İstifadəçi müzakirəsi:Solavirum — Vikipediya


Ana səhifə

Müzakirə

Töhfələr

Mükafatlar

Qaralama1

Qaralama2

Qaralama3

Qaralama4

Qeyd
Elə yaşamalısan ki, öləndən sonra da ölməyəsən – həyatın məqsədi məhz budur. – Cəlil Məmmədquluzadə.
Zəhmət olmasa, aşağıdan yeni mövzu əlavə edin

A

[mənbəni redaktə et]

Salam niyə bir sıra məqalələrdə ABŞ-da yox ABŞ-də qeyd edilir? RƏSULOV (müzakirə) 15:45, 8 yanvar 2024 (UTC)Cavabla

RƏSULOV, yazılış qaydası elədir. [Abış] yox, [Abeşe] kimi oxunur və şəkilçilər də ona uyğun formalaşdırılır. --► Hörmətlə: SolaVirum 21:31, 8 yanvar 2024 (UTC)Cavabla

Vilhelmshaven

[mənbəni redaktə et]

@Solavirum Vilhelmshaven səhivəsinin adını dəyişib Vilhelmshafen etmisən bir saat əvvəl səbəbini soruşa bilərəm?

ALMANCADA SƏSLƏNƏNDƏ "F" SƏSLƏNİR AMMA YAZIDA "V" YAZILIR.

Ümumilikdə Vilhelmshafn kimi səslənir, bəlkəm belə yazasan. çünki sondan ikinci e oxunmur. :) oxuma ilə yazma Alman dilində eyni deyil :) Ravil Xalafov (müzakirə) 15:56, 14 yanvar 2024 (UTC)Cavabla

Thank you for being a medical contributors!

[mənbəni redaktə et]
The 2023 Cure Award
In 2023 you were one of the top medical editors in your language. Thank you from Wiki Project Med for helping bring free, complete, accurate, up-to-date health information to the public. We really appreciate you and the vital work you do!

Wiki Project Med Foundation is a thematic organization whose mission is to improve our health content. Consider joining for 2024, there are no associated costs.

Additionally one of our primary efforts revolves around translation of health content. We invite you to try our new workflow if you have not already. Our dashboard automatically collects statistics of your efforts and we are working on tools to automatically improve formating.

Thanks again :-) -- Doc James along with the rest of the team at Wiki Project Med Foundation 22:24, 3 fevral 2024 (UTC)Cavabla

Fodurant səhifəsinin silinməyə namizəd göstərilməsi

[mənbəni redaktə et]
Fodurant səhifəsinin Vikipediyada saxlanıb-saxlanılmaması ilə bağlı müzakirə aparılır.

Konsensus əldə olunanadək səhifə Vikipediya:Silinməyə namizəd səhifələr/Fodurant səhifəsində müzakirə olunacaqdır. Hər kəs, o cümlədən siz müzakirəyə qatıla, fikirlərinizi bölüşə bilərsiniz.

İstifadəçilər müzakirə zamanı səhifəni redaktə edə, eləcə də müzakirə zamanı bildirilən problemləri həll etmək üçün səhifəni təkmilləşdirə bilərlər. Bununla belə, səhifənin yuxarı hissəsində yerləşdirilmiş silinmə şablonunu götürməyin.

Bikar müzakirə 21:31, 26 fevral 2024 (UTC)Cavabla

İslam mükafatı

[mənbəni redaktə et]
İslam mükafatı
Salam Aleykum. Sizi yaratdığınız və təkmilləşdirdiyiniz bir çox İslami mövzulu məqalələrə görə İslam mükafatı ilə təltif edirəm.

samral müzakirə 15:15, 27 fevral 2024 (UTC)Cavabla

Update request

[mənbəni redaktə et]

Hello.

Can you remove Nagorno-Karabakh from File:Map-of-speakers-of-armenian.png, File:Idioma armenio.png, File:ArmenianDiaspora.png and File:Diàspora armènia.png?

Can you color Nagorno-Karabakh in blue in File:Idioma azerí.png?

Can you color Nagorno-Karabakh in brown, because it is now history and the Armenian population was more than 50%, in File:Armenian distribution map.png?

Can you color Azerbaijan in gray (less than 1,000) and Turkey in very light brown (between the 10,000 and 100,000 range) in File:Map of the Armenian Diaspora in the World.svg?

Thank you, 31.200.15.138 05:05, 2 mart 2024 (UTC)Cavabla

Xahiş

[mənbəni redaktə et]

Salam hörmətli həmkar @Solavirum. Necəsiniz? Sizdən artıq dərəcədə xahiş edirəm ki, imkan olduqca aşağıdakı məqalələri azərbaycan dilinə tərcümə edəsiniz zəhmət olmasa. https://en.wikipedia.org/wiki/Ante_Paveli%C4%87, https://en.wikipedia.org/wiki/Independent_State_of_Croatia, https://en.wikipedia.org/wiki/Hitler_Youth, https://en.wikipedia.org/wiki/Adolf_Hitler%27s_bodyguard, https://en.wikipedia.org/wiki/Adolf_Hitler%27s_rise_to_power, https://en.m.wikipedia.org/wiki/German_nuclear_weapons_program, https://en.m.wikipedia.org/wiki/Yamato-class_battleship, https://en.m.wikipedia.org/wiki/Japanese_battleship_Yamato, https://en.m.wikipedia.org/wiki/Japanese_battleship_Musashi https://en.wikipedia.org/wiki/Political_views_of_Adolf_Hitler, https://en.wikipedia.org/wiki/Flensburg_Government, https://en.wikipedia.org/wiki/First_Italo-Ethiopian_War, https://en.wikipedia.org/wiki/Second_Italo-Ethiopian_War, https://en.m.wikipedia.org/wiki/Operation_Mincemeat https://en.wikipedia.org/wiki/Soviet_partisans

Hörmətlə Tarixçi (müzakirə) 07:33, 3 mart 2024 (UTC)Cavabla

Laçın Kürd Respublikası

[mənbəni redaktə et]

