Şamorin — Vikipediya
Şamorin | |
---|---|
Šamorín Somorja | |
48°01′36″ şm. e. 17°18′42″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1287 |
İlk məlumat | 1287 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 125 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +421 31 |
Poçt indeksi | 931 01 |
Nəqliyyat kodu | DS |
Digər | |
samorin.sk | |
Vikianbarda əlaqəli mediafayllar |
Şamorin (slovak. Šamorín, alm. Sommerein, mac. Somorja) — Jitnı adasının ərazisində, Slovakiyanın cənub-qərbində şəhər. Şamorin Dunay çayının sahilində yerləşir. Əhalisi 12 min nəfərə yaxındır (2004-cü il), əhalinin əsasını macarlar təşkil edir. Şəhər ilk dəfə 1238-ci ildə, Müq. Mariya adı ilə qeyd edilib. XIV əsrin sonunda Şamorin Jitnı adasının mərkəzi idi, 1405-ci ildən isə — azad şəhər hüququ qazanır. 1555-ci ildə ilk Şamorində ilk sənətkarlıq sexi yaranır. Daha sonra isə şəhərdə dərzilərin, dulusçuların, metallurqçuların, zərgərlərin, toxucuların və sabunbişirənlərin gildiyaları açıldı. Şəhər iqtisadiyyatının sürətli inkişafına XVI əsrdə Osmanlı İmperiyası ilə müharibə zamanı son qoyuldu. Bundan başqa həmin dövr kədərli Cadugərlər üzərində məhkəmə prosesi ilə də məşhurdur. 1589-cu ildə Şamorin azad kral şəhəri imtiyazlarını da itirir. Yalnız XVII əsrdən başlayaraq şəhər yenidən inkişaf etməyə başlayır.
1872-ci ildə Şamorində ilk dövlət orta məktəbi açılır, daha sonralar isə — kazino. I Dünya müharibəsi dövründə burada rus və italyan əsirlər üçün lager yerləşirdi. 1929-cu ildə şəhərdə Jitnı adasının muzeyi açılır.
Əhali
[redaktə | mənbəni redaktə et]Əhalinin etnik mənsubiyyətinə görə
[redaktə | mənbəni redaktə et]Əhalinin ümumi sayı 12.726 nəfərdir (100%)
- macarlar 57,4 %
- slovaklar 34,3%
- digərləri 6,8%
- cavab verməkdən imtina edənlər 6,8%
Əhalinin konfessional mənsubiyyətinə görə
[redaktə | mənbəni redaktə et]- roma-katolikləri 75,27 %
- ateistlər 11,75 %
- reformatorlar (kalvinistlər) 5,25 %
- yevangelik kilsəsi v.d. 4,42 %
- yunan-katolikləri 0,68 % və digərlər
Təhsil
[redaktə | mənbəni redaktə et]Məktəblər
[redaktə | mənbəni redaktə et]- Gymnázium Milana Rastislava Štefánika
- Gymnázium Imre Madácha — macar təmaüllü orta məktəb
- Stredné odborné učilište spotrebných družstiev Jednota a Hotelová akadémia Šamorín
- Základná škola Mateja Bela
- Základná škola Mateja Korvína — macar təmaüllü orta məktəb
- Základná škola — Mleçnedəki macar təmaüllü orta məktəb
İdman
[redaktə | mənbəni redaktə et]- kanoe üzrə – Kajak canoe klub Šamorín
- ŠTK Šamorín – futbol klubu, II liqanın iştirakçısı
- FK Šamorín – futbol klubu
- ŠBK Šamorín – qadın basketbol klubu
Məşhur Şamorinlilər
[redaktə | mənbəni redaktə et]- Edit Bauer (* 1946), siyasətçi
- Bela Buqar (* 1958), siyasətçi
- Aleksandr Melixer, (* 1933), pedaqoq