadi Forumunda (2009).
Doğum tarixi 24 yanvar 1977(1977-01-24)[1] (47 yaş)
Doğum yeri Ridinq, Pensilvaniya, ABŞ
Təhsili İndiana Pensilvaniya Universiteti
Fəaliyyəti sahibkar, iş adamı
Tanınır "YouTube" platformasının qurucu ortaqlarından biri olması ilə
chadhurley.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çad Meredit Harli (ing. Chad Meredith Hurley; 24 yanvar 1977[1], Ridinq, Pensilvaniya) — ABŞ veb ustası və iş adamı, "YouTube"un qurucularından biri. O, "YouTube"un keçmiş CEO-su və cari məsləhətçisidir. O, həmçinin "MixBit"[ing.] video platformasının yaradıcılarından biridir.[2] Stiv Çen 2006-cı ilin oktyabrında "YouTube"u "Google"a 1,65 milyard dollara satmışdır. Harli digər qurucu ortaqları Stiv Çen[ing.]Caved Kərim ilə birlikdə "YouTube" platformasını qurmamışdan əvvəl "eBay"ın "PayPal" bölümündə çalışmış, vəzifələrindən biri də "PayPal" loqosunu tərtib etmək olmuşdur.[3][4][5] Harli ilk növbədə "YouTube"un etiketləmə və video paylaşma aspektlərinə cavabdeh idi.[6]

Erkən həyatı və təhsili

[redaktə | mənbəni redaktə et]

Don və Coan Hurli cütlüyünün ikinci övladı olaraq Pensilvaniya ştatının Ridinq şəhərində doğulub və Birdsboro yaxınlarında böyüyüb.[7] Onun Heder adlı özündən böyük bir bacısı və Brent adlı özündən kiçik bir qardaşı var.[8]

2005-ci ildə Stiv Çen və Caved Kərimlə birlikdə "YouTube"u qurdular. 2006-cı ildə "YouTube"u 1,65 milyard dollara "Google"a satdılar.[9] Platformanı satdıqdan sonra da "YouTube"da CEO kimi çalışmış və bu vəzifədən 2010-cu ilin oktyabrında istefa vermişdir. Salar Kaminqar yeni CEO təyin olunmuş, Harli isə şirkətdə məsləhətçi kimi vəzifəsinə davam etmişdir.[10]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Çarli daha əvvəl Silikon vadisi sahibkarı Ceyms H. Klarkın[ing.] qızı Keti Klarkla evlənmişdir.[11] Onlar 2012-ci ildə boşanmışdır.[12] Harli 2020-ci ildə Elis Valden ilə evlənmişdir.[13]

  1. 1 2 IMDb (ing.). 1990.
  2. "YouTube Founders Launch New Video-Sharing App MixBit". PC Magazine. July 14, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 25, 2017.
  3. "Web 2.0 Summit – November 7–9, 2006 – San Francisco, CA: Speaker". Web2con.com (archived copy). March 9, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: March 21, 2016.
  4. Delaney, Kevin J. "Google Looks To Boost Ads With YouTube". The Wall Street Journal. October 10, 2006. July 7, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 3, 2017.
  5. Graham, Jefferson. "Video websites pop up, invite postings". USA Today. Gannett Co. Inc. November 21, 2005. July 6, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 28, 2006.
  6. Stone: Is YouTube the Napster of Video? – Newsweek Brad Stone – MSNBC.com Arxiv surəti 28 oktyabr 2006 tarixindən Wayback Machine saytında Arxivləşdirilib oktyabr 28, 2006, at the Wayback Machine
  7. Barnes, Mike. "Conan O'Brien, Chad Hurley to Be Feted at Irish in Film Event (Exclusive)". The Hollywood Reporter (ingilis). September 12, 2013. December 14, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 14, 2021.
  8. Hartmans, Avery. "Only 2 of YouTube's earliest employees are still at the company — here's what YouTube's first 10 employees are up to now". Business Insider (ingilis). December 14, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 14, 2021.
  9. "Google Has Acquired YouTube". techcrunch.com. October 9, 2006. March 16, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 28, 2010.
  10. Kerr, Ronny. "Chad Hurley isn't really YouTube CEO anymore". Vator News. October 29, 2010. May 7, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 11, 2010.
  11. Cloud, John. "The YouTube Gurus". Time. December 25, 2006. January 25, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 22, 2018 – content.time.com vasitəsilə.
  12. "KATHY HURLEY AND CHAD HURLEY". UniCourt (ingilis). December 6, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 6, 2021.
  13. "A Rustic, Santa Barbara Wedding Inspired by the Harvest Moon". Brides (ingilis). November 3, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 14, 2021.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]