Salam. Hər müzakirədə mənim şərhlərimin altına gəlib "Sortilegus mənə düşmən deyib" yazmağın yeri yoxdur. Müəyyən qədər hövsələ ilə yanaşdım bu məsələyə, amma artıq hər şeyin sərhədləri aşdığını görürəm və ona görə düşünürəm ki, bu məsələyə birdəfəlik aydınlıq gətirmək lazımdır. Söhbət Laçın Kürd Respublikasından gedir. Sən o məqalənin müəllifisən və mənim onun müzakirəsində yazdığım şərhlər səni qıcıqlandırıb. Əgər "düşmən" deyəndə bizim millət əsasən ermənini nəzərdə tutursa, heç ermənidillli vikipediya belə bir sərsəm mövzuda məqalə yaratmayıb. Çünki ermənilər Laçını işğal etmişdilər, nələrinə lazım idi əllərində olanı kürdə versinlər. Amma indi sənin yaratdığın və heç bir tarixi əsası olmayan, kiminsə müsahibəsinə əsaslanan məqalə ermənilər üçün də mənbə rolunu oynayacaq. Artıq Laçın əllərindən çıxıb deyə. Vikipediya heç kimin şəxsi tarix kitabı deyil ki, kim nə istəyir yazsın. Burada yazılan hər sözün məsuliyyəti dərk olunmalıdır. Yoxsa biri durub müsahibə verib respublika yaradır, biri müsahibə verib özünü peyğəmbər elan edir - bütün bu sərsəmləmələr haqqında vikipediyada məqalə olmalıdır deyə bir şey yoxdur. İndi bildiyin qədər Laçın artıq azad olunub və insanlar ora yavaş-yavaş köçürlər. Mən tanış mətbuat orqanlarından birindən xahiş edəcəm ki, gedib bir reportaj hazırlasın oradakı laçınlılarla, görək onlar özlərini "keçmiş Laçın Kürd Respublikası"nda necə hiss edirlər. Sonra zamanın olanda reportajın davamını səninlə hazırlayarlar - Laçın Kürd Respublikasının nazirlər kabineti, parlamenti, icra strukturları haqqında ictimaiyyətə məlumat verərsən. Belə görürəm ki, o dövləti səndən yaxşı tanıyan yoxdur. Bu məsələni məncə biz ictimailəşdirək. Onsuz da bəzi laçınlı ziyalılar sosial şəbəkələrdə şəxsən mənə yazıb bu məqalənin, ümumiyyətlə bu dövlətin haradan ortaya çıxdığını soruşurlar. Məncə xalq öz qəhrəmanını tanımalıdır. Bəlkə sən yenə məsələn, Tural Həmidliyə istinadla respublikanın mövcudluğunu sübut edə biləcəksən, biz haqsız çıxacağıq. Bununla düşünürəm ki, kim-kimi düşmən çıxarır söhbəti də öz məntiqi sonluğuna çatacaq. — Sortilegus (müzakirə) 13:46, 4 mart 2024 (UTC)Cavabla

