Şamil Vəliyev — Vikipediya

Şamil Vəliyev
Doğum tarixi fevral 1960
Doğum yeri
Vəfat tarixi 18 yanvar 2024(2024-01-18)[1] (63 yaşında)
Vəfat yeri
Elmi dərəcəsi
Elmi adı
İş yerləri
Təhsili
Mükafatları "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" yubiley medalı
Azərbaycan Respublikasının əməkdar jurnalisti

Şamil Qiyas oğlu Vəliyev (fevral 1960, Yuxarı Körpülü, Noyemberyan rayonu18 yanvar 2024[1], Bakı) — professor, filologiya elmləri doktoru, əməkdar jurnalist, Jurnalistika fakültəsinin dekanı.

Vəliyev Şamil Qiyas oğlu 1960-cı ilin fevralında Loru mahalının Körpülü kəndində anadan olub. 1977–1981-ci illərdə ADPU Filologiya fakültəsində təhsil alıb.

1983–1985-ci illərdə Səməd Vurğun adına ev-muzeyinin əməkdaşı olmuş, burada elmi işçi vəzifəsində çalışmışdır.[2]

1989-cu ildə "XX əsr Azərbaycan ədəbi tənqidində poeziya problemləri" mövzusunda filologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün namizədlik dissertasiyası müdafiə edib. 2003-cü ildə "Füyuzat" ədəbi məktəbi" mövzusunda filologiya elmləri doktoru alimlik dərəcəsi almaq üçün doktorluq dissertasiyası müdafiə edib.

1985–2008-ci illərdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda baş elmi işçi vəzifəsində çalışıb.[3]

2005-ci ildən BDU Jurnalistika fakültəsi, Mətbuat tarixi kafedrasının müdiri vəzifəsində çalışır. 2007-ci ildən Mətbuat tarixi kafedrasının professorudur.

20 aprel 2012-ci ildən Jurnalistika fakültəsinin dekanıdır.[4]

Bakı Dövlət Universitetinin 90 illik yubileyi ilə əlaqədar, ölkə Prezidenti İlham Əliyevin sərəncamına əsasən, Şamil Vəliyev milli mətbuatın inkişafında göstərdiyi xidmətlərə görə əməkdar jurnalist fəxri adına layiq görülüb.

BDU-nun Jurnalistika fakültəsi Mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru Şamil Vəliyev İyulun 10-da Təhsil Nazirliyində Azərbaycan Respublikası Prezidentinin 27 may 2019-cu il tarixli 1205 saylı sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–1920)" yubiley medalı ilə təltif edilmişdir.[5]

2024-cü il yanvar ayının 18-də dünyasını dəyişib.[6]

Seçilmiş əsərləri

[redaktə | mənbəni redaktə et]
  • "Ə. Hüseynzadənin "Qırmızı qaranlıqlar içində yaşıl işıqlar". Azərb. SSR EA gənc alimlərinin "Böyük Oktyabr və müasirlik: ictimai elmlərin aktual problemləri" mövzusunda elmi konfransının materialları. B., 1987
  • "Yaşıl qələm unudulmadı". Azərbaycan jurnalı. B.,1991, № 5
  • "Əlibəy Hüseynzadənin dinə münasibəti". Cahan jurnalı. B,1997, № 2
  • "Naməlum məktublar". Azərbaycan jurnalı. B, 1993, № 1–2
  • "Füyuzat" ədəbi məktəbi. B.,1999
  • "XX əsr Azərbaycan ədəbi tənqidində poeziya problemləri (1895–1917)". B., 2004
  1. 1 2 https://apa.az/hadise/azerbaycanda-professor-vefat-edib-812809.
  2. Hər bir yaradıcı insanın öz yolu var Arxivləşdirilib 2021-09-20 at the Wayback Machine Flora XƏLİLZADƏ Azərbaycan.- 2010.- 19 fevral.- S. 12.
  3. BDU-nun Jurnalistika fakültəsində dekan seçkisi keçirildi
  4. "Vəliyev Şamil Qiyas oğlu". 2021-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-22.
  5. "Arxivlənmiş surət". 2019-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-12.
  6. "Professor Şamil Vəliyev vəfat edib". Apa.az (az.). 2024-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-18.