İnsan — Vikipediya

İnsan
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

İnsan və ya adam, həmçinin müasir insan[1] (taksonomik adıyla Homo sapiens[2][3]) — dik duruşa, nisbətən inkişaf etmiş beyinə, mücərrəd düşünmə qabiliyyətinə, danışma (dil istifadə etmə) qabiliyyətinə sahibdir. Bu qabiliyyətləri dünyadakı digər növlərdən fərqli olaraq istifadə məqsədi geniş alətlər istehsalına imkan yaratmışdır. Özünün fərqində olması, rasionallığı və zəkası[4][5][6] kimi yüksək səviyədə düşünməsini təmin edən xüsusiyyətlər insanı "insan" edən xüsusiyyətlər olaraq sayılmaqdadır.[7][8]

İlk insanabənzər canlı

[redaktə | mənbəni redaktə et]

İnsanın əcdadı ilə əlaqədar çalışmalar daha çox Homo cinsi ətrafında cəmləşsə də, sıxlıqla Australopithecus kimi digər hominidhomininləri də əhatə edir. Fosil qeydlərinə görə anatomik olaraq müasir insan tərifinə uyğun olan ən qədim fosillər 195 000 il əvvələ aiddir[9]Afrikada tapılıb. Müasir tipdə Homo sapiens altnövünün ilk irqi olan kromanyon insanı isə günümüzdən 50 min il öncə ortaya çıxmışdır. İnsanın təkamülünə dair qəbul görən başlıca iki fərziyyə vardır. Bunların birincisi müasir insanın Afrikada ortaya çıxıb dünyaya yayıldığını önə sürən "tək mənşə" fərziyyəsi, digəri isə fərqli bölgələrdə təkamül edərək müasir insana çevrildiyini önə sürən "çoxlu bölgə " fərziyyəsidir.

Müasir insanın və digər insanabənzər meymunların ilk ortaq əcdadı qəbul edilən iki ayaq üzərində dura bilən və gözləri irəli baxan canlının bundan təxminən 6.5 milyon il öncə Afrikada ortaya çıxdığı təxmin edilməkdədir. Bu canlının ağaclardan enib ayaq üstə durmağa başlamasının səbəbinin iqlim dəyişikliyiylə bağlı quraqlıq, qida qıtlığı və köç məcburiyyəti ola biləcəyi düşünülür. İnsanı formalaşdırmağa başlayan orqanik təkamülün elmi adı olan Antopogenez zamanımızdan təxminən 3,5 milyon il əvvəl başlamışdır. İnsan adı verdiyimiz başlanğıc nöqtəsi isə Homo cinsinin ortaya çıxması ilə olmuşdur.

Müasir insanın nəsli tükənməmiş ən yaxın qohumları adi şimpanzelər (Pan troglodytes) və bonobolardır (cırtdan şimpanze, Pan paniscus). Bu iki şimpanze növü və insan təxminən 6.5 milyon ildir fərqli bir təkamül cizgisi izləmələrinə baxmayaraq tamamlanmış gen xəritələrinə görə aralarındakı yaxınlıq sıçovul ilə siçan arasındaki yaxınlıqdan on qat daha çox, qohum olmayan iki insan arasındakı yaxınlıqdansa sadəcə 10 qat daha azdır. Bu iki şimpanze növü və insanın DNT-sinin 98,4%-i tamamilə eynidir.[10][11][12][13]

Bundan təxminən 1.8 milyon il öncə dik duran Homo erectus növü ortaya çıxmışdır. Tapıntılar Homo erectus '​un olduqca iri cüssəli olduğunu, ovçuluqla və ya leş yeyərək yaşadığını göstərir.

Homo neanderthalensis

[redaktə | mənbəni redaktə et]

Homo sapiens ilə bundan təxminən 250–300 min il öncə ortaya çıxan Neandertalın uzun müddət dünya üzərində birlikdə yaşadığı və bu iki növün bir-birləriylə qarşılaşdığına dair arxeoloji dəlillər mövcuddur. Digər fikirlər bu iki növün bir-birlərinin fərqli olduğunu anlamadan cütləşmiş ola biləcəyini, beləliklə də, bugünkü insanın əcdadında Neandertalların da olduğunu iddia edir. Çünki Asiyada tapılmış bir fosilin Neandertal və Homo sapiens növlərinin cütləşməsindən meydana gəldiyi anlaşılmışdır. Neandertalın sümük-skelet quruluşu müasir insanlardan olduqca fərqlidir. Neandertal insanının çənə sümüyündəki mandibular sümük kanalının quruluşu fərqləndirici bir xüsusiyyətdir. Neandertalın nəslinin necə kəsildiyi dəqiq olaraq bilinmir. Bəzi nəzəriyyələrə görə daha ağıllı və daha qabiliyyətli olan Homo sapiens tərəfındən yox edilmişlərdir.