Sortilegus, məqalənin ensiklopedikliyi sadəcə mənbələrlə əsaslanır. "Bu məsələni məncə biz ictimailəşdirək", "xalq öz qəhrəmanını tanımalıdır" deyəndə mənə qarşı təzyiq göstərməyə çalışırsınızsa, elə mənim dediyim yenə öz aktuallığını qoruyub daşıyır. LKR de-fakto mövcud olub, DQR kimi, bunu təsdiq edən n qədər mənbə var. O mənbələrin müəllifi mən deyiləm, nə də ki, bu məqalə orijinal tədqiqatdır.
Bu arada, sən yox, siz. Mən sizinlə "sən"lə danışmamışam, amma görürəm ki, "Samral"ın etimad səsverməsində yazdığı arqumentlər həqiqəti əks etdirir. --► Hörmətlə: SolaVirum 13:51, 4 mart 2024 (UTC)Cavabla
Bu qondarma DQR-in prezidenti, nazirləri, millət vəkilləri filan-filan hamısı məlum idi. Neçəsi indi MTN-nin zirzəmisindədi. Laçın Kürd Respublikasınınkıları tanıyan yoxdur, bəlkə bir sən tanıyasan. Məlumat versəydin bəlkə onları da gətirib zirzəmiyə salardı dövlət. Oyun-oyuncaq deyil ki, bir ölkənin sərhədləri içində bir başqa dövlət yaratmaq. İctimailəşəndə məsələ bəlkə sənin üçün daha çox mənbə ortaya çıxdı. Məncə, ictimailəşdirməyin faydası olacaq. Təzyiq-filan niyə göstərirəm? Adama öz yazdığı məqalə ilə də təzyiq göstərərlər? Amma hər kəs də gərək yazdığının məsuliyyətini hiss eləsin. — Sortilegus (müzakirə) 14:01, 4 mart 2024 (UTC)Cavabla
@Sortilegus, "Mən tanış mətbuat orqanlarından birindən xahiş edəcəm ki, gedib bir reportaj hazırlasın oradakı laçınlılarla, görək onlar özlərini "keçmiş Laçın Kürd Respublikası"nda necə hiss edirlər. Sonra zamanın olanda reportajın davamını səninlə hazırlayarlar... Neçəsi indi MTN-nin zirzəmisindədi. Laçın Kürd Respublikasınınkıları tanıyan yoxdur, bəlkə bir sən tanıyasan. Məlumat versəydin bəlkə onları da gətirib zirzəmiyə salardı dövlət." bu sözləriniz hədədir, təhdiddir. Nə etməyə çalışırsız? Məqsədiniz nədir? Özünüzü nə hesab edirsiz? Vikipediya psevdo-dövlətçilik, yersiz patriotizm məkanı deyil. Siz özünüzü konkret VP:BURADADEYİL kimi aparırsınız. Dəhşətə gəlirəm ki, bu cür üslubun sahibi 10 neçə ildir AzVikidə bürokrat və inzibatçıdır. Sadəcə dəhşətdir. samral müzakirə 14:12, 4 mart 2024 (UTC)Cavabla
Sortilegus, siz hələ də məqaləni oxumamısınız? Orada nə qədər mənbə var, özü də akademik ingiliscə məqalələr, hansı ki, böyük nəşriyyatlarda dərc olunub. Vəkil Mustafayev haqqında məqalə var, məsələn. Mən bu qurumun heç bir şeyini dəstəkləmirəm, məqalənin özündə də qeyd etmişəm (mənbələrlə) ki, qondarmadır, ermənilərlə əl-bir yaradılıb. "Amma hər kəs də gərək yazdığının məsuliyyətini hiss eləsin" – bu yazdığınız cümlə özü çox böyük bir səhvdir, birbaşa təhdiddir. Vikipediyaya töhfə vermək anonimlik üzərində qurulub, heç kəs yazdığı nəyəsə görə təhdid altında hiss etməməlidir özünü. İngiliscə Vikipediyada ermənilər mənim şəxsi məlumatımı yayaraq təhdid edirdi, onlar bloklanmışdı. Siz, görünür ki, Vikipediyanın məğzini başa düşməmisiniz. --► Hörmətlə: SolaVirum 14:12, 4 mart 2024 (UTC)Cavabla
SamralSolavirum - mənim yazdıqlarımda nə təhdid var ki? Siz hər yazılanı özünüzə qarşı niyə təhdid hesab edirsiniz? Heç kimi döyməklə, söyməklə təhdid etmirəm, heç kimə psixoloji təsir göstərmirəm. Mövcud olan bir məqalənin ictimai müzakirəsindən çəkinmək lazım deyil. İctimaiyyət üçün də maraqlı olacaq bu məsələ. — Sortilegus (müzakirə) 14:26, 4 mart 2024 (UTC)Cavabla
@Sortilegus, mən sizi çıxararam ictimai müzakirəyə siz onda görərsiz ictimai müzakirə necə olur Təhdid deyilaaa. Ölmülə filan da hədələmədim. samral müzakirə 14:28, 4 mart 2024 (UTC)Cavabla
Samral, çıxart müzakirəyə. Bəlkə sənin hesabına "ulduz" olaram :)— Sortilegus (müzakirə) 14:31, 4 mart 2024 (UTC)Cavabla
Sortilegus, siz bu dediyinizin məğzini başa düşürsünüz, amma bir az izah edim. Fərid Pərdəşünas keysində, məsələn, ictimaiyyət, Vikipediyanın nə olduğundan xəbəri olmayanlar bütün Vikipediyaçıları söyürdü. Mən sizə dəfələrlə dedim ki, SNS-ya çıxarın, müzakirə edək. Əgər bu məqalə süni şəkildə mətbuata çıxarılsa, mənim bu məqalədə iştirakım və şəxsiyyətim ifşa olunsa, Vikipediyanın nə olduğunu bilməyən mətbuat məni "separatçı" kimi qələmə verəcək və nəticədə mənim həyatıma fiziki təhdid formalaşacaq. Vikipediyadakı fəaliyyətinə görə əvvəllər həbs edilənlər olub və sizin bu addımı atmağınız özü böyük bir təhdiddir. --► Hörmətlə: SolaVirum 14:32, 4 mart 2024 (UTC)Cavabla
Solavirum siz dediyiniz kimi mənbələrə istinadla, olan faktlara əsaslanaraq bir məqalə yaratmısınızsa niyə kiminsə sizi separatçı olaraq qələmə verəcəyi haqqında düşünürsünüz? Separatçı o dövlətləri yaradanlardır. Yox əgər bu belə deyilsə, düşünürəm ki, bu cür məqalələr yaratmaq düzgün deyil. Çünki sizin yazdığınızı minlərlə insan oxuyur. Bunun məsuliyyətini dərk etmək lazımdır.— Sortilegus (müzakirə) 14:39, 4 mart 2024 (UTC)Cavabla
Sortilegus, söz çatdırana qədər məni də o zirzəmiyə salarlar. Fərid Pərdəşünasa görə Eminin üstünə düşmüşdülər, amma siz bu məsələni yola verirsiniz, bilməməzliyə vurursunuz. Əhsən. --► Hörmətlə: SolaVirum 15:00, 4 mart 2024 (UTC)Cavabla
Solavirum Fərid Pərdəşünas məsələsinin bu məsələyə nə aidiyyatı? O mövzunu bu mövzuya qarışdırıb, müdafiə olunan pozisiyası alıb özünü haqlı çıxarmağa çalışmaq lazım deyil.— Sortilegus (müzakirə) 15:03, 4 mart 2024 (UTC)Cavabla
@Sortilegus, təklifiniz nədir? Məqalə silinməlidir? Zohrab javad (müzakirə) 14:16, 21 may 2024 (UTC)Cavabla
Hörmətli @Sortilegus məqaləyə belə münasibətiniz anlaşılan deyil. Həmçinin məqaləni yaradan @Solaviruma qarşı münasibətiniz də. Önəmli olan məqalə ensiklopedikdir. O dövr Azərbaycan ən ağır tarixi taleyini yaşayırdı və bu kimi məqsədyönlü şəkildə yaradılmış dırnaqarası dövlətlər var idi. Bu məqaləyə görə istifadəçi ilə bu mövzunu müzakirə etmək nə dərəcədə doğrudur onu da anlaya bilmirəm. Belə bir qondarma dövlət rəsmi mənbələrə görə olubsa biz @Solavirumu "bu məqaləni niyə yaratmısan sualı ilə" nə üçün üzbəüz qoymalıyıq? Patriot (müzakirə) 22:20, 4 mart 2024 (UTC)Cavabla
@Sortilegus, istifadəçiyə qarşı yuxarıda bildirdiyiniz bəzi fikirlərin təhdid olduğunun fərqindəsiz? Vikipediya milllətçilik və vətənpərvərlik platforması deyil, mövzu ensiklopedik olduğu və neytral yazıldığı müddətcə heç bir problem olmamalıdır. Siz isə deyirsiz ki, "birdən ermənilər, düşmənlərimiz görər, əllərinə kozr düşər" zad. Belə bir fəaliyyət məntiqi harada var? Laçın Kürd Respublikası faktiki olaraq mövcud olub, bunu inkar edə bilməzsiz, sadəcə müzakirə apara aça bilərsiz ki, ayrıca məqaləsi olacaq qədər əhəmiyyətli mövzudur yoxsa yox. "Cəmi 2 gün mövcud olmuş dövlət ensiklopedikdir ki?" isə bunun üçün kifayət arqument deyil. Cəmi 7 saat mövcud olmuş (!) bir dövlətin belə 19 dildə məqaləsi var, enviki və ruviki daxil olmaqla. Şiroi Akuma 15:11, 4 mart 2024 (UTC)Cavabla
@White Demon ümumiyyətlə mən belə görürəm biz yavaş-yavaş Vikipediyada hökm sürən xaosa görə düşmən dövlətlərin əlinə bilərəkdən və ya bilməyərəkdən yaxşı əsaslar verəcəyik ki, öz mətbuatlarında bizim icmadan yazsınlar. Patriot (müzakirə) 22:24, 4 mart 2024 (UTC)Cavabla

Bütün İnzibatçılara Müraciət

[mənbəni redaktə et]

