İncəsənətdə getman Mazepa obrazı — Vikipediya

Teodor Jeriko tərəfindən Bayronun poeması əsasında çəkilmiş "Mazeppa" rəsmi, 1823-cü il

İvan Mazepa (1639-1709) - Ukrayna tarixinin əhəmiyyətli şəxsiyyətlərindən biri olmuşdur. Onun haqda olan məşhur əhvalatlardan biri gənc ikən zadəgan xanımla eşq yaşamasından bəhs edir. Belə ki növbəti görüş zamanı xanımın əri tərəfindən tutulan Mazepa çılpaq şəkildə ata bağlanılaraq çapdırılmışdır. Sonda kazakların yanına gəlmiş və onların başçısı seçilmişdir. Bu hadisə məşhur ingilis şairi lord Corc Bayronun diqqətini çəkmişdir. Nəticədə, 1819-cu ildə bu hadisədən bəhs edən “Mazeppa” (orijinalda müəllif 2 "P" hərfi ilə yazmışdır) əsərini yazmışdır. Onun poeması əsasən, fransız romantizminin nümayəndələri tərəfindən bir çox rəsmlərin çəkilməsinə, musiqi əsərlərinin yazılmasına, səhnə tamaşalarının nümayiş olunmasına gətirib çıxartmışdır.

Tarixi şəxsiyyət

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: İvan Mazepa

Mazepa 1687-1708-ci illərdə Zaporojye qoşunlarının getmanı olmuşdr. O, 1709-cu ildə baş vermiş Poltava döyüşündə mühüm rol oynamışdır. Rusiya çarı I Pyotr ona xəyanət edərək İsveç kralı XII Karlın tərəfinə keçən Mazepanı Aleksandr Menşikovla dəyişmək niyyətində də olmuşdur. Onun siyasi xəyanəti həm Ukrayna, həm də Rusiya milli tarixində böyük rezonansa səbəb olmuşdur. Mazepanın Ukrayna tarixindən silinməsi Sovet dövründə də davam etdirilmişdir. Lakin 1991-ci ildə müstəqil Ukrayna respublikası elan olunduqdan sonra təzadlı fiqur olan Mazepa obrazının bərpası yolunda ciddi addımlar atılmışdır.

Bayronun poeması

[redaktə | mənbəni redaktə et]

Lord Bayron poemasını 1819-cu ildə çap etdirmişdir. Poemaya əsasən, gənc Mazepa kral II Yan Kazimir Vazanın sarayında xidmətə başladığı vaxt polyak qrafinya Tereza ilə tanış olur və onunla sonradan eşq romanı yaşamağa başlayır. Qrafinya Tereza özündən yaşca çox böyük olan yaşlı qrafa ərə getmişdir. Onların eşq yaşamasından xəbər tutan qraf gənc Mazepanı cəzalandırmaq üçün onu çılpaq şəkildə vəhşi ata bağlayır və atı sərbəstliyə buraxır. Poemanın əksər hissəsi ata bağlanmış qəhrəmanın faciəli səyahətini təsvir edir. Poema “üslubunun gümrahlığı, əzab və dözüm hisslərinin kəskin dərk edilməsi” baxımından yüksək qiymətləndirilmişdir[1].

Mazepanın eşq qalmaqalı səbəbindən və ya vəhşi ata çılpaq şəkildə bağlanılaraq Polşadan qovulması haqda hər hansı bir tarixi dəlil yoxdur. Bu gözəl əfsanə ancaq Bayronun poemasının çapından sonra dillərə düşmüşdür. Volter bu məsələyə “İsveç kralı, XII Karlın tarixi" kitabında toxunmuşdur. Bir sıra tənqidçilər Bayronun fransız yazıçı Andre Giyom Kontant Dorvilin “Mémoires d'Azéma” (1764) adlı əsərilə tanış olduğunu, romanla poemanın süjetində oxşarlığın olmasını iddia edirlər.[2]

İlk reaksiya dalğası

[redaktə | mənbəni redaktə et]
Mazeppa, Luis Bulanje

Bayronun poeması romantizm dövründə çox populyar və təsiredici gücə sahib olmuşdur. İncəsənətdə atların təsviri uzun müddət məşhur mövzulardan biri olmuşdur. Poemanın işıq üzü gördüyü ildə Amede Pişo tərəfindən fransız dilinə tərcümə edilməsi fransız rəssamların bu süjetə axını ilə nəticələnmişdir. Onlar arasında Teodor Jeriko (1823, Metropoliten İncəsənət Muzeyi[3], Ejen Delakrua (1824, Fin milli qalereyası[4]), Oras Verne (1826, Avinyonda yerləşən Kalve muzeyi[5]) və Lui Blanje (1827, Bo-de-Ruan muzeyi[6]). Bulanjenin “Mazepanın ağır sınağı” və Vernenin “Mazepa” əsərləri hər ikisi 1827-ci ildə Paris Salonunda keçirilən müsabiqədə təqdim olunmuşdur.

