Şərqi Anadolu regionu — Vikipediya

Şərqi Anadolu regionu
Doğu Anadolu Bölgesi

40° şm. e. 42° ş. u.HGYO


Ölkə
Tarixi və coğrafiyası
Yaradılıb iyun 1941
Sahəsi
  • 165.436 km²
Əhalisi
Əhalisi
  • 6.100.000 nəf.
Şərqi Anadolu regionu xəritədə
Şərqi Anadolu regionu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şərqi Anadolu regionuTürkiyənin yeddi coğrafi regionundan biridir. 1941-ci ildə Anadolu torpaqlarının şərqində yerləşdiyi üçün Birinci Coğrafiya Konqresi tərəfindən belə adlandırılmışdır. Ölkənin ən aşağı sıxlıq və əhalisinin olduğu regiondur. Bunun əsas təsirlərindən biri də, regionun sahəcə böyük olmasıdır.

Şərqi Anadolu regionunun səthi sahəsi 164.000 km²-dir. Sahəsinə görə Türkiyə torpaqlarının 21%-ni əhatə edir. 2012-ci il əhali siyahıyaalınmasına əsasən, region əhalisi 5,906,680 nəfər olmuşdur. Əhalisinə görə ən böyük il Van, sahəsinə görə isə Ərzurumdur. Əsas dolanışıq mənbələri heyvandarlıq və əkinçilikdir.

Şərq Anadolu regionundan ArazKür çayları keçərək Xəzər dənizinə tökülür. Fərat, DəcləZap çayları da bu regionun ərazisindən keçərən İran körfəzinə tökülür.

Regionun çaylarının rejimi nizamsızdır. Bunun səbəbi isə qeyri-nizami yağıntı və qış yağışlarının qar şəklində düşməsidir. Qışda yağan qar ərimədən əvvəl uzun müddət yerdə qaldıqca çayların axın sürəti azalır. Yaz və yayda qarın əriməsi, axınların yüksəlməsinə və sürətli bir şəkildə axmasına səbəb olur. Digər tərəfdən, region çaylarının su elektrik enerjisi potensialı yüksəkdir. Buna səbəb isə çayların əsasən yüksəkliklərdən tökülməsidir.

Regiondaki qırılma xəttləri üzərində göllər meydana gəlmişdir. Türkiyənin ən böyük gölü olan Van gölü başda olmaqla Çıldır, Nazik, Ərçək, Xəzər, Balıq gölləri region sərhədləri içərisində qırılma xəttləri üzərində əmələ gəlmişdir.

İllərin siyahısı

[redaktə | mənbəni redaktə et]

Regionda 14 il yer alır:

Sənaye müəssisələri yetərli olmayan Şərqi Anadolu regionunun xalqı kənd təsərrüfatından, xüsusən də heyvandarlıq ilə dolanır. Regiondaki heyvandarlıq üçün uyğun olan Ərzurum-Qars bölgəsində yüksək keyfiyyətli mal-qaralar yetişdirilir. Çox sayda xırdabuynuzlu heyvan bəsləyən köçəri tayfalar, yay sürülərini regionun digər hissələrindəki yüksək yaylalara otarmaq məqsədilə aparırlar.