Hörmətli İnzibatçılar! Yazlb Sizi məlum edirəm ki,  mən Emil Rəhimov Dünya Alpaqut federasiyası əməkdaşıyam. Vikipediyayada olan səhifələrimizə məlumatların yerləşdirilməsi, redaktə edilməsi, istinadların əlavə edilməsi üçün daxil olmuşam.  Vikipediyaya daxil olarkən mənə kömək etmək məqsədilə təyin olunmuş şəxs Moses bəydi. İlk öncə ona müraciət edərək Dünya Alpagut Federasiyası səhifəsiniinn digər dillərdə tərcümə edilib paylaşması üçün müraciət etdim. O, mənə "özünüzdə yarada bilərsiz deyə qaydaları izah etdi". Beləliklə mən rus dilində Dünya Alpagut Federasiyası səhifəsini yarardım hansı ki,  bu səhifə AzVikidə mövcuddur.  iki gün öncə rus dilli vikipediyada yaratdığım "Всемирная федерация Алпагут " adlı səhifə silinməyə çıxardılıb. İlk əvvəl elə anladım ki, bunu rusdilli adminlər edib. Daha sonra diqqət etdim ki, bunu Sura Shukurlu hesabında olan şəxs edib. Təsəvvür edin ki,   bu şəxs tərəfindən səhifə silinməyə qoyulmasına baxmayaraq rud dilli redaktorlardan biri yazır ki,  "çox maraqlıdır bu səhifə niyə silinməyə qoyulub" digər yazılar həmin səhifədə mövcuddur xahiş edirəm baxasınız. Ancaq mənim müraciətimin məğzi başqadı. Sura Shukurlu hesabında olan bu şəxs özü həmin səhifədə rus dilində bilmədiyini qeyd edir. Bu şəxsin rus dilini bilmədiyi halda rusdilli Vikipediyaya keçib bizim səhifəni silinməyə cəhd etməsi nə deməkdir ?  Rus dilli Vikipediyaya rus redaktor və İnzibatçılar yoxdur? yoxsa onların gözü görmür. Diqqət edin eyni hərəkəti Sura Shukurlu adlı bu şəxs türk dilində olan vikipediya səhifəsindədə etdi. Mən nə qədər cəhd etdim səhifənin silinməsin qarşısın ala bilmədim. Göstərilən arqumentlərə görə istinadlar və məlumatlar əlavə edə bilmirdim.  Çünki həmin səhifə mühafizə altında idi nəyi əlavə edirdim geri qaytarılırdı. Həmdə mən burda yeniyəm təcrübəsizəm deyə əlimdən heçnə gəlmədi. Mənim sualım hamınıza bundan ibarətdir ki,  biz Azərbaycanı dünyada təmsil edən,  iki millət vəkilinin rəhbərlik etdiyi, Azvikidə mövcüd olan Dünya Alpagut Federasiyası səhifələrinin digər dillərdə yaradılmasına niyə Sura Shukurlu adlı şəxs mane olur? bu şəxs bizdən nə istəyir? bu şəxs üzündən vaxtilə bizim federasiyanın vikidə öz səhifələrimizi silinməkdən müdafiə edən iki əməkdaşı blok edildi. İndidə məni kukla hesabı kimi Nemoralis bəyə şikayət edirki mən bloklanım və öz səhifələrimizi redaktə edə bilməyim və digər dillərdə olan səhifələrimizi yarada bilməyim. Burada biri mənə desin bu şəxsin etdiyi hərəkət vikipediya qaydalarına uyğundurmu? Xahiş edirəm münasibət bildirin. KülTegin.Alp (müzakirə) 06:12, 11 mart 2024 (UTC)Cavabla

Sual

[mənbəni redaktə et]

Salam, necəsiz? Bir şeyi dəqiqləşdirmək istəyirəm. Rəsm əsərlərinə dəqiqləşdirmə kimi "tablo" yoxsa "rəsm əsəri" yazaq? Hər ikisi versiya da var, birini standart edək. Hörmətlə, Gadirmüzakirə 11:06, 13 mart 2024 (UTC)Cavabla

Gadir, rəsm əsəri daha ümumi addır deyə o daha uyğundur məncə, tablo altqrupdur. --► Hörmətlə: SolaVirum 11:07, 13 mart 2024 (UTC)Cavabla
@Solavirum, daha geniş müzakirə lazımdı? Bu arada, Wikipediya M, siz nə düşünürsünüz? Hörmətlə, Gadirmüzakirə 11:13, 13 mart 2024 (UTC)Cavabla
Gadir, əslində tablo sözü özü də fransızca (tableau) - "şəkil" deməkdir. Amma tablo fərqli mənalarda da işlənə bilir. Bu baxımdan Solavirum ilə eyni fikirdəyəm və düşünürəm ki, rəsm əsəri daha adekvat addır.-Wikipediya M (müzakirə) 05:46, 14 mart 2024 (UTC)Cavabla
@Wikipediya M, @Solavirum, təşəkkürlər. Qatılıram sizlərə. Bir az uzun olacaq, amma onu işlədirik o zaman. Hörmətlə, Gadirmüzakirə 17:14, 14 mart 2024 (UTC)Cavabla

Birləşdirmə

[mənbəni redaktə et]

Adrasteya (nimfa) ilə Adrasteya (mifologiya) birləşdirilməlidir deyəsən. Hörmətlə, Gadirmüzakirə 13:02, 13 mart 2024 (UTC)Cavabla

eyniadlıdır, lakin ayrı anlayışlardır. Biri Zevsi böyüdüb, o biri Zevsin qızı olub. --► Hörmətlə: SolaVirum 13:05, 13 mart 2024 (UTC)Cavabla

Maşın tərcümələri

[mənbəni redaktə et]

Salam Solavirum bəy. Qolcomaq artıq maşın tərcümələri səbəbi ilə Ukrayna ayı layihəsindən uzaqlaşdırıldı. NurAy-a bir neçə dəfə xəbərdarlıq etsəm də, çox nəzakətsiz davrandı. Mən bir həftədən çoxdur ki, gözləyirəm, halbuki, bu müddət ərzində qaydalara əsasən addım atmalı idim. Əgər istifadəçi hər hansı səbəbdən Vikipediyaya girmirsə, bu o demək deyil ki, biz həmin vaxta qədər gözləməliyik. Bəlkə bu vaxt çox uzandı? Misal, 2 ay. Sözügedən məqalələr qaralama fəzasında deyil, əsas fəzadadır. Özü də istifadəçinin belə fəaliyyəti ilk dəfə deyil, illərdir yaratdığı məqalələr də birmənalı maşın tərcüməsidir. Kütləvi şəkildə məqalələr yaradıb və hamısı maşın tərcüməsi, copy-paste-dir. Mən özüm ilk dəfə oxucu kimi qarşılaşmışam həmin məqalələrlə və həmin məqalələrin əsas fəzada qalması doğru deyil. Nə düşünürsünüz? Mən düşünürəm ki, artıq addım atmaq lazımdır. Çünki istifadəçi uzun müddətdir maşın tərcüməsi ilə kütləvi şəkildə, çox böyük sayda məqalə yaradıb, əvvəlki xəbərdarlıqlara da məhəl qoymayıb. İndi isə mən xəbərdarlıq etdikdə nəzakətsiz davranmasına və heç bir addım atmamasına, məqalələrə düzəliş etməməsinə heç bir şey əsas göstərilə bilməz. Vikiyə girməyə bilər, amma bu o demək deyil ki, biz bu müddət ərzində istifadəçini gözləməliyik. Məqalələr qaralama halına köçürülməli, əgər isifadəçi məqalələr üzərində işləyəcəksə, qaralama fəzasında işləməlidir. Maşın tərcüməsi ilə məşğul olan digər istifadəçilər haqqında da tədbir görmək lazımdır. Tədbir görmədikcə bu hal kütləvi xarakter daşımağa başlayır. Belə baxıram ki, onlar düşünürlər ki, onsuz biz heç bir tədbir görmürük, ancaq xəbərdarlıq edirik, ona da məhəl qoymurlar və nəticədə heç kim heç nə etmir. Odur ki, bu fəaliyyət artıq çox normallaşıb və xəbərdarlıq edəndə də istifadəçilər xəbərdarlığı birmənalı qarşılamırlar. Mənə qarşı edilən nəzakətsizliklərin də səbəbi budur. Sura Shukurlu (müzakirə) 19:33, 11 aprel 2024 (UTC)Cavabla

