Çumış — Vikipediya
Çumış çayı | |
---|---|
rus. Чумыш | |
Ölkə | Rusiya |
Mənsəbi | Ob |
Uzunluğu | 644 km |
Su sərfi | 146 m³/s |
Hövzəsinin sahəsi | 23900 km² |
| |
DSR[rus.] | 13010200412115200001671 |
Vikianbarda əlaqəli mediafayllar |
Çumış çayı[1] — Rusiyanın Kemerov vilayəti və Altay diyarı ərazisindən axan çay. Ob çayının sağ qolunu təşkil edir.
Coğrafi yerləşməsi
[redaktə | mənbəni redaktə et]Çayın uzunluğu 644 km, hövzəsinin sahəsi isə 23 900 km² təşkil edir. Öz başlanğıclarını Kemerov vilayətinin ərazisində Qara-Çumış və Tom-Çumış çaylarının birləşməsindən götürür. Mənsəbə yaxın iki qola ayrılır. Barnaul şəhərindən 88 km aşağıda Ob çayına tökülür.
Hidrologiya
[redaktə | mənbəni redaktə et]Çumış çayı əsasən qar suları ilə qidalanır. İllik su sərfiyyatı mənsəbə 74 km qalmış 146 m³/s təşkil edir. Çay noyabrın birinciyarısında donur. Aprelin ikinci yarısında isə buzdan azad olur.
Çumış çayında illik su sərfiyyatı (m³/san).
Ölçmələr Talmenka hidrometroloji stansiyasında aparılmışdır
56 illik məlumat
Gəmiçilik
[redaktə | mənbəni redaktə et]XXI əsrə olan məlumata görə Çumış çayında navuşiqasiya yoxdur. Ancaq XIX və XX əsrlərdə çayda sıx naviqasiya tətbib olunurdu.
XIX əsr və XX əsrin birici yarısı
[redaktə | mənbəni redaktə et]XIX əsr və XX əsrin birici yarısı Çumış çayında atla hərəkətə gətirilən taxta barjalar mövcud olmuşdur. 1904-cü ilin yazında elədə böyük olmayan və Bodunova mənsub olan paraxod Zasevski kəndinə qədər hərəkət etmişdir. Paraxod özü ilə 30 sazemlik barjanı tartıb gətirməyə xidmət etmişdir. 1913-cü ildə Talmenka kəndinə Sedovun "Çumış"[2] teploxodu qalxmışdır
XX əsrin ortaları
[redaktə | mənbəni redaktə et]XX əsrin ortaları Ob çayının hövzəsinin rəhbərliyi kiçik çaylarda naviqasiyanın həyata keçirilməsini təmin edirdi. Yataq dərinləşdirmə tədbirləri sayəsində burada çəkici BV tipli gəmilər və sərnişin daşımağa istiqamətli Zarya teploxodları burada meşə məhsullarının və sərnişinlərin daşınmasını gerçəkləşdirirdi. Çaylarda görülən işlər çox çətin və əvəzi ödənilməyən bir iş olması müəyyənləşmişdi.
Yol infrastrukturu
[redaktə | mənbəni redaktə et]1960-cı illərdə çay boyunca və iri məntəqələr arasında avtomobil yolları çəkilmişdir. Bu illərdə Biysk—Martınovo—Novokuznesk, Barnaul—Toqul—Matınovo və Barnaul—Zarinsk—Zalesovo yolları çəkilmişdir. Bundan sonra isə artıq dib dərinləşdirmə işləri tam dayandırılmışdır.
Hərəkət
[redaktə | mənbəni redaktə et]Çumış çayında dayaz sularda üzən gəmilər ancaq Yelsovka kəndinə qədər hərəkət edə bilir.
Qolları
[redaktə | mənbəni redaktə et]Mənsəbə olsn məsafə
- 44 km: Yelovka
- 53 km: Kaşqaraixa (sol, uzunluğu 84 km)
- 73 km: Talmenka (sağ, uzunluğu 99 km)
- 101 km: Qryaznuxa
- 121 km: İnyoşka
- 128 km: Vidonovka
- 142 km: Kamışenka
- 157 km: adsız çay
- 159 km: Talisa
- 186 km: Tundrixa
- 191 km: Kamenka (sağ, uzunluğu 78 km)
- 200 km: Bezqolovnaya
- 210 km: Federovka
- 212 km: Melniçnaya
- 215 km: Berdyujixa
- 227 km: Matveevka
- 232 km: Qonoşixa
- 242 km: Tatarka (sağ, uzunluğu 62 km)
- 250 km: Kazanka
- 260 km: Alambay (sağ, uzunluğu 140 km)
- 261 km: Kamışenka
- 265 km: Krutaya
- 271 km: Maksarixa
- 285 km: Kamışenka
- 294 km: Bolşeqorskaya
- 305 km: Sunqay (sağ, uzunluğu 103 km)
- 309 km: Naloboxa
- 314 km: Petruşixa
- 345 km: Taraba (sol, uzunluğu 70 km)
- 370 km: Uksunay (sağ, uzunluğu 165 km)
- 388 km: Solonovka
- 398 km: Yama (sol, uzunluğu 67 km)
- 399 km: Şalap
- 408 km: Brajika
- 434 km: Çesnokovka
- 446 km: Anqurep (sol, uzunluğu 48 km)
- 459 km: Anıştaixa
- 484 km: Yelsovka
- 517 km: Kaltık
- 522 km: Kainsa
- 538 km: Mostavaya
- 540 km: Sarı-Çumış (sol, uzunluğu 98 km)
- 579 km: Açiqus
- 582 km: Kiçik Mostavaya
- 592 km: Aylap
- 598 km: Kuşkel
- 610 km: Kondalep
- 619 km: Beryozovaya
- 627 km: Talovaya
- 644 km: Qara-Çumış çayı (sol, uzunluğu 173 km)
- 644 km: Tom-Çumış (sağ, uzunluğu 110 km)
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Силантьева М. М., Безматерных Д. М., Ирисова Н. Л., Бурмистров М. В., Жихарева О. Н., Митрофанова Е. Ю., Балашова В. А. Изучение биологического разнообразия в комплексном заказнике "Усть-Чумышский" Тальменского района Алтайского края // Особо охраняемые природные территории Алтайского края и сопредельных территорий, тактика сохранения видового разнообразия и генофонда: матер. конф. — Барнаул: АлтГУ, 2002. — С. 165–173.
- М. М. Силантьева, О. Н. Жихарева, Н. Л. Ирисова, А. А. Дубров, О. Я. Гармс, В. Б. Журавлев, Д. М. Безматерных, М. В. Бурмистров, В. А. Балашова Усть-Чумышский // Красная книга Алтайского края. Особо охраняемые территории. — Барнаул, 2009. Arxivləşdirilib 2012-05-10 at the Wayback Machine — С. 147–152.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ John P Rafferty, ed. (2011). Rivers and Streams. The Rosen Publishing Group. pp. 217–218. ISBN 1-61530-411-8.
- ↑ "Сибирская жизнь" N207, 20 сентября 1913 г.