Özdəmiroğlu Osman Paşa — Vikipediya

Özdəmiroğlu Osman Paşa
عثمان بن أوزديمير باشا
28 iyul 1584 – 29 oktyabr 1585
ƏvvəlkiKanijalı Siyavuş Paşa
SonrakıXədim Məsih Mehmed Paşa
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Qahirə
Vəfat tarixi
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti siyasətçi
Atası Həbəşistan bəylərbəyi Özdəmir Paşa
Dini sünni islam
Rütbəsi Sərdar-ı əkrəm
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Özdəmiroğlu Osman Paşa (1526, Qahirə29 oktyabr 1585, İran) — III Murad dönəmində 28 iyul 1584 - 29 oktyabr 1585 tarixlərində ümumilikdə 1 il 3 ay Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. Cənubi Qafqazda gedən döyüşlərdə əldə etdiyi uğurlar səbəbilə "Qafqaz fatehi" olaraq anılır.

Özdəmiroğlu Osman Paşa 1526-cı ildə Qahirədə dünyaya gəlmişdir. Atası Özdəmir Paşa Məmlük dönəmində Misirə köçən çərkəz ailələrindən olub, ilk Həbəşistan bəylərbəyi olaraq vəzifələndirilmişdir. Anası isə Misirdə yaşayan Abbasi xəlifələrinin nəslindəndir.[1]

Osman Paşa hələ 20 yaşlarında ikən Osmanlı imperiyasının idarəetmə strukturuna daxil olmuşdur. Əvvəlcə Misir bəylərbəyliyinə daxil olan bəzi sancaqlarda sancaqbəyi olmuş, daha sonra 1561-ci ildə atasının vəfatının ardından onun yerinə 7 il boyunca Həbəşistan bəylərbəyi olaraq fəaliyyət göstərdi.[1] 14 yanvar 1569-cu ildə Yəmən əyaləti YəmənSinay bəylərbəyliyi arasında ikiyə bölündü və Osman Paşa Sinay bəylərbəyliyinə gətirildi. Bu əsnada Yəməndə Zeydi İmam Topal Mutahhar üsyanı çıxmış, üsyanı yatırmağa çalışan Yəmən bəylərbəyi Murad Paşa isə üsyançılar tərəfindən öldürülmüşdür. Bu üsyanı yatırmaq məqsədilə SinayYəmən bəylərbəylikləri yenidən birləşdirilərək Özdəmiroğlu Osman Paşaya verildi.[1] Üsyanı yatırmaq üzrə sərdar təyin olunan Lələ Mustafa Paşa Yəmənə gəlmiş, ancaq üsyanı yatıra bilməmişdir. Bir müddət sonra Lələ Mustafa Paşanın ən böyük rəqibi sayılan Qoca Sənan Paşa sərdar olaraq Yəmənə gəlmiş və bu iki paşa arasında ölüm-qalım mübarizəsi başlamışdır. Bu mübarizədə Lələ Mustafa Paşanı müdafiə edən Osman Paşa Yəməndə öldürüləcəyindən qorxaraq paytaxta geri döndü. Ancaq Qoca Sənan Paşa onun haqqında paytaxta göndərdiyi məktublarda mənfi şeylər söyləmiş, bu səbəbdən dövrün sədrəzəmi Sokullu Mehmed Paşa Özdəmiroğlu Osman Paşanın paytaxtda güclənməsinin qarşısını almışdır.

Paytaxtda çox qalmayan Osman paşa bir müddət Anadolunun bir neçə sancaqlarında fəaliyyət göstərdi. 1573-cü ildə Diyarbəkir bəylərbəyi təyin olundu. Bu vəzifədə ikən Səfəvi cəbhəsi sərdarı Lələ Mustafa Paşanın ordusuna qatılaraq səfərə çıxdı. Çıldır müharibəsində göstərdiyi rəşadət səbəbilə 1578-ci ildə Şirvan bəylərbəyliyinə gətirildi.[2][3] 5 il boyunca burada fəaliyyət göstərən Özdəmiroğlu Osman Paşa bu illər ərzində Şirvan, Azərbaycan, DağıstanGürcüstan torpaqlarında Osmanlı hakimiyyətini qoruyub saxlamışdır. 9 sentyabr 1578 tarixində Səfəvi orduları ilə Qanıx çayı sahilində qarşılaşdı və qalib gəldi. Krım xanı II Mehmed Gərayın köməyilə Qarabağ, MuğanQızılağaca qədər bütün Azərbaycan torpaqları ələ keçirildi. Bu illərdə müvəqqəti olaraq Şirvan Səfəvilərin əlinə keçsə də, Kəfə (indiki Feodosiya) bəylərbəyi Cəfər Paşanın göndərdiyi qoşunla 8 may 1583 tarixində baş tutan Məşəl savaşında qələbə qazanıldı və Şirvan yenidən Osmanlı hakimiyyətinə keçdi.

27 oktyabr 1585 tarixində xəstəliyi səbəbilə Təbrizdən ayrıldı Şənbi-Qazan istiqamətində irəliləməyə başladı. Şənbi-Qazan bölgəsinə qədər kəcavədə gələn Osman Paşa burada yeni bir Səfəvi ordusu ilə qarşı-qarşıya gəldi. Bu dəfə də qələbə qazanaraq ordunu Şənbi-Qazanda dayandırdı. Vəziyyəti daha da ağırlaşan Osman Paşa burada 59 yaşında vəfat etdi. Vəsiyyətinə uyğun olaraq cənazəsi Diyarbəkirə gətirildi və burada inşa etdirdiyi türbəsinə dəfn olundu. Sədarət möhürü isə Sultanzadə Mehmed bəy (Səmiz Əli PaşaAyşə Hümaşah Sultanın oğlu) tərəfindən alınaraq paytaxta aparıldı.

Həmçinin baxın

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 3 Uzunçarşılı, İsmail Hakkı, (1954) Osmanlı Tarihi III. Cilt, 2. Kısım , XVI. Yüzyıl Ortalarından XVII. Yüzyıl Sonuna kadar), Ankara: Türk Tarih Kurumu (Altıncı Baskı 2011 ISBN 978-975-16-0010) say.341
  2. "Arxivlənmiş surət". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-01-24.
  3. Buz, Ayhan (2009), Osmanlı Sadrazamları, İstanbul:Neden Kitap, ISBN978-975-254-278-5