İstifadəçi:Rüfət Həsənli — Vikipediya
Rüfət Həsənli | |
---|---|
Əsl adı | Rüfət Rauf oğlu Həsənli |
Yaşadığı ölkə | Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Doğum tarixi | |
Doğum yeri | Bakı şəhəri |
Vikipediyada fəaliyyəti | Vikipediyada bəzi yeni məqalələrin yaradılması, məqalələrin genişləndirilməsi, yeni istifadəçilərin müzakirə səhifələrində {{Xoşgəldiniz}} şablonlarının qoyulması, çoxsaylı interviki seçkilərində iştirak və s. Həmçinin digər dillərdə olan Vikipediyalarda Azərbaycanın və digər türk xalqlarının tanıdılması |
Töhfələri | [redaktələri] |
Vikiİmzası | Rüfət Həsənli |
@rufat.hasanli @photo.rufat | |
Hələlik işlətmirəm. | |
yoxdur | |
ВКонтакте | yoxdur |
[email protected] | |
https://rufathasanli.wordpress.com/ |
Dünya saatı | |
Rüfət Həsənli
|
Mən ― Həsənli Rüfət Rauf oğlu Vikipediyaya 18 avqust 2018-ci ildən etibarən qoşulmuşam.
Məqsədim
[redaktə | mənbəni redaktə et]Məqsədim Azərbaycan Türkcəsində məlumat bazasını genişləndirərək həmVətənlilərimizin öz Ana Dilimizdə axtarış etməklə məlumata çıxışını təmin etmək, həmçinin digər dillərdəki Vikipediyalarda Azərbaycan haqqında yazaraq Vətənimizi və Xalqımızı bacardığımca dünyada tanıtmaqdan ibarətdir.
Vikibioqrafiyam
[redaktə | mənbəni redaktə et]Mən, Rüfət Həsənli 2005-ci il 31 mart təvəllüdlüyəm, hazırda 19 yaşım var. 2018-ci ilin 18 avqustundan bəri (6 ildir) "Azərbaycanca Vikipediya"da fəaliyyət göstərirəm. "Vikipediya"ya qoşulmağımın qısa hekayəsi belədir ki, bir vaxtlar məqalələri oxuduqda bir çox qrammatik yanlışlıqların, məlumat azlığının olduğunu müşahidə edirdim və bunları necə düzəldə biləcəyimin yolunu axtarırdım. Bir gün "redaktə et" sözünə toxundum və məqalədə özümün də düzəlişlər apara biləcəyimi kəşf etdim. Beləliklə, "İstifadəçi:Rüfət Həsənli" istifadəçi adım ilə "Vikipediya" kariyeram başladı.
İlk dövrlər daha çox kiçikhəcmli redaktələr — orfoqrafik və qrammatik düzəlişlər edirdim. Sonralar isə tədricən yeni məqalələrin yaradılmasına başladım. Doğrudur, hələ tam bələd olmadığım üçün ilk məqalələrim tərcümə tipli, müəyyən yanlışlarla zəngin idi. Lakin İdarəçilərin yardımı və tövsiyələri ilə səhvlərimdən öyrənir, onları təkrarlamamağa diqqət edirdim. Beləcə, zaman ötdükcə təcrübəm və özüməinamım artır, daha keyfiyyətli iş görürdüm.
Azərbaycan Tibb Universitetinin tələbəsi olduğum üçün hazırda daha çox tibbi mövzuda məqalələrin yaradılması və təkmilləşdirilməsi ilə məşğulam. Bununla bağlı olaraq "VikiLayihə Tibb" layihəsini də başlatmışam. Bundan əlavə, Azərbaycan tarixi, milli filmoqrafiya, idman, musiqi və videoyunlar mövzuları üzrə, həmçinin ölkəmizin və dünya coğrafiyasına dair çoxsaylı məqalələr yaradıram. "Azərbaycanca Vikipediya"da hazırda yaratdığım 1 məqalə "seçilmiş siyahı" titulu alıb, ikincisinin isə bu adla bağlı namizədliyini təqdim etmişəm.
