İnsan kütləsi — Vikipediya

İnsan kütləsiinsan çəkisi adətən qarşılıqlı əvəz edilərək işlədilsələr də , kütləçəki fərqli kəmiyyətlərdir. Praktika tarixində "insan çəkisi" ifadəsinin daha çox qurulmasına baxmayaraq, bu ifadə adətən insan bədəninin kütləsi kimi başa düşülür. Metroloji təşkilatlar kütlə haqqında danışıldığı bütün hallarda "kütlə" terminindən istifadə etməyə çağırır.[1][2] İdeal olaraq bədən kütləsinin ölçülməsi üçün bunu geyimsiz halda etmək lazımdır. Ancaq praktikada tərəzidə kütlənin ölçülməsi əsasən ayaqqabısız, mobil telefon və cüzdan kimi ağır aksesuarlar olmadan yüngül geyimlərlə edilir. Normadan artıq və ya az bədən kütləsi sağlamlıq problemlərinin göstəricisi hesab olunur. Bir insanın orta kütləsi müxtəlif ölkələrdə fərqlidir. Əsasən, kişilər qadınlardan daha artıq kütləyə sahibdirlər.

İnsan bədən kütləsindəki dəyişikliklər

[redaktə | mənbəni redaktə et]

Bədəndəki maye miqdarının dəyişməsi səbəbi ilə insan kütləsi də gün ərzində dəyişir. Qida qəbulu, maye qəbulu, sidik ifrazı və idmanla məşğul olma bədən kütləsinin dəyişməsinə səbəb olur.[3][4] Peşəkar yarışların iştirakçıları bəzən daha yüngül çəki kateqoriyasına daxil olmaq üçün bədənlərini bilərəkdən susuzlaşdırırlar — bu praktika isə qısa müddətdə sürətli çəki itkisi adlanır.[5] Gün ərzində baş verən kiçik dəyişikliklərdən başqa yaşla əlaqədar olaraq da bədən kütləsi dəyişilir. Bunun baş vermə səbəbi yaşla əlaqədar olaraq metabolik proseslərin yavaşlaması və əzələ strukturlarının parçalanmasıdır.[6] Buna görə də bəzi düsturlar ideal bədən kütləsinin hesablanması zamanı yaşı da nəzərə alır.

Bədən kütlə indeksi

[redaktə | mənbəni redaktə et]

Bədən kütlə indeksi sağlamlıq problemlərinin yaranma ehtimalını əhəmiyyətli dərəcədə artıran, bədən kütləsinin normadan kənara çıxmasının təhlükəli hallarını müəyyən etmək üçün hazırlanmışdır. Onun konsepsiyası 1835-ci ildə belçikalı statistik Adolf Quetlet tərəfindən hazırlanmışdır. BKİ hesablanması düsturu Ketle düsturu kimi də tanınır.[6]

BKİ = kütlə / boy m2-da

Bəzi hallarda əlavə nisbətlər və nəticələrin qiymətləndirilməsinə fərdi yanaşmalar tələb olunsa da(məsələn çox alçaq və ya yüksək boy, bəzi idman növləriylə mütəmadi məşğul olmaq) ümumilikdə BKİ 18,5 və 25 diapazonları arasında olmalıdır.[6]

İdeal bədən kütləsi

[redaktə | mənbəni redaktə et]

Mövcud boya, bədən quruluşuna və yaşına uyğun olaraq insanın ideal bədən kütləsinin qiymətləndirilməsi üçün müxtəlif düsturlar hazırlanmışdır. BKİ-də olduğu kimi burada da orta statistikadan kənar hallarda fərdi yanaşmalar tələb olunur. Fərqli düsturlar özləri də məhdudiyyətlərə malikdir, onlar müxtəlif məlumatlar əsasında çıxarılır və müxtəlif məqsədlər üçün istifadə olunur. Aşağıda göstərilən düsturlar yalnız böyüklər üçün tətbiq olunur. Bütün düsturlarda boy sm ilə İBK – ideal bədən kütləsi isə kq ilə göstərilmişdir.

