Şəmkir şivəsi — Vikipediya
Şəmkir şivəsi — Azərbaycanın Şəmkir və Tovuz rayonlarında geniş yayılmış, Azərbaycan dilinin qərb dialektlər qrupuna daxil olan şivəsi.[1]
Klassifikasiyası
[redaktə | mənbəni redaktə et]Şəmkir rayonunun dialektləri fonetik, morfoloji və leksik xüsusiyyətlərinə görə bir neçə zonaya bölünür. Birinci zona Dəllər, Dəllər Cəyir, Daşbulaq, Dəllər Cırdaxan, Qapanlı, Çaparlı, Keçili, Qaracəmirli, Yeniabad, Xuluf və başqa kəndləri əhatə edir, Dəllər zonası adlanır. İkinci zonaya Yuxarı Seyfəli, Aşağı Seyfəli, Mahmudlu, Maf və başqaları daxildir. Üçüncü zonaya Düyərli, Zəyəm, Zəyəm Cırdaxan, Şiştəpə, İrmaşlı, Morul, Şeidlər, Hacıalılar kəndləri daxildir.[2]
Nümunə
[redaktə | mənbəni redaktə et]Şəmkir şivəsində | Ədəbi dildə | Audioversiya |
---|---|---|
Biri varıymış, biri yoxuymuş, bir kişi, bir arvat varıymış. Buların Zeynaf addı bir qızı, Əhməd addı da bir oğlu varıymış. Bir gün kişi axşam yiməyinə ət alır. Əti pişiẋ yīr. Arvat döşünün birini kəsir axşama pişirir. Axşam əti yə̃ndə görüllər ət çox şirindi. Kişi arvadınnan küjnən ətin niyə şirin olmağını xavar alır. Arvat əti pişiẋ yidiyini dēf, döşünü kəsif pişirdiyini söylüyüf. Kişi dēr kin: — Onda gəl uşaxlarmızı kəsəẋ yə̃ẋ. Zeynaf munu eşidif qardaşınnan qaçıllar. Yolda Əhməd susunnan yanır, artdan su işməẋ isdīr. Bayışsı dēr: — İşsən qoyun olarsan. Belə-belə üş-dörd arx keçillər. Gədə ussuyuf axırımcı artdan su içir. Bircə qırıx aŋarı getməmişdi kin, haman sāt cŭr olur. Gedif bir çinara irasd olullar. Qız çinara dēr kin: — Əyil, çinarım əyil, saŋa müşgül işim cüşüfdü. Çinar əyilir, bajı-qardaş orya çıxıllar. Əhməd cŭr ola-ola hər gün oy oyluyurdu. Gənə bir gün o, oy ētmişdi. Paççahın oğlu atını sulamağa ə̃ləndə çinarın başında gün tək işıldayan Zeynabı görüf ona gözə çüşdü. Əmbə ağaca çıxammadı. Ələçi kəsilif vardı yetdi. Bir hiyləgar qarf tapıf qızı gətirməyi ona tafşırdı. Qarı dedi kin: — Mən getmiyəjəm, əmbə pışqıçı yolla, ağacı pışqılasın. Bu hiylə baş tutmadı. Munnan sōra qarı ağacın divinə qazan aparıf altda üş-dört tısvağa qoydu. Tısvağalar qaçanda qız ağaşdan çüsüf qazanın altda daş qoydu. Munu pusan paççahın oğlu qızı atın tərkinə çəkif apardı. Cŭr Əhməd gələndə görür kün, bayışsı yoxdu. Ələşsiz qalıf bayışsını axdarıf tafdı. Munnan sōra bayışsıiyildə yaşayır. Bir gün qaravaşı Fatmıynan paltar yumağa edir. Fatma itəliyif Zeynabı dəriyə salır. Özü də onun paltarını geyif öyə qayıdır. Gejəsinə paççahın oğlunnan yatır. Zeynaf həmişə saşdarın gədənin başının altda qoyurmuş, əmbə beyjə gədə görür kün, qız saşdarını onun altda qoymuyuf. Gədə deyir kin: — Bējə saşdarını niyə başımın altda qoymadın. Keçəl qız bijdiynən isdaxdı dēr. Savah