@Sura Shukurlu, Nuray xəstəxanadadır. Ona görə vikiyə girə bilmir. Nemoralis (müzakirə) 19:37, 11 aprel 2024 (UTC)Cavabla
@Nemoralis Bilirəm, mənə məlumat verilib, sadəcə burada yazmaq istəmədim. Zatən buna görə gözləmişəm və buna görə gözlədiyimi yazmışam. Layihənin öz gedişatı var, biz hər hansı səbəbədən istifadəçiləri gözləməli deyilik axı. Qaralama ad fəzasına köçürülsün, istifadəçi gəldikdən sonra düzəliş edər və yayımlanarlar. Dedidiyim kimi, məqalələrdə gözlə görünən dərəcədə problemlər var və heç bir səbəb haqq qazandırmır ki, bu məqalələr əsas ad fəzasında qalsın. Sura Shukurlu (müzakirə) 19:46, 11 aprel 2024 (UTC)Cavabla

Ad dəyişdirilməsi

[mənbəni redaktə et]

Hələ üzərində iş apardığım məqaləni birbaşa ad dəyişdirib Ərdoğan İran şeir qalmaqalı formasına salmısınız. Bu adlandırma yanlışdır. Ərdoğan - İran - Şeir sözlərinin bir-biri ilə normal əlaqələndirilmədiyi yəqinki ortadadır. Mənim ilkin verdiyim adla da problem var. Ən yaxşı versiya Ərdoğanın şeir qalmaqalı və s. kimi olmalıdır.

Qeyd. GƏlən dəfə belə müdaxilələr edəndə əvvəlcə müzakirə edin.— Qızılbaş (müzakirə) 00:18, 28 aprel 2024 (UTC)Cavabla

Qızılbaş, düz demirsiniz, siz "Ərdoğan şeir gərginliyi" yazmısınız. Məqalənin digər dillərdə adı mən yazdığım formadadır. Uzağı "Ərdoğan–İran şeir qalmaqalı" olar. --► Hörmətlə: SolaVirum 08:25, 28 aprel 2024 (UTC)Cavabla
"Ərdoğanın İran ilə şeir qalmaqalı" da uyğundur. --► Hörmətlə: SolaVirum 08:25, 28 aprel 2024 (UTC)Cavabla
"İran" mütləq qeyd olunmalıdır, çünki Ərdoğanın tək şeir qalmaqalı bu deyil. Hörmətlə, Gadirmüzakirə 08:29, 28 aprel 2024 (UTC)Cavabla
Anlamadım, nəyi düz demirəm ? Axı yazmışam ki, mənim də verdiyim versiyada problem var. Sizin verdiyinizdə də. Ona görə də, ən yaxşısı məqalənin müzakirə səhifəsində bunu başlıq açıb müzakirə etmək idi, nəinki "Şeir gərginliyi nədir?" kimi yazıb, birbaşa dəyişmək, həm də yenə yanlış adlandırma ilə.

"Ərdoğanın İran ilə şeir qalmaqalı" - bu ideal adlandırma olardı. Adı belə dəyişdirsəniz, yerinə düşər.— Qızılbaş (müzakirə) 23:03, 28 aprel 2024 (UTC)Cavabla

Məqalənin adını dəyişdiyiniz halı - Ərdoğan İran şeir qalmaqalı yanlışdır. Zəhmət olmasa, "Ərdoğanın İran ilə şeir qalmaqalı" ilə adı dəyişəsiniz.— Qızılbaş (müzakirə) 00:06, 1 may 2024 (UTC)Cavabla
Qızılbaş, həll etdim. Uğurlar. Hörmətlə, Gadirmüzakirə 00:16, 1 may 2024 (UTC)Cavabla
Təşəkkür edirəm, Qədir bəy. Qızılbaş (müzakirə) 00:32, 1 may 2024 (UTC)Cavabla

Xahiş

[mənbəni redaktə et]

Salam hörmətli @Solavirum. Necəsiniz? Sizdən bir xahişim var. Mənim yaratmış olduğum Adana qətliamı adlı məqaləmi qaralama formasında olsa belə, bərpa edəsiniz. Üzərində daha çox işləyəcəyəm ki, məqalə bir daha silinməsin. Həmin məqalə türk dilində olan eyniadlı məqalənin vikitərcümə ilə etdiyim tərcüməsi idi. Hörmətlə Tarixçi (müzakirə) 12:02, 29 aprel 2024 (UTC)Cavabla

Həsən İmanov, salam, yaxşıyam, siz necəsiniz? "Adana soyqırımı" adı ilə yaratmışdınız. Ümumiyyətlə, yaratdığınız əksər məqalələr belədir. Birbaşa maşın tərcüməsi, əl dəyilməmiş formada. Əgər bunun əvəzində normal mətn yazsanız, sevə-sevə edərəm. --► Hörmətlə: SolaVirum 13:57, 29 aprel 2024 (UTC)Cavabla
Hörmətli həmkar @Solavirum. Onu bərpa edərsiniz zəhmət olmasa? Onu bir qədər də təkmilləşdirəcəyimə söz verirəm. Maşın tərcüməsindən düzdür, istifadə etmişəm. Ancaq özüm də onun üzərində işləmişdim. Yenə də düzəlişlər edəcəyəm. Hörmətlə Tarixçi (müzakirə) 14:27, 29 aprel 2024 (UTC)Cavabla
Salam hörmətli həmkar @Solavirum. Necəsiniz? Xahişimi yerinə yetirə bilərsiniz zəhmət olmasa? Hörmətlə Tarixçi (müzakirə) 11:58, 30 aprel 2024 (UTC)Cavabla
Həsən İmanov, buyurun. --► Hörmətlə: SolaVirum 14:00, 30 aprel 2024 (UTC)Cavabla
Hörmətli həmkar @Solavirum. Xahişimi yerinə yetirdiyiniz üçün sizə minnətdarlığımı bildirirəm. Məqalə üzərində işlədim. Məsləhət bilsəydiniz, yenidən yayımlamaq istəyirəm. Hörmətlə Tarixçi (müzakirə) 19:11, 30 aprel 2024 (UTC)Cavabla
Salam hörmətli həmkar @Solavirum. Məqaləni yenidən yayımlamağa icazə verirsiniz? Hörmət Tarixçi (müzakirə) 10:21, 1 may 2024 (UTC)Cavabla

Topçubaşov Mərkəzi

[mənbəni redaktə et]