Tez bir zamanda süjetin teatral versiyası peyda olur: 1825-ci ildə Antonio Frankoni tərəfindən Parisdəki Olimpiya sirkində (Astley Amfiteatrı) "Mazeppa" və ya "Tatar atı" şousunun premyerası baş tutmuşdur. Bu şou ABŞİngiltərədə də nümayiş olunmuşdur. Aleksandr Puşkin Bayronun yazdığı poemaya cavab olaraq “Poltava” (1828-1829) əsərini yazır. Poema Bayronun əsərindən olan epiqrafla başlayır.

Viktor Hüqo süjetin təsvir olunduğu fransız rəsmlərindən ilhamlanaraq "Les Orientales" (“Şərq”) adlı poemalar toplusunu yazmış və əsərin ən əsas bölmələrindən birini “Mazepa” adlandırmışdır. Hüqo əsərini rəssam Bulanjeyə həsr etmişdir. Poemanın ilk hissəsində Mazepanın Ukrayna çölləri boyunca qaçması təsvir edilir. İkinci hissədə Mazepa eksentrik davranışlarına görə dünyaya buraxılması qadağan edilən şairlə müqayisə olunur. Hər şeydə qadağaya məruz qalmış şair vəhşi ata bağlanılmışdır. Süjet sonda şairin uğur və şöhrət əldə etməsilə bitir.

1830-1860-cı illər

[redaktə | mənbəni redaktə et]
Kazak qızı Mazepanın cəsədi qarşısında, Teodor Şasserip

Dramaturq Henri M.Milner üç hissəli "Mazeppa" və ya "Tartariyanın vəhşi atı" (Xəzər dənizindən Sakit okean, Çin və Hindistana qədər yerləşən əraziləri Qərbi Avropa ədəbiyyatlarında və kartoqrafiyasında Tartariya adlandırırdılar.) adlı romantik dram əsəri yazmışdır. Bayronun poemasından ilhamlanmış H.M.Milner səhnə tərtibatını cənab Dukrounun rəhbərliyi altında qurmuşdur.[7] (bu “Britaniya sirk at idmanının atası”, “Astley Amfiteatrının” sahibi hesab edilən Endryü Dukroudur). 1831-ci ildə Londonda səhnələşdirilmişdir. Növbəti illər ərzində ABŞ da nümayiş olunmuşdur. Həmin müddətdə əsər, San Fransiskoda 5 fərqli quruluşda nümayiş edilmişdir.[8]

“Rəssam-faytonçu” ləqəbi ilə tanınan Con Frederik Herrinq (rəssam faytonçu olmuş, boş vaxtlarında at rəsmləri çəkmişdir) bu süjet əsasında bir neçə rəsm çəkmişdir. Onlardan ikisini Oras Vernenin rəsmindən sonra çəkmişdir.

Polşa romantizm dövrünün Adam MitskeviçZiqmunt Krasınski ilə yanaşı ən əsas dramaturqlarından hesab edilən Yuliuş Slovatski 1840]]-ci ildə “Mazepa” pyesini qələmə almışdır. Müasir Polşa dramının atası hesab olunmasına baxmayaraq, bu dram onun sağ olarkən səhnəyə qoyulmuş yeganə əsəri olmuşdur.[9]

Britaniyalı yazar Ceyms Malkolm Raymer də "Mazeppa" və ya “Ukraynanın vəhşi atı” (1850)adlı əsər qələmə almışdır.

Bu süjetdən həmçinin, musiqiçilər də ilhamlanmışdır. Alman bəstəkarı Karl Leve simfonik şeir bəstələmişdir.[10] Hüqonun əsərinin çap olunmasından sonra Ferens List 1851-ci ildə simfonik poema və Transendent Etüdlər seriyasından № 4 adlı fortepiano etüdünü bəstələmişdir.

Fransız rəssam Teodor Şasserio Bayronun poemasının süjetində dəyişiklik etmiş “Kazak qızı Mazepanın cəsədi qarşısında” (1851) rəsmini çəkmişdir. Rəsm hal-hazırda Strasburqda yerləşən Təsviri İncəsənət Muzeyində nümayiş olunur.[11] İrland bəstəkar Maykl Balf 1861-ci ildə “Mazepa” kantatasını bəstələmişdir.[12]

Milnerin əsəri onilliklər boyunca öyrənilmiş və adaptasiyalara məruz qalmışdır. Məsələn, 1856-cı ildə bləkfeys menestrel rəhbəri Çarlz Vayt tərəfindən iki aktdan ibarət burlesk nümayiş olunmuşdur. Əsərin baş antoqnoistləri Kastiron və onun Olinska adlı qızı idi.[13]

Mazepa melodramının nümayişi zamanı ilk dəfə olaraq aktrisa Ada İsaak Menken atın üzərində olan çılpaq Mazepa obrazında çıxış etmişdir. Belə ki ilk dəfə olaraq insan dərisi rəngdə olan corabı bədəninə geyinərək çılpaq Mazepa rolunu oynamışdır. Bundan sonra bir çox qadın aktrisalar burlesk zamanı bu rolu canlandırmışdılar. ABŞ Vətəndaş müharibəsi zamanı Mazeppa çox məşhur idi.[14] 1860-cı illərdən əsrin sonuna qədər Amerikanın qərbində ən çox oynanılmış dram əsəri olmuşdurş.

