İsveçrə bayrağı — Vikipediya
İsveçrə Konfederasiyasının Dövlət Bayrağı | |
---|---|
Təfərrüatlar | |
Proporsiya | 1:1 |
Vikianbarda əlaqəli mediafayllar |
İsveçrə bayrağı — kvadrat ölçüdə qırmızı fonda ağ rəngli xaç təsviridir. Xaçın kənarları bayrağın kənarlarına çatmır. Xaçın xətləri bərabər ölçüdədir. Rəsmi şəkildə bayraq İsveçrənin rəsmi dövlət simvolu kimi 1889-cu ildə təsdiq edilib.
Bayrağın yaranma tarixi
[redaktə | mənbəni redaktə et]Bir versiyaya görə bayraq Şvis kantonunun bayrağından götürülüb. Şvis 1291-ci ildə Uri və Unterveldenlə birlikdə İsveçrə Konfederasiyasını yaradıb. İlk dəfə bu bayraq 1339-cu ildə Laupene döyüşündə qaldırılıb. O zamanlar xaçın xətləri bayrağın kənarına çatırdı.
Mənbə
[redaktə | mənbəni redaktə et]- İsveçrənin bayrağı "Flags of the World" saytında.
- İsveçrənin dövlət bayrağı "www.swissworld.org" saytında.