Geniş miqyasda istifadə olunan düsturdur.1974-cü ildə həkim Ben Devon tərəfindən piylənmədən əziyyət çəkən xəstələrdə klirensi qiymələndirmək üçün tərtib olunmuşdur. Düstur təhlükəsiz analiz göstəricilərindən ölüm statistikasının boy və kütə nisbəti ilə əlaqəsini müəyyənləşdirmək üçün çıxarılmış, lakin sonradan ideal bədən kütləsinin hesablanması üçün istifadə olunmuşdur.[7][8][9]

  • kişilər üçün: İBK=50 + 2,3 * (boy / 2,54 – 60)
  • qadınlar üçün: İBK=45,5 + 2,3 * (boy / 2,54 – 60)

Robinson düsturu

[redaktə | mənbəni redaktə et]

1983-cü ildə Devin formulunu daha da təkminləşdirmək məqsədilə tərtib olunmuşdur.[8][10]

  • kişilər üçün: İBK=52 + 1,9 * (boy / 2,54 – 60)
  • qadınlar üçün: İBK=49 + 1,7 * (boy / 2,54 – 60)

Miller düsturu

[redaktə | mənbəni redaktə et]

1983-cü ildə Devin formulunu daha da təkminləşdirmək məqsədilə tərtib olunmuşdur.[8][11]

  • kişilər üçün: İBK=56,2 + 1,41 * (boy / 2,54 – 60)
  • qadınlar üçün: İBK=53 + 1,36 * (boy / 2,54 – 60)

1964-cü ildə tərtib edilmişdir.[12]

  • kişilər üçün: İBK=48 + 2,7 * (boy / 2,54 – 60)
  • qadınlar üçün: İBK=45,5 + 2,2 * (boy / 2,54 – 60)\

Lorens düsturu

[redaktə | mənbəni redaktə et]

1929-cu ildə tərtib edilmişdir.[13][14]

  • kişilər üçün: İBK=boy – 100 — (boy – 150) / 4
  • qadınlar üçün: İBK=boy – 100 — (boy – 150) / 2

Bu qanuna uyğunluqların ən sadə forması 1871-ci ildə formalaşdırılmış, lakin yalnız orta statistikadan olan insanlar üçün aktual nəticə vermişdir. Daha sonralar tətbiq dairəsini genişləndirməyə imkan verən bir neçə modifikasiya da meydana gəlmişdir. Beləliklə, Broka – Bruqşa indeksinin uçot kompleksiyasına əsasən,[13][15]

  • Boy 165 sm-dən aşağı olduqda: İBK=(boy –100) * K
  • Boy 165–175 sm olduqda : İBK=(boy –105) * K
  • Boy 175 sm-dən yüksək olduqda : İBK=(boy –110) * K

K — koeffisent bədən forması əmsalıdır və bərabərdir

  • 0.9 astenik bədən bədən tipinə malik üçün
  • 1.0 normostenik bədən tipinə malik insanlar üçün
  • 1.1 hiperstenik bədən tipinə malik insanlar üçün

Kreff düsturu bədən quruluşu və yaş uçotunu nəzərə alan Brok-Bruqş indeksinin başqa bir növüdür.[6][13][16]

  • İBK=(boy – 100 + yaş / 10) * 0,9 * K

Burada K — koeffisent bədən forması əmsalıdır.

"Metropolitan Life" versiyası

[redaktə | mənbəni redaktə et]

"Metropolitan Life" sığorta şirkətinin düsturu 1943–1983-cü illərin statistik göstəricilərinə əaslanır və 25 −59 yaş aralığında olan insanlar üçün nəzərdə tutulub. Bu formul orta statistikada insan kütləsinin sağlamlıq üçün ən az təhlükəsiz olanını hesablayır.[17][18]

  • İBK= 50 + 0.75 * (boy – 150) + (yaş — 20) / 4

Bu və digər düsturlar öz tövsiyələrilə geniş yayılmış olsalar da kütlənin yağdan yoxsa əzələlərdən gəldiyini ayird edə bilmədiyi üçün ideal bədən kütləsi anlayışı tamamlanmış bir anlayış hesab edilə bilməz. Belə ki, bəzi idmançıların çəki-boy nisbətinin qiymətləndirilməsi zamanı onların artıq kütləyə sahib olduqları kimi görünməsinə baxmayaraq onlar sağlam və idman bədən quruluşuna sahibdirlər.[19][8]