Salam. Məqalə SNS ilə silinəndən sonra 3 dəfə BNS (iyul 2021, sentyabr 2021may 2022) edilsə də, bərpa edilməyib. Ensiklopedik olsa belə, BNS-siz bərpası düzgün deyil, zəhmət olmasa, nəzərə alardınız. Hörmətlə, Gadirmüzakirə 11:45, 20 may 2024 (UTC)Cavabla

Məlumat

[mənbəni redaktə et]

Salam. {{Vikibahar 2024}} şablonundan istifadə edərkən {{müzakirə}} şablonunu əlavə olaraq istifadə etməyin. Bu şablonun içində o da var. Əksər istifadəçilər "müzakirə" şablonu olmadan yaradırdı deyə mən də daxilinə əlavə etdim. Müvafiq məqalələrinizdə də varsa, onları da düzəltməyinizi xahiş edirəm. Hörmətlə, Gadirmüzakirə 14:55, 30 may 2024 (UTC)Cavabla

Gadir, anladım. təşəkkürlər. --► Hörmətlə: SolaVirum 15:05, 30 may 2024 (UTC)Cavabla

Xahiş

[mənbəni redaktə et]

Salam, bəy, necəsiz? YM namizədi kimi verdiyim Mustafa Fehmi Kubilay məqaləsini yoxlaya bilərsiz? Hörmətlə, Gadirmüzakirə 05:20, 9 iyun 2024 (UTC)Cavabla

Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti səhifəsinin silinməyə namizəd göstərilməsi

[mənbəni redaktə et]
Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti səhifəsinin Vikipediyada saxlanıb-saxlanılmaması ilə bağlı müzakirə aparılır.

Konsensus əldə olunanadək səhifə Vikipediya:Silinməyə namizəd səhifələr/Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti səhifəsində müzakirə olunacaqdır. Hər kəs, o cümlədən siz müzakirəyə qatıla, fikirlərinizi bölüşə bilərsiniz.

İstifadəçilər müzakirə zamanı səhifəni redaktə edə, eləcə də müzakirə zamanı bildirilən problemləri həll etmək üçün səhifəni təkmilləşdirə bilərlər. Bununla belə, səhifənin yuxarı hissəsində yerləşdirilmiş silinmə şablonunu götürməyin.

Dr.Wiki54 (müzakirə) 21:12, 13 iyun 2024 (UTC)Cavabla

Vikipediya:İnzibatçılar səhifəsindəki redaktənizlə bağlı

[mənbəni redaktə et]

Salam. Vikipediya:İnzibatçılar səhifəsindəki redakətinizdə istifadə etdiyiniz bu ifadə — "istifadəçi bipolyardır..." — nəzakət qaydalarını pozur və mübahisəyə zəmin yaradır. Xahiş edirəm, daha diqqətli olaq. Hörmətlə, Gadirmüzakirə 19:00, 19 iyun 2024 (UTC)Cavabla

Gadir, nəzakət qaydasını pozmur. İkili davranışı ifadə edən termindir. Hər tənqidi ifadəyə nəzakət qaydası pozuntusu deməyin. --► Hörmətlə: SolaVirum 19:42, 19 iyun 2024 (UTC)Cavabla
Siz pozmadığını düşünürsünüz, məsələn, "sizin problemləriniz var" necə pozursa, bu o da o şəkildə. İfadələri seçərkən mübahisəyə zəmin yaradıb-yaratmayacağını nəzərə alın. Hörmətlə, Gadirmüzakirə 19:44, 19 iyun 2024 (UTC)Cavabla

Kholat Syakhl ilə qarşılıqlı əlaqə qadağası tətbiq edildi

[mənbəni redaktə et]

Hörmətlə, Gadirmüzakirə 23:59, 19 iyun 2024 (UTC)Cavabla

Gadir, görünür, inzibatçı seçilməyiniz bir xəta idi. Qarşılıqlı əlaqə blokunu hər gələn-gedənə vermək olmaz. Bunun üçün inzibatçılar arasında qərar verilməlidir, Samral keysində olduğu kimi. Bu "tətbiq etdiyiniz" bloku qəbul etmirəm və yox sayıram. --► Hörmətlə: SolaVirum 08:55, 20 iyun 2024 (UTC)Cavabla
"Baskervill"ə iki cümlə əlaqədə olmuşuq, gəlir blok qoyur özbaşına. Sizdə ciddi "iştirakçılığa asılılıq" problemi var ki, uzunmüddətli blokunuzun səbəbi də bu idi. Görünür, əslində heç nə dəyişməyibmiş. --► Hörmətlə: SolaVirum 08:57, 20 iyun 2024 (UTC)Cavabla
@Solavirum, gördüm ki, heç kim müdaxilə etmir, mübahisənin qarşısını almaq üçün operativ bu tədbiri görməyə məcbur oldum. Yanlışlıq yoxdur. İcma bu mənzərəni izləməli idi? Elə o 2 cümlənin hara getdiyi görünürdü. Sonunda yəqin istifadəçini bloklayacaqdınız. Tərəfsiz vəziyyətə müdaxilə edib konfliktin qarşısını aldım. Bu blok niyə sizi belə narahat edir ki? İstifadəçi ilə müzakirələrdə problemlər yaşadığınız istifadəçilərə bəllidir. İndi də mənə ilişirsiniz. Qərarda yanlışlıq yoxdur, bu barədə digər istifadəçilərə müraciət etməkdə azadsınız. Hörmətlə, Gadirmüzakirə 09:04, 20 iyun 2024 (UTC)Cavabla
Gadir, xeyr, müraciət etməkdə məsuliyyəti siz daşıyırsınız. Tətbiq etdiyiniz blok qüvvədə deyil. --► Hörmətlə: SolaVirum 09:08, 20 iyun 2024 (UTC)Cavabla
Təəssüf ki, konstruktiv davranış sərgiləmirsiniz. Bir də demisiniz ki, mütləq müzakirə olunmalıdır. Amma dəfələrlə qarşılıqlı əlaqə blokunun inzibatçılar tərəfindən vəziyyətə müdaxilə edilərək müzakirəsiz tətbiqini görmüşəm. Lütfən yanlış görüntü yaratmayın. Hörmətlə, Gadirmüzakirə 09:12, 20 iyun 2024 (UTC)Cavabla
Qarşılıqlı əlaqə bloku bircə dəfə icra edilib. Yanlış görüntü filan yaratmıram, sözüm qüvvədə qalır Gadir --► Hörmətlə: SolaVirum 09:22, 20 iyun 2024 (UTC)Cavabla
Bircə dəfə icra olunduğuna dəqiq əminsiniz? Dəqiq bilirəm ki, bircə dəfə icra olunmayıb çünki. Hörmətlə, Gadirmüzakirə 09:32, 20 iyun 2024 (UTC)Cavabla
@Gadir, 3 aylıq qarşılıqlı əlaqə blokunu şəxsən mən də doğru olmayan bir qərar hesab edirəm. Qeyd etmisiz ki, münaqişə daha da böyüməsin deyə bu addımı atmısız. Birdən böyümədi ? Həm belə qərarı tək inzibatçının verməsi doğru deyil. Gördüyünüz kimi hər iki istifadəçi qarşılıqlı əlaqə blokunu qüvvədə olmadığını düşünür. Kholat Syakhl (müzakirə) 09:23, 20 iyun 2024 (UTC)Cavabla
Yəni artıq mən bu şərhdən sonra nə deyim, nə deyə bilərəm, söz tapmıram. Sözü buraxıram digər həmkarlara, buyursunlar, iştirak edib fikirlərini bildirsinlər. Hörmətlə, Gadirmüzakirə 09:39, 20 iyun 2024 (UTC)Cavabla
Gadir, məsələ odur ki, çox tələsik və özbaşına qərar almısınız. --► Hörmətlə: SolaVirum 09:58, 20 iyun 2024 (UTC)Cavabla
Mənə ümumiyyətlə çox maraqlıdır ki, @Gadir, nəyə əsasən istifadəçilər arasında qarşılıqlı əlaqə bloku qoymusuz? Bir dənə mübahisə olan kimi istifadəçilər arasında qarşılıqlı əlaqə bloku qoyulur? Bu, ancaq iki istifadəçi arasında çox ciddi münasibət problemləri olanda, tez-tez mübahisələrə səbəb olanda, uzun-uzun, şəxsi zəmində olan boş müzakirələri yaradanda, vikipediyanın normal işini pozanda son çarə olaraq tətbiq olunmalıdır. Mən şəxsən bu qarşılıqlı əlaqə bloku qərarını təsdiqləmirəm. Kosmik Ozan utora! 09:58, 20 iyun 2024 (UTC)Cavabla
Elə deyil? Bu ilk müzakirədir, sizcə? Ya da son olacaq? Vəziyyətin qarşısını almaq üçün tətbiq etmişəm. Bir müddətdir ki, isfifadəçilər arasında vikiyə heç bir töhfə verməyən, barışılmaz mövqedə müzakirələr gedir. Mən də göz yummamış, səssiz qalmamışam. Bütün bunlar VP:BURADADEYİL qaydalarına ziddir axı. Hörmətlə, Gadirmüzakirə 10:02, 20 iyun 2024 (UTC)Cavabla
Bir müddət deyəndə ki, bu hal ardıcıl baş vermir ki, qarşılıqlı blok tətbiq edək. Hər mübahisənin həll yolu tərəfləri susdurmaq bu deyil. Kosmik Ozan utora! 18:29, 20 iyun 2024 (UTC)Cavabla

