Şəhər bağında xalq gəzintisi (film, 1898) — Vikipediya

Şəhər bağında xalq gəzintisi
Film bu bağda (keçmiş Mixaylov) çəkilmişdir.
Film bu bağda (keçmiş Mixaylov) çəkilmişdir.
Janr sənədli film, səssiz film
Rejissor Aleksandr Mişon[1]
Ssenari müəllifi
Operator Aleksandr Mişon
İlk baxış tarixi 21 iyun 1898
Filmin növü qısametrajlı sənədli film
Ölkələr
Dil səssiz
Texniki məlumatlar 1 hissə
35 mm
Rəng ağ-qara
Çəkiliş yeri Bakı
IMDb ID1440281

Şəhər bağında xalq gəzintisi1898-ci ildə çəkilmiş qısametrajlı sənədli film.

Müşahidə manerasında lentə alınmış bu kinosüjetdə Bakıdakı Mixaylov bağında (indiki Əliağa Vahid bağında) qıtlıqdan zərər çəkənlərin nəfi üçün mayın 31-də Bakı elmi foto dərnəyi tərəfindən təşkil olunmuş xalq gəzintisi öz əksini tapmışdır.[1]

Kinolent xronikal informasiya janrına aiddir. Burada müxtəlif zümrələri təşkil edən adamlar təqdim olunmuş, tamaşaçılarda Bakı həyatı və şəhər əhalisi haqqında müəyyən təsəvvür yaradılmışdır.[1]

Kinosüjet Bakıda V. İ. Vasilyev-Vyatskinin teatr-sirkində iyunun 21-də göstərilmişdir.[1]

Filmin üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Rejissor: Aleksandr Mişon[2]
Operator: Aleksandr Mişon
  1. 1 2 3 4 Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh.5.
  2. Zümrüd. 117 yaşlı Azərbaycan kinosu: 2 Avqust Azərbaycan Milli Kino Günüdür //Səs.- 2015.- 1 avqust.- S.12.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 11.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 812.
  • Aydın Kazımzadə. "Bu belə olub". [Azərbaycan kinosu — 110] //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 10-11.