gejdənnən Fatma özünü azzarılığa vuruf dēr kin, maŋa cŭr əti olmasa, ölərəm. Canımın canı çıxsın, qardaşımı kəsin yīm. Camahat Əhmədi kəsməẋ isdiyəndə Əhməd icazə isdiyir. Beş dayqalığına icazə verillər. O, tez dəryənin qırağına qaçır. Paççahın oğlu da sınıxa-sınıxa xəlvətdiẋlərnən munun dalınan gedif onu pusur. Əhməd bayışsını çağırır kin: — Ay bajı, məni kəsillər. Bayışsı deyir: — Nağayrım, ay bajın ölsün, laxa balığın qarnında, Şah Abbas da qoynumda. Nə̃ləcim var. Paççahın oğlu munu eşidif, Zeynavı çıxartdırır. Əmr verir kin, keçəl qıza cəza verin. Keçəl qızı bir xam qatırın irpiməyinə bir örkənnən bərk-bərk sarıyıllar ve munnan sõra qatırı ülküdüllər. Keçəl qız cəhənnəmə vasil olur. Təzdənnən paççahın oğlu özünə toy vurdurur. Oğluna da ad qoyullar. | Biri var imiş, biri yox imiş, bir kişi, bir arvad var imiş. Bunların Zeynəb adlı bir qızı, Əhməd adlı da bir oğlu var imiş. Bir gün kişi axşam yeməyinə ət alır. Əti pişik yeyir. Arvad döşünün birini kəsir axşama bişirir. Axşam əti yeyəndə görürlər ət çox şirindir. Kişi arvadınnan gücnən ətin niyə şirin olduğunu öyrənir. Arvad əti pişik yediyini deyib, döşünü kəsib bişirdiyini söyləyib. Kişi deyir ki: — Onda gəl uşaqlarmızı kəsək yeyək. Zeynəb bunu eşidib qardaşı ilə qaçıllar. Yolda Əhməd susuzluqdan yanır, arxdan su içmək isdəyir. Bacısı deyir: — İçsən qoyun olarsan. Belə-belə üç-dörd arx keçillər. Gədə susuyub axırıncı arxdan su içir. Bircə qırıq anarı gedən kimi, həmən an cüyür olur. Gedib bir çinara rast gəlirlər. Qız çinara deyir: — Əyil, çinarım əyil, sənə çətin işim düşübdür. Çinar əyilir, bacı-qardaş oraya çıxıllar. Əhməd cüyür ola-ola hər gün ov ovlayırdı. Yenə bir gün o, ov etmişdi. Padişahın oğlu atını sulamağa gələndə çinarın başında gün tək işıldayan Zeynəbi görüb ona gözü düşdü. Amma ağaca çıxa bilmədi. Ələci kəsilib vardı getdi. Bir hiyləgar qadın tapıf qızı gətirməyi ona tapşırdı. Qadın dedi ki: — Mən gətirməyəcən, amma odunçu yolla, ağacı kəssin. Bu hiylə baş tutmadı. Bunnan sonra qadın ağacın dibinə qazan aparıb altında üç-dörd tısbağa qoydu. Tısbağalar qaçanda qız ağacdan düşüb qazanın altına daş qoydu. Bunu pusan padişahın oğlu qızı atın tərkinə çəkib apardı. Cüyür Əhməd gələndə görür kü, bacısı yoxdur. Ələcsiz qalıb bacısını axdarıb tapdı. Bunnan sonra bacısının yanında yaşayır. Bir gün qaravaşı Fatma ilə paltar yumağa gedir. Fatma itələyib Zeynəbi dərəyə salır. Özü də onun paltarını geyinib evə qayıdır. Gecə padişahın oğlu ilə yatır. Zeynəb həmişə saçlarını oğlanın başının altına qoyurmuş, amma bu gecə oğlan görür kü, qız saçlarını onun altına qoymayıb. Oğlan deyir ki: — Bu gecə saçlarını niyə başımın altına qoymadın. Keçəl qız bicliyi ilə