İştar — Vikipediya
Qədim Şərq Tanrıları İştar | |
---|---|
Mifologiya | Akkad |
yun. | Ἀστάρτῃ |
Əri | Baal |
İştar (ərəb. عشتار İştar, fars. ایشتار İstar, ivr. עשתרת Aştoret, q.yun. Ἀστάρτῃ Astarta; Anunit, Nana, İnana) Akkad mifalogisında bir tanrıça, ilahə. Şumer mifalogiyasındakı İnannadan törəmişdir.[1].
İnanna Utu/Şamaşın əkiz bacısıdır, Nanna/Sinin qızıdır. Enlilin dünyasında ilk doğan qadındır. Ona verilen ilk adlar Şumercə ikən, ikincilər Akkadlar tərəfindən bu tanrılara verilən adlardır. Assur panteonunun üçüncü baş tanrısı İştar (şumerlərin İnannasıdır) ilahəsi olmuşdur. O Assurun zövcəsi kimi təsəvvür olunurdu. Onun məbədləri Arbela və Ninovada yerləşirdi. Ona savaş ilahəsi kimi ibadət edilirdi. Eyni zamanda o fahişələrin himayəçisi və qaranlığın çariçası olmuşdur. Hesab olunurdu ki, o qoşunun önündə gedir və döyüşlərin nəticəsini həll edirdi. Assurlular onun düşmən üzərinə od yağdırmasına inanırdılar və hətta onu odlu geyimdə təsvir edirdilər. İştar həm də dan ulduzunun tanrısı kimi tanınmışdı və onu ulduz kimi təsəvvür edirdilər. Geniş mənada onu göyün ilahəsi kimi də qəbul edirdilər.
Assurun, Mesopotamiyanın və ümumiyyətlə qədim dünyanın tədqiqatçıları yazırlar ki, İştar ilahəsinə ibadətlər əxlaqsızlıqla müşayiət edilirdi.
İştarın şərəfinə keçirilən bayramlar zamanı insanlar özlərini döyür, zədələr yetirir, hətta axtalayırdılar. Bu azqınlığı İştar kultunun kahinələri qızışdırırdılar. Onlar erotik rəqslər ifa edərək, bayram şənliklərinə gələn kişi və qadınları yoldan çıxarmağa çalışırdılar və özləri də bu əməlləri edirdilər. Ümumiyyətlə əxlaqsızlıq bütün Mesopotamiyanı bürümüşdü. Qədim yunan tarixçisi Herodot (e. ə. 484–425 illərdə yaşamışdır) yazırdı ki, Babildə doğulan hər bir qadın heç olmasa həyatında bir dəfə Iştar məbədinə gəlməlidir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "https://www.worldhistory.org - İnanna. İstifadə tarixi:19.06.2023". 2023-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-18.