Ədat — Vikipediya
Ədat — sözlərin və cümlələrin təsir gücünü artıran köməkçi nitq hissəsi. Ədatlar cümləyə müxtəlif cəhətdən məna incəlikləri verir, ifadənin səlistləşməsinə və fikrin məntiqi qurulmasına xidmət edir.
Ədatların mənaca növləri
[redaktə | mənbəni redaktə et]Qüvvətləndirici ədatlar
[redaktə | mənbəni redaktə et]'Ən, lap, daha, axı, hətta, artıq, -ca², da, də, ha, düz, bir, ki, necə, nə, belə, olduqca, heç ' ədatları qüvvətləndirici ədatlardır. Məsələn:
- Lap başımı itirmişəm.
- Artıq mən belə fikirlə razı deyiləm.
- Axı o bununla maraqlanırdı?
- Sən bunu desən belə, heç kəs razı olmayacaq.
- Bunu mütləq deməlisən ha!
- Hətta mən də bunu bilmirdim.
- Düz yanında dayandı.
- Sən bir evə qayıt.
- Açılmır ki, açılmır düyünü bu torpağın.
- Sən ki belə eləməzdin
Dəqiqləşdirici ədatlar
[redaktə | mənbəni redaktə et]Elə, məhz, əsl ədatları dəqiqləşdirici ədatlardır. Məsələn:
- Elə mən də bunu istəyirdim.
- Əsl mən deyəndir.
- Məhz Oqtay bu rolu oynaya bilər.
- Belə iş eləmək olmaz.
Məhdudlaşdırıcı ədatlar
[redaktə | mənbəni redaktə et]Ancaq, təkcə, tək, bircə, yalnız, bir ədatları məhdudlaşdırıcı ədatlardır. Məsələn:
- Məsələdən yalnız mən xəbərdar idim.
- Ancaq sən ona kömək edə bilərsən.
Sual ədatları
[redaktə | mənbəni redaktə et]Bəs, məgər, bəyəm, yəni, -mı⁴, ki ədatları sual ədatlarıdır. Məsələn:
- Sən dərslərini oxumamısan ki?
- Yəni, sən heç atanı düşünmürsən?
- Məgər belə də iş olar?
- Bəs mən bunu niyə bilmirəm?
- Bu iş çətin işdir ki?
- O sənin yanındamıydı?
Bəs və məgər ədatları bir-birinin sinonimidir: Məgər (bəs) gəlməmişdin?
Əmr ədatları
[redaktə | mənbəni redaktə et]Di, qoy, bax, gəl, gör, görün, gəlin, gəlsənə, ha, -sana², -sanız² ədatları əmr ədatlarıdır. Məsələn:
- Almayın ha!
- Bax, gözləsin ha!
- Gəl belə edək...
- Qoy dərsimi yazım...
- Di gəl çıx da!
- Dərslərini elə ha!
- Bura gəlsənə!
- gəlin onu görün
Arzu ədatları
[redaktə | mənbəni redaktə et]Kaş, gərək, kaş ki, təki, barı, bircə ədatları arzu ədatlarıdır. Məsələn:
- Təki sən səslə məni.
- Kaş ki səni görəydim.
- Bircə yaz tez gəlsəydi.
Təsdiq və inkar ədatları
[redaktə | mənbəni redaktə et]Hə, yox, bəli, xeyr, heç, əsla ədatları təsdiq və inkar ədatlarıdır. Məsələn:
- Hə, mən razıyam.
- Heç elə şey yoxdur.
Ədatların omonimliyi
[redaktə | mənbəni redaktə et]Bəzən eyni bir ədat müxtəlif mənalarda işlənə bilər. Məsələn, Bu ki bizim Əlidir! cümləsində ki ədatı qüvvətləndirmə mənasını, Ay uşaq, xəstələnməmisən ki? cümləsində isə sual mənasını bildirir.
Ha ədatı həm qüvətləndirici, həm də əmr ədatı kimi işlənə bilər. Feilin əmr şəkli ilə işləndikdə bu ədat əmr ədatı, digər sözlərlə işləndikdə isə qüvvətləndirici ədat olur. Məsələn:
- Evi təmizləyin ha! (əmr)
- Sənə güvənirəm ha! (qüvvətləndirici)
Qoysana və gəlsənə sözləri bəzən yalnız ədat kimi, yerinə görə isə feil + ədat kimi işlənir. Məsələn:
- Qoysana bir dincələk. (ədat)
- Gəlsənə bu gün ora getməyək. (ədat)
- Çantanı yerə qoysana. (feil (qoy) + ədat (-sana))
- Sən də evə gəlsənə. (feil (gəl) + ədat (