Daha dəqiq analizlər aparmaq üçün tibbi texnologiyalardan da istifadə olunmalıdır. Bioimpedans analizi vasitəsilə sadə və qaba nəticələr əldə edilə bilər. Metodun səhv etmə faizi 8–9% — dir. Belə analizi, hətta ən sadə formada evdə analizator tərəzilərindən("ağıllı tərəzi" də adlandırılır) istifadə etməklə həyata keçirmək olar. Daha dəqiq və çoxyönlü nəticələrin alınması bədən quruluşunun müxtəlif xüsusiyyətlərini , o cümlədən yağ , əzələ və sümüklərin faizini dəqiq ölçməyə imkan verən iki enerjili rentgen absorptiometriyası(DEXA) vasitəsilə təmin edilir.

Boks, qarışıq döyüş sənətləri, güləş, cüdo, sambo, akademik avarçəkmə, ağır atletika, pauerliftinq kimi bəzi idman yarışlarının iştirakçıları çəkilərinə uyğun olaraq qruplara bölünür. Misal olaraq, güləşdə çəki dərəcələrinə, boksda çəki dərəcələrinə baxmaq olar.

Bədən kütləsi müxtəlif tibbi məqsədlər üçün ölçülür. Məsələn, dərmanın optimal dozasını və kütlə artımı səbəbilə xəstədə hansısa xəstəliyin yaranma ehtimalını təyin etmək üçün.

  1. ISO 80000–4:2006, Quantities and units — Part 4: Mechanics. "In common parlance, the name 'weight' continues to be used where 'mass' is meant, but this practice is deprecated."
  2. "SI Units: Mass". Weights and Measures (ingilis). NIST. 2016-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-07.
  3. Jessica Smith, Elizabeth Bacharach. "Why It's Normal for Your Weight to Fluctuate from Day to Day". Shape Magazine. 2021-02-05. 2022-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-15.
  4. Dick Talens. "What the Number on the Scale Really Means". Greatist. 2014-11-30. 2022-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-15.
  5. Orion Lee. "Making Weight: Why Fighters Cut Weight and 3 Tips for Doing It". Breaking Muscle. 2013-08-04. 2017-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-15.
  6. 1 2 3 4 "ИМТ (Индекс массы тела). Как рассчитать, формула, оценка результатов". healthperfect.ru. 2022-01-18. 2022-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-18.
  7. McCarron, Margaret M.; Devine, Ben J. "Clinical Pharmacy: Case Studies: Case Number 25 Gentamicin Therapy". Drug Intelligence & Clinical Pharmacy. 8 (11). 1974-11-1: 650–655. doi:10.1177/106002807400801104. 2022-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-15.
  8. 1 2 3 4 Pai, Manjunath P; Paloucek, Frank P. "The Origin of the "Ideal" Body Weight Equations". The Annals of Pharmacotherapy. 34 (9). 2000-09-01: 1066–1069. doi:10.1345/aph.19381. PMID 10981254.
  9. "Формула Девина". beregifiguru.ru. 2022-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-16.
  10. "Формула Робинсона". beregifiguru.ru. 2022-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-16.
  11. "Формула Миллера". beregifiguru.ru. 2022-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-16.
  12. "Формула Хамви". beregifiguru.ru. 2022-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-16.
  13. 1 2 3 Алина Левда. "Как определить свой идеальный вес: 5 простых формул". marieclaire.ru. 2022-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-16.
  14. "Формула Лоренца". beregifiguru.ru. 2022-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-16.
  15. "Индекс Брока-Бругша". beregifiguru.ru. 2022-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-16.
  16. "Формула Креффа". beregifiguru.ru. 2022-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-16.
  17. "Формула страховой компании". beregifiguru.ru. 2022-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-16.
  18. "Определение нормального веса по формуле «Metropolitan Life»". kalku.ru. 2022-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-16.
  19. "Как рассчитать свой идеальный вес". takzdorovo.ru. 2009-11-07. 2022-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-16.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]