islaqdır deyir. Sabah gecdən Fatma özünü xəstəliyə vurub deyir ki, mənə cüyür əti olmasa, ölərəm. Canımın canı çıxsın, qardaşımı kəsin yeyim. Camaat Əhmədi kəsmək isdəyəndə Əhməd icazə isdəyir. Beş dəqiqəliyinə icazə verillər. O, tez dərənin qırağına qaçır. Padişahın oğlu da sınıxa-sınıxa xəlvətcə bunun dalınnan gedib onu pusur. Əhməd bacısını çağırır ki: — Ay bacı, məni kəsillər. Bacısı deyir: — Nə edim, ay bacın ölsün, naqqabalığın qarnında, Şah Abbas da qoynumda. Nə əlacım var. Padişahın oğlu bunu eşidib, Zeynəbi çıxartdırır. Əmr verir ki, keçəl qıza cəza verin. Keçəl qızı bir xam qatırın irpiməyinə bir örkənnən bərk-bərk sarıyıllar ve bunnan sonra qatırı ürküdürllər. Keçəl qız cəhənnəmə vasil olur. Yenidən padişahın oğlu özünə toy edir. Oğluna da ad qoyullar. | thumb|Послушать |
Tanınmışları
[redaktə | mənbəni redaktə et]- Aşıq Hüseyn Şəmkirli (1811–1891) — XIX əsr aşıq və şairi.
- Yəhya bəy Dilqəm (1830–1865) — XIX əsr aşıq və şairi.
- Məhəmməd Cəfər Miskin (d. XIX) — XIX əsr şairi və satirikçisi.
- Qaçaq Gülsüm (1861–1962) — qaçaq, xalq qəhrəmanı.
- Aşıq Qasım (1867–1919) — XIX əsr aşıq və şairi.
- Hacı Molla Əhməd Nuruzadə (1881–1930) — Azərbaycan Xalq Cümhuriyyəti parlamentindəki Əhrar fraksiyasının üzvü, Azərbaycanın sovet işğalına qarşı döyüşçü.
- Əhməd Cavad (1892–1937) — şair, yazıçı, tərcüməçi, jurnalist, Azərbaycan himninin müəllifi. 1920–1930-cu illərdə Azərbaycan ədəbiyyatında romantizm və realizmin aparıcı nümayəndələrindən biri.
- Vəli Xuluflu (1894–1937) — yazıçı, ədəbiyyatşünas, şərqşünas, folklorşünas, filoloq, türkoloq, dilçi, publisist, professor (1931), 1934-cü ildən Yazıçılar Birliyinin üzvü.
- Gülxar Həsənova (1918-2005) — opera müğənnisi (soprano), Azərbaycan SSR xalq artisti (1982).
- Rüstəm Əliyev (1929–1994) — şərqşünas alim, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, Harvard Universitetinin fəxri doktoru.
- Fərman Salmanov (1931-2007) — neftçi-geoloq, Sibir neftini kəşf edənlərdən biri, SSRİ geologiya nazirinin birinci müavini (1987–1991), geologiya-mineralogiya elmləri doktoru, Sosialist Əməyi Qəhrəmanı (1966), Əməkdar Geoloq RSFSR (1988), Rusiya Elmlər Akademiyasının üzvü — müxbir (1991).
- Qərib Mürşüdov (1962-ci il təvəllüdlü) — Böyük Britaniyanın York Universitetinin Kimya kafedrasının Struktur biologiya laboratoriyasının professorudur. Azərbaycanın əməkdar elm xadimi.
Mənbə
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Teymurlu Z. M. Azərbaycan dilinin dialekt leksikası. B.: Bakı Mühəndislik Universiteti. Əzizov E. İ. 2017.
- Керимов Р. А. Настоящее время в говорах Шамхорского района // Вопросы диалектологии тюркских языков . IV (русский). Б. 1966. 195—197.