İssık-Kul çökəkliyi — Vikipediya
İssık-Kul çökəkliyi—Qırğızıstanda Tyan-Şan dağlarının şimalında çökəklik.
Ümumi məlumat
[redaktə | mənbəni redaktə et]İssık-Kul çökəkliyi ən böyük dağ arası çökəkliklərdəndir. O, Kunqey və Tersk-Alatau dağları[1] arasında yerləşib, qərbdən- şərqə uzunluğu 240 km-ə, eni isə 75 km-ə çatır. İssık-Kul çökəkliyinin mərkəzi alçaq hissəsində eyni adlı göl yerləşir. Onun sahil xəttinin mütləq yüksəkliyi 1623 m- dir.[2]
İssik-Kul çökəkliyinin göldən kənarda qalan sahəsinin sahəsinin relyefi üçün bir sıra çökəklik, daxili yüksəklikləri və maili düzənliklərin olması səciyyəvidir. Kunqey Tersi Alatau dağlarının ən dağ sahələri göl səviyyəsindən 700 m- ə qədər ucalır. İssık- Kul çökəkliyinin qərb davamını Koçkar çökəkliyi, Şərqi davamını Keqen və Tokes çökmə sahələri təşkil edir.
Tyan-Şanda torpağın üst qatında humusun miqdarı 12–15 % təşkil edir. 70 −85 sm dərinlikdə karbonatlı horizontn aydınseçilir. Bu torpaqlar Daxili Tyan-Şanın İssık — Kul çökəkliklərinin meşəli sahələri üçün xarakterikdir.[3]
Öz bitki örtüyünə görə bu zona nisbətən müxtəlifdir, lakin burada daha çox yovşan, Şiyav, Şorangə bitkiləri yayılıb, bilavasitə Şimali və Daxili Tyan-Şan dağətəklərini və dağarası çökəkliklərini əhatə edir. Bu bitkilər Orta Narın və İssık -Kul çökəkliyində 1600 – 2100 m mütləq yüksəklikləri tutur.[4]
Çökəkliyin şərqində kömür mədəni var, cənubi-şərqdə qaynar mineral bulaqlar və Jeti-Oğuz, Ak-Suu kurortları fəaliyyət göstərir.
İssık-Kul çökəkliyi Qırğızıstanın vacib taxıl məhsulları və heyvandarlıq bölgələrindəndir. Burda dərman bitkiləri və lalə yetişir.
Göstərilən sahələrdə həmçinin Qafqaz şiyavı, Tyan — Şan yovşanı; terespen, dovşantopalı və s. yayılmışdır. Səth bitki örtüyü ilə örtülmüşdür.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Рукавишников Б. И. Озеро Иссык-Куль и хребет Терскей-Алатау. — М.: Физкультура и спорт, 1970. — 120 с.
- ↑ OʻzME. Birinchi jild. Toshkent, 2000-yil
- ↑ http://issykinfo.ru/lake/189-geograficheskoe-polozhenie-issyk-kulskoy-kotloviny.html Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine Coğrafi şəraiti
- ↑ Ранцман Е. Я., Геоморфология Иссык-Кульской котловины и её горного обрамления, М., 1959; Разрез новейших отложений Иссык-Кульской впадины, М., 1971.