Şri-Lanka bayrağı — Vikipediya
Şri-Lanka bayrağı | |
---|---|
Təfərrüatlar | |
Proporsiya | 1:2 |
Vikianbarda əlaqəli mediafayllar |
Şri-Lanka bayrağı — Şri Lankanın Dövlət bayrağı
Şri-Lankanın dövlət bayrağı haqqında qanun 1978-ci ildə qəbul edilib. Bayrağın üzərindəki əlində qılınc tutmuş şir yerli əhali olan seylonların əcdadlarının rəmzidir. 1951-ci ildə bayrağa müsəlman və tamil azlıqlarını müvafiq olaraq təmsil edən yaşıl və narıncı zolaqlar əlavə edilib. Qırmızı zolaq isə buddist çoxluğunu tərənnüm edir. 1972-ci ildə ökənin Seylon adı ləğv edilərək, Şri-Lanka olduqdan sonra müqəddəs buddist ağacı olan Paypulun (əncir ağacı) 4 yarpağı bayrağın üzərinə həkk olundu. 4 yarpaq sevgini, şəfqəti, qarşılıqlı anlayışı və soyuqqanlılığı təmsil edir.