Xahiş

[mənbəni redaktə et]

Salam, hörmətli Solavirum! Necəsiniz? Sizinlə olan səmərəli əməkdaşlıq tarixçəmizə istinadən sizdən daha bir xahişim olacaq. İşlədiyim məqalələrdə istinad etdiyim bir məqalə var (Transcaucasus electoral district (Russian Constituent Assembly election, 1917)). Onu Azərbaycan dilinə tərcümə edə bilərsiniz mi? İşlərimin çoxluğundan vaxt ayıra bilmirəm. Öncədən təşəkkür edirəm. Dr.Wiki54 (müzakirə) 21:50, 22 iyun 2024 (UTC)Cavabla

Dr.Wiki54 bu aralar təəssüf ki, kompüterə çıxışım yoxdur və sənəd-sünüd işləri ilə məşğulam deyə vikiyə az girirəm. --► Hörmətlə: SolaVirum 10:24, 27 iyun 2024 (UTC)Cavabla
Salam, Dr.Wiki54 problem yoxdursa, mən edərəm. --Tarixi Nadir (müzakirə) 10:48, 27 iyun 2024 (UTC)Cavabla
@Solavirum, yenə də təşəkkürlər. İşlərinizdə müvəffəqiyyətlər. @En Merker, nə problem, minnətdar olaram, təşəkkürlər diqqət üçün. - Dr.Wiki54 (müzakirə) 11:52, 27 iyun 2024 (UTC)Cavabla
@Dr.Wiki54, sizdə belə Qafqaza aid məqalələr varsa mənə ata bilərsiniz. Nemoralis (müzakirə) 14:49, 27 iyun 2024 (UTC)Cavabla
@Nemoralis, hal-hazırda konkret məqalə yoxdur, ancaq işləmək istəsəniz Zaqafqaziya ilə başlayan hər məqaləni ingiliscədən tərcümə edə bilərsiniz. Bizdə hamısı copy-paste-dir. Yenə də qarşıma nəsə çıxsa, sizə xəbər verərəm. Dr.Wiki54 (müzakirə) 15:22, 27 iyun 2024 (UTC)Cavabla
Özümdə də xeyli məqalə var Nemoralis (müzakirə) 17:06, 27 iyun 2024 (UTC)Cavabla

Research about the tools on Wikimedia projects by the CEE Hub

[mənbəni redaktə et]

Hi everyone,

We would like to invite you to submit your responses to the survey dedicated to the tools that are used currently across the Wikimedia projects and the tools that you want to have.

This survey was made by the working group of the CEE Hub, and your responses will be reviewed afterwards, as we want to continue supporting the communities. That support can be documentation for certain most used tools by other communities across the region per specific topics, finding solutions for new tools to be created in the future, creating most needed tools in the region (so called "regional wishlist list"), and many other options.

Deadline to fill in the survey is 20th of August, 2024.

Submit your answers here

Thank you in advance for your time that you will dedicate in filling in this survey --MediaWiki message delivery (müzakirə) 13:07, 26 iyul 2024 (UTC)Cavabla

Vikibahar 2024

[mənbəni redaktə et]

Salam, Solavirum. Sizi "Vikibahar 2024" məqalə müsabiqəsində yaratdığınız 73 məqalə ilə 178 xal toplayaraq 3-cü yerə sahib olmağınız münasibətilə təbrik edirəm. Mükafatlandırma barədə ayrıca məlumat veriləcək.-- Wertuose (müzakirə) 14:28, 26 iyul 2024 (UTC)Cavabla

Qaralama şablonlarından istifadə

[mənbəni redaktə et]

Salam. Yaratmış olduğunuz qısa məzmunlu məqalələrə (yaşayış obyektlərini nəzərdə tuturam) müvafiq qaralama şablonlarını da əlavə etməyi unutmayın lütfən. Hörmətlə, Gadirmüzakirə 13:19, 27 iyul 2024 (UTC)Cavabla