1870-1880-ci illər

[redaktə | mənbəni redaktə et]
Boqomir Korsov Mazepa rolunda, Bolşoy Teatr, Moskva, 1884-cü il

1877-ci ildə Albert Ayken "Hindu Mazepa" və ya "Çöllərin dəlisi" adlı bulvar roman yazmışdır. Burada hadisələr Vəhşi Qərbdə cərəyan edir.[15]

PuşkininPoltava” poeması əsasında məşhur rus bəstəkarı Pyotr İliç Çaykovski tərəfindən 1881-1883-cü illərdə 3 akt və 6 səhnəli "Mazepa" operası bəstələnmişdir. Operanın librettosu Viktor Burenin tərəfindən yazılmışdır. Burada hadisələr XVIII əsr Ukraynasında cərəyan edir və özündə sevgi, qaçırılma, siyasi izləmələr və qisasçı qətli birləşdirən hekayələrdən ibarətdir.

1910-cu ildə Hollivudda ilk film rejissorlarından biri olan Frensis Boqqs tərəfindən Bayronun poeması əsasında "Mazeppa" və ya "Tartariyanın vəhşi atı" adlı qısa səssiz film çəkilmişdir.[16]

1990-cı ildən bəri

[redaktə | mənbəni redaktə et]

1991-ci ildə Ukraynanın müstəqilliyini elan etməsindən sonra Mazepa yenidən beynəlxalq şüurda qalxmağa başladır. 1993-cü ildə fransız at təlimçisi və film rejissoru Bartabas tərəfindən rəssam Jerikonun həyatında bəhs edən dram janrında olan “Mazepa” filmi çəkilmişdir. Jeriko sirkdə qalmağı və orada yaşamağı qərara alır. Orada qaldığı müddətdə yalnız atların rəsmlərini çəkir və bu heyvanların sirrini anlamağa cəhd göstərir. Mazepa onun ehtirasına cəlb olunmuş insanı təcəssüm edir. Film 1993-cü ildə 46-cı Kann kinofestivalı]]nın qalibi olmuşdur.[17] 2002-ci ildə Ukrayna SSR-in xalq artisti olmuş kinorejissor Yuri İlyenko tarixi faktlara əsaslanaraq “Getman Mazepa üçün dua” filmini çəkmişdir.[18]

  1. Marchand, Leslie. Byron's Poetry: A Critical Introduction. Cambridge, MA: Harvard University Press. 1968. səh. 70.
  2. Babinski, H.F. The Mazeppa legend in European Romanticism. New York: Columbia University Press. 1975. 28–32.
  3. "Théodore Gericault | Mazeppa | The Met". The Metropolitan Museum of Art, i.e. The Met Museum. 18 February 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 April 2018.
  4. "Finnish National Gallery - Art Collections - Mazeppa on the Dying Horse". Finnish National Gallery - Art Collections. 27 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 April 2018.
  5. "Présentation du musée - ANGLAIS - MUSEUM ROOMS - upstairs 1". www.musee-calvet-avignon.com (fransız). 25 April 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24 April 2018.
  6. "The Ordeal of Mazeppa". Musée des Beaux-Arts (fransız). 30 May 2013. 7 December 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 April 2018.
  7. OCLC 31254994
  8. Fisher, Linda A.; Bowers, Carrie. 7: Mazeppa Enters the Ring // Agnes Lake Hickok : queen of the circus, wife of a legend. Norman: University of Oklahoma Press. 2009. ISBN 9780806139838. (#accessdate_missing_url)
  9. Christopher John Murray (2004). Encyclopedia of the romantic era, 1760–1850. Taylor & Francis. pp. 1059–61. ISBN 978-1-57958-423-8.
  10. "Mazeppa - A Tone-Poem after Byron, Op. 27 - Carl Loewe & Linda Nicholson Song - BBC Music". BBC. 23 September 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 April 2018.
  11. "Une jeune fille cosaque trouve Mazeppa évanoui sur le cheval sauvage - Musées de Strasbourg". www.musees.strasbourg.eu (fransız). 28 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 April 2018.
  12. Barrett, William Alexander. Balfe:His Life and Work. 1882. səh. 244. (#accessdate_missing_url)
  13. Contested Interpretations of the Past in Polish, Russian, and Ukrainian Film: Screen as Battlefield. səh. 149. (#accessdate_missing_url)
  14. Sentilles, Renée M. Performing Menken : Adah Isaacs Menken and the birth of American celebrity. New York: Cambridge University Press. 2003. səh. 94. ISBN 9780521820707. İstifadə tarixi: 25 April 2018.
  15. "Ivan Mazeppa". University of Manitoba. 12 fevral 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 oktyabr 2014.
  16. 0001311/ Mazeppa or the Wild horse of Tartary Internet Movie Database saytında
  17. "Festival de Cannes: Mazeppa". festival-cannes.com. 2009-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-08-22.
  18. "Molitva za getmana Mazepu (2002)". 2022-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-28.