İtaliya kampaniyası (1943–1945) — Vikipediya
İtaliya kampaniyası | |
---|---|
Əməliyyatın yeri | |
Tarix | 10 iyul 1943 |
Vikianbarda əlaqəli mediafayllar |
İtaliya cəbhəsi — 10 iyul 1943 — 2 may 1945-ci il tarixləri arasında Böyük Britaniya və ABŞ hərbi donanmalarının Haski hərəkatı çərçivəsində Siciliya adasına desant çıxarması nəticəsində açılmış cəbhə.
Müttəfiqlər Şimali Afrikadakı Alman hərbi varlığını ortadan qaldırdıqdan sonra İtaliyaya üz tutdular. İtaliyaya hərbi təxliyə edilməsindən əvvəl Siciliya adasındakı alman hərbi gücünün də zəiflədilməsi önəmli idi. İtaliya ərazisinə müttəfiq qoşunların hərbi müdaxiləsi iki nöqtədən həyata keçirildi. General Montqomerinin 8-ci ordusu Siciliyadan hərəkətə başlayaraq Messina boğazını keçib Appenin yarımadasının ucqar cənub nöqtəsinə çıxdı.
İkinci desantçıxarma əməliyyatı olan Salerno əməliyyatı isə Salernonun cənubundakı iki çimərliyə, bir ingilis və bir amerikan korpusu tərəfindən aparıldı. Müdaxilənin üçüncü günündə müttəfiqlərin əməliyyatı dayandırılmış, ancaq sonrakı günlərdəki döyüşlər və ağır bombardmanlar nəticəsində dayanıqlı körpü yaradılmışdı. Həmin gün İtaliya müttəfiqlərlə razılığa gəldi, lakin bu razılaşma Salerno əməliyyatı qədər gizli saxlanılırdı.
Müdaxilə nəticəsində yeridilən qoşunlar əsas hədəfləri olan Neapola əməliyyatın üçüncü həftəsində çatdılar. 2 yanvar 1944-cü ildə müttəfiqlər Romanın 50 km cənubundakı Anzioya daha bir desantçıxarma əməliyyatı həyata keçirirlər. Çox gərgin döyüşlərlə keçən İtaliya cəbhəsi 29 aprel 1945-ci ildə İtaliya ərazisindəki alman qoşunlarının müttəfiqlərə məğlub olması və İtaliyanın qeyd-şərtsiz təslim olması ilə bağlandı.