Gadir, avtomatlaşdırmaq olar. Özü də aşağı hissəsinə "Türkiyədə yaşayış məntəqəsi qaralamı" kimi filan. Uzun işdir amma. --► Hörmətlə: SolaVirum 13:23, 27 iyul 2024 (UTC)Cavabla
{{Türkiyə-qaralama}}{{kənd-qaralama}} şablonlarından istifadə etmək olar. Hörmətlə, Gadirmüzakirə 13:27, 27 iyul 2024 (UTC)Cavabla

Şəhid Məqalələrinin silinməsi

[mənbəni redaktə et]

Salam. Vəfalı Suvarovun məqaləsini silmisiz məqalədə mənbə istinadlarıda qeyd olunub səbəb? Vusalsuvarov1996 (müzakirə) 18:16, 28 iyul 2024 (UTC)Cavabla

Qaydaya səhv keçid vermə

[mənbəni redaktə et]

Salam. Silmə işləri görərkən buradakı kimi qaydaya yanlış keçidlər vermisiniz, ona baxarsınız. Səhifəni istiqamətləndirmə kimi verdim. Hörmətlə, Gadirmüzakirə 16:51, 29 iyul 2024 (UTC)Cavabla

Silinmə

[mənbəni redaktə et]

Salam. Burada olan məqalələrin bir hissəsini silə bilərsiz? Grenzsoldat 14:18, 5 avqust 2024 (UTC)Cavabla

Azərbaycan mifologiyası

[mənbəni redaktə et]

Salam. Sizi "Azərbaycan mifologiyası" məqaləsinin qiymətləndirilməsində səs verməyə dəvət edirəm.--Abutalub (müzakirə) 10:53, 15 avqust 2024 (UTC)Cavabla

Dəvət

[mənbəni redaktə et]

Salam. Sizi tərtib etmiş olduğum Mustafa Fehmi KubilayMe at the zoo məqalələrinin status almaları ilə bağlı keçirilən müzakirələrdə iştirak etməyə dəvət edirəm. Əvvəlcədən diqqətiniz üçün təşəkkür edirəm. Hörmətlə, Qədir (müzakirə) 09:41, 23 avqust 2024 (UTC)Cavabla

Ədalət Nişanı

[mənbəni redaktə et]
Ədalət Nişanı
Hörmətli, Solavirum! 2024-cü ilin iyunundan Azərbaycan dilli Vikipediyada q/e məqalələrin təmizlənməsi prosesi çərçivəsində qərəzsiz və vicdanlı olaraq göstərdiyiniz mövqeyə, əsas da prinsipiallığa, bütün təyziq və təhdidlərə rəğmən qaydaları və qanunları hər şeydən üstün tutub, ədalətli qərarların verilməsin rol alıb, problemli və mübahisəli məsələlərə son nöqteyi qoymaq istiqamətində ortaya qoyduğunuz əziyyəti qiymətləndirib, sizi Ədalət Nişanı ilə təltif edirəm. Bundan sonra da qərarların verilməsi zamanı qaydaları və qanunları hər şeydən üstün tutacağınıza inanıram. Hörmətlə: Grenzsoldat 19:22, 10 sentyabr 2024 (UTC)Cavabla

Sizin üçün bir ulduz!

[mənbəni redaktə et]
Qeyri-reallıq ulduzu
Dayanmadan məqalə yaratdığınız üçün təltif olunursunuz.. Dr.Wiki54 (müzakirə) 16:49, 12 sentyabr 2024 (UTC)Cavabla

Bənövşəyi ulduz

[mənbəni redaktə et]
Bənövşəyi ulduz
Bənövşəyi ulduz vikipediyadan qıraqda çətinliklərlə, təzyiqlərlə üzləşən, buna baxmayaraq, vikifəaliyyətinə davam edən istifadəçilərə təqdim olunan ulduzdur. Düşünürəm ki, indiki məqamda bu ulduzla təltif olunmağa layiqsən. Hörmətlə, --Şiroi Akuma 22:31, 12 sentyabr 2024 (UTC)Cavabla

Qehreman Şəhidimizin seifesin niye silmisiz he 4000minden cox Qehreman Şəhidimizin wikipediyasin haqqinda melumatin silmisiz sebeb gorsedin

[mənbəni redaktə et]

Qehreman Şəhidimizin seifesin niye silmisiz he 4000minden cox Qehreman Şəhidimizin wikipediyasin haqqinda melumatin silmisiz sebeb gorsedin 185.146.113.102 17:41, 13 sentyabr 2024 (UTC)Cavabla

Şəhid səhifələrini niyə silirsən?

[mənbəni redaktə et]

Şəhid səhifələrini niyə silirsən? Shako Naghison (müzakirə) 15:54, 14 sentyabr 2024 (UTC)Cavabla

Şəhidlər ilə bağlı məqalə

[mənbəni redaktə et]

Zəhmət olmasa açıqlama verin? Nədən silmək qərarına gəldiniz? 188.253.213.49 08:05, 15 sentyabr 2024 (UTC)Cavabla

Sizin üçün bir ulduz!

[mənbəni redaktə et]
Yorulmaz töhfəverən ulduzu
Hörmətli həmkar bərpa edəcəyin məqalələrdə sənə uğur diləyirəm. Sənə yorulmadan davam edə biləcəyin böyük bir viki fəaliyyət arzulayıram - ☞QRAF☜   (✉ → ♕) 08:38, 15 sentyabr 2024 (UTC)Cavabla
The Freedom of speech barnstar
«I had only told them the truth, was that so selfish? Our integrity sells for so little, but it is all we really have. It is the very last inch of us, but within that inch, we are free.»
(V for Vendetta, book 2, chapter 11: Valerie)

This is the answer to what we were singing together that night: "How do you own disorder?" With that inch of us, for that's indestructible. Thank you. --Phyrexian ɸ 10:03, 15 sentyabr 2024 (UTC)Cavabla

Uğurlar!

[mənbəni redaktə et]
Bənövşəyi ulduz
Sizin etdiklərinizi bundan sonra çətin kimsə etsin! Redivy (müzakirə) 10:33, 15 sentyabr 2024 (UTC)Cavabla

Dəvət

[mənbəni redaktə et]

Salam. Sizi tərtib etmiş olduğum Ülviyyə Sultan məqaləsinin status alması ilə bağlı keçirilən müzakirədə iştirak etməyə dəvət edirəm. Əvvəlcədən diqqətiniz üçün təşəkkür edirəm. Hörmətlə, Qədir (müzakirə) 10:39, 16 sentyabr 2024 (UTC)Cavabla

Results from the survey about the tools on Wikimedia projects by the CEE Hub

[mənbəni redaktə et]

Hi everyone,

During August 2024, we sent you a survey about the tools, so now we would like to bring to your attention the conclusions and results from the survey, which you can explore on this Meta page.

I hope you will enjoy exploring the mentioned tools on the page, along with other conclusions from the survey. Thanks for your time, and we will continue working on this important topic. --MediaWiki message delivery (müzakirə) 12:09, 7 oktyabr 2024 (UTC)Cavabla