Bu günə qədər gəlib çıxmış bir çox Neandertal fosili tapılmışdır. Bu səbəblə də haqqında ən çox məlumat əldə etdiyimiz hominid növüdür. Neandertalların nəsli təxminən 30.000 il öncə kəsilmişdir. Ancaq kiçik bir qisminin çox daha uzun müddət yer üzündə qalmış ola biləcəyi ehtimalı var.

Insan Anatomiyası
İnsan vücudunun komponentləri (60 kiloqramliq nümunə üzərindən)[14]
Maddə Ağırlıq Atom % nisbəti
Oksigen 38.8 kq % 25.5 
Karbon 10.9 kq % 9.5 
Hidrogen 6.0 kq % 63.0 
Azot 1.9 kq % 1.4 
Digər 2.4 kq % 0.6 

İnsan alət istifadə edə bilməsini təmin edən, qolların sərbəst olduğu dik bir vücuda sahibdir. Beyni mücərrəd düşünmə, məna vermə, danışma və özünü müşahidə qabiliyyətlərinə sahibdir.

Alət istifadə edə bilməsi və zehninin xüsusiyyətləriylə insan digər canlılardan fərqlənir, təbiəti anlaya bilir, nəzarət altına ala bilir və öz məqsədləri üçün təbiətin güclərindən istifadə edə bilir.

İnsanın inkişaf mərhələləri

[redaktə | mənbəni redaktə et]
  • körpəlik (0–3 yaş)
  • uşaqlıq (3–12 yaş)
  • yeniyetməlik (12–21 yaş)
  • yetkinlik (21–65 yaş)
  • yaşlılıq (65 yaş və üzəri)

├─ Bitkilər
├─ Göbələklər
├─ Birhüceyrəlilər
├─ Bakteriyalar
└─ Heyvanlar

├─ Onurğasızlar
└─ Onurğalılar
├─ Quşlar
├─ Sürünənlər
├─ Balıqlar
├─ Amfibiyalar
└─ Məməlilər
├─ Vəhşi heyvanlar
├─ Dəniz məməliləri
├─ Gəmiricilər
├─ Yarasalar
├─ Həşəratyeyənlər
├─ Kisəlilər
└─ Primatlar
├─ Önmeymunlar
├─ Meymunlar
└─ İnsanabənzərlər
├─ Bonobo
├─ Şimpanze
├─ Qorilla
├─ Oranqutan
└─ İnsan
  1. Моносентризм // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: МисирПрадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 52.
  2. Goodman M, Tagle D, Fitch D, Bailey W, Czelusniak J, Koop B, Benson P, Slightom J. "Primate evolution at the DNA level and a classification of hominoids". J Mol Evol. 30 (3). 1990: 260–266. doi:10.1007/BF02099995. ISSN 0022-2844. PMID 2109087.
  3. "Hominidae Classification". Animal Diversity Web @ UMich. 2014-10-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-10.
  4. Dependent Rational Animals: Why Human Beings Need the Virtues By Alasdair MacIntyre pp. 60
  5. John McDowell, Mind and World, 1994. p.115, Harvard University Press, (quoted in Dependent Rational Animals, by Alasdair MacIntyre):
  6. The Really Hard Problem:Meaning in a Material World, Owen Flanagan, MIT Press
  7. Dependent Rational Animals: Why Human Beings Need the Virtues By Alasdair MacIntyre pp. 60,
  8. Nature vs. Nurture: The Miracle of Language Arxivləşdirilib 2012-04-18 at the Wayback Machine, by Malia Knezek. citing, Andy Clark. Being There: Putting Brain, Body, and World Together Again. The MIT Press, 1997. 208–209).
  9. "Arxivlənmiş surət". 2011-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-10.
  10. Frans de Waal, Bonobo. Berkeley: University of California Press, 1997. ISBN 0-520-20535-9 [1] Arxivləşdirilib 2010-10-18 at the Wayback Machine
  11. Britten RJ. "Divergence between samples of chimpanzee and human DNA sequences is 5%, counting indels". Proc Natl Acad Sci U S A. 99 (21). 2002: 13633–5. PMID 12368483. 2008-05-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-10.
  12. Wildman D, Uddin M, Liu G, Grossman L, Goodman M. "Implications of natural selection in shaping 99.4% nonsynonymous DNA identity between humans and chimpanzees: enlarging genus Homo". Proc Natl Acad Sci U S A. 100 (12). 2003: 7181–8. PMID 12766228. 2008-05-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-10.
  13. Ruvolo M. "Molecular phylogeny of the hominoids: inferences from multiple independent DNA sequence data sets". Mol Biol Evol. 14 (3). 1997: 248–65. PMID 9066793. 2007-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-10.
  14. Page 3 Arxivləşdirilib 2011-12-26 at the Wayback Machine in Chemical storylines. Author: George Burton. Edition 2, illustrated. Publisher: Heinemann, 2000. ISBN 0-435-63119-5, 9780435631192. Length: 312 pages