Ölçü vahidləri — Vikipediya
Ölçü vahidləri [1] — şərti olaraq 1-ə bərabər ədədi qiymət verilən sabit ölçülü fiziki kəmiyyət. Ölçünün ədədlə ifadəsi ölçülənin vahid kimi qəbul edilən ilkin nümunəyə – etalona nisbətidir. Ölçü vahidinə nisbətin ədədlə ifadəsi ölçünün dərəcəsidir.
Etalonlar tarixən bir- birindən fərqləniblər. Baza vahidlərinin ölçüləri ənənələrə uyğun təyin edilibdir. Bu baxımdan hətta müasir dövrdə, etalonların yaxınlaşdırıldığı halda dünyada müxtəlif ölçü vahidləri sistemi mövcuddur.
Dövlətlər bir qayda olaraq ölçü sistemini qanunvericiliklə təyin edirlər.
Azərbaycan Respublikasında metrologiya məsələləri ilə xüsusi dövlət qurumu – Azərbaycan Respublikasının Standartlaşdırma,Metrologiya və Patent üzrə Dövlət Komitəsi[2] məşğul olur.
Beynəlxalq vahidlər sistemi
[redaktə | mənbəni redaktə et]Beynəlxalq vahidlər sistemində əsas vahidlər yeddidir və bunlardır:
- uzunluq vahidi - metr(m)- platin-iridium xəlitəsindən hazırlanmış tircik üzərinə çəkilmiş iki cizgi arasındakı məsafədir.1799-cu ildə Fransada hazırlanmış bu etalon Paris şəhəri yaxınlığındakı Sevr şəhərində saxlanılır.1983-cü ildən Beynəlxalq razılaşmaya görə metr - işığın vakuumda 1/299792458 saniyədə yayıldığı məsafə kimi müəyyənləşdirilir.
- zaman vahidi - saniyə(san) - sezium-133 atomunun şüalanma periodunun 9192631770 mislinə bərabər zamandır.
- kütlə vahidi - kiloqram(kq) - platin-iridium xəlitəsindən hazırlanmış silindirşəkilli etalonun kütləsidir.
- maddə miqdarı-mol(mol) - kütləsi 0,012 kq olan karbondakı atomların sayı qədər molekullardan və ya atomlardan təşkil olunmuş maddə miqdarıdır.
- temperatur vahidi kelvin - (K) - 1954-cü ilə qədər "mütləq dərəcənin" qiyməti suyun qaynama və buzun ərimə temperaturları fərqinin 1/100-i qəbul olunurdu.Termometrin ilk başlanğıc nöqtəsi mütləq sıfır,ikinci əsas nöqtəsi isə suyun üçlük nöqtəsi(273,16K) qəbul olunan Kelvin şkalasından istifadə olunur.Kelvin T və selsi t şkalaları arasındakı əlaqə:T=t+273,15 və ya hesablamaları sadələşdirmək üçün T=t+273 kimidir.Kelvin şkalasının ΔT=1K,Selsi şkalasının Δt=1 °C-ə bərabərdir.
- cərəyan şiddəti vahidi-amper(A) - elə cərəyanın şiddətidir ki, bu cərəyan vakuumda bir-birindən 1m məsafədə və bir-birinə paralel yerləşmiş sonsuz uzun naqillərdən keçdikdə onların hər bir metr uzunluqları arasında 2·10−7N qarşılıql təsir yaransın.
- işıq şiddəti vahidi - kandela(kd)- verilən istiqamətdə energetik işıq şiddəti 1/683 W/sr olan 540 · 1012 Hz tezlikli monoxromatik şüa buraxan mənbənin bu istiqamətdəki işıq şiddətidir [3].
Beynəlxalq vahidlər sistemində(BS) əlavə vahid ikidir:
- müstəvi bucaq vahidi - radian(rad) - qövsünün uzunluğu radiusa bərabər olan bucaqdır.
- cisim bucağı vahidi steradian(strad)
Qalan bütün kəmiyyətlərin vahidləri törəmə vahidlər adlanır.
Ölçü vahidləri sistemləri
[redaktə | mənbəni redaktə et]- Sİ(SI, fr. Système International d’Unités) (Beynəlxalq Sistem) — beynəlxalq vahidlər sistemi.
- SQS(santimetr-qram-saniyə) — (Sİ) sisteminə qədər istifadə edilən ölçü vahidləri sistemi.
- MKS — əsas vahidləri metr, kiloqram, saniyə olan ölçü vahidləri sistemi.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Сена Л.А. Единицы физических величин и их размерности, 2000.http://aleria.info/temp/f14o27njba_Sena-SI.djvu
- Измерения. Единицы измерений. Arxivləşdirilib 2010-10-04 at the Wayback Machine
- ОКЕИ. Общероссийский классификатор единиц измерения.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Официальное название по ГОСТ 8.417
- ↑ "Arxivlənmiş surət". 2022-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-29.
- ↑ M.Murquzov, S.Abdullayev və b. / X SİNİF, Fizika, BAKI, "NƏŞR", 2005