Hazırda "Azərbaycanca Vikipediya"da 3000-dən çox, ümumi "Vikimediya" layihələrində isə 4000-ə yaxın redaktəm var. "Azərbaycanca Vikipediya"da "təcrübəli istifadəçi", "avtopatrul" və "səhifə addəyişdiricisi" hüquqlarının sahibiyəm. Bundan əlavə, digər dillərdəki (ingiliscə, Türkiyə türkcəsi, Krım-tatar türkcəsi) "Vikipediya"larda redaktə və məqalələrim var. Başqa "Vikimediya" layihələrindən isə "Wikimedia Commons"da 100-dən çox fotonun müəllifiyəm. Bu fotolar daha çox Azərbaycanın zəngin tarixini tanıtmağa yönəlmişdir. O cümlədən, "Vikimənbə" və digər layihələrdə də redaktələrin sahibiyəm. Həmçinin "Azərbaycan Vikimediaçıları İstifadəçi Qrupu"nun nümayəndəsiyəm.
2024-cü ilin 31 iyul – 4 avqust tarixlərində "Azərbaycan Vikimediaçıları İstifadəçi Qrupu" və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə əməkdaşlığı ilə Şəki şəhərində təşkil olunmuş yay vikidüşərgəsində "təcrübəli istifadəçi" qismində iştirak etmiş, 13 nömrəli "VikiKraft" komandasının kapitanı seçilmişəm. Bu müddət ərzində fərdi və komanda şəklində "Azərbaycanca Vikipediya" və "Vikimənbə"də onlarla məqalə yaratmışıq. Bununla yanaşı, Şəkinin tarixi memarlıq abidələri və təbiət nümunələrinə dair 67 fotonu "Wikimedia Commons"a yükləmişəm.
Vikidüşərgədən əlavə, bir çox onlayn layihələrdə də fəal iştirak edirəm. Bu 6 il ərzində çoxsaylı "Mövzulu Ay" layihələrinin, "VikiBahar" layihəsi və digərlərinin iştirakşısı olmuşam. "Viki" mühitində həm yerli, həm xarici istifadəçilərlə sıx ünsiyyətdəyəm, onlarla birgə əməkdaşlıq edirəm. Bir vaxtlar özüm İdarəçi və təcrübəli istifadəçilərdən öyrənərdim, indi isə mən yeni istifadəçilərə yardım edir, onların suallarını cavablandırıram. Bu baxımdan, universitetimizdən də bir çox tələbənin "Vikipediya"nı öyrənməyinə vəsilə olmuşam. Gələcəkdə isə bu istiqamətdə işləri genişləndirmək üçün müxtəlif fikirlərim var.
İstifadəçi məlumatlarım
[redaktə | mənbəni redaktə et]Digər dillərdə olan istifadəçi hesablarım
[redaktə | mənbəni redaktə et]Digər
[redaktə | mənbəni redaktə et] Türkdilli vikipediyalar (Məqalələrin ümumi sayı: 2.378.147) | ||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Türkcə | Tatarca | Cənubi Azərbaycanca | Özbəkcə | Qazaxca | Azərbaycanca | Qırğızca | ||||||||
623.920 | 502.212 | 243.765 | 294.757 | 238.133 | 200.244 | 77.041 | ||||||||
Başqırdca | Çuvaşca | Saxaca | Krım-tatarca | Türkməncə | Uyğurca | Tuvaca | ||||||||
63.751 | 56.769 | 17.165 | 28.436 | 6.903 | 8.781 | 3.526 | ||||||||
Qaqauzca | Qaraçay-balkarca | Qaraqalpaqca | Cənubi Altay | İnkubatorda | ||||||||||
2.808 | 2.191 | 7.745 | 1.105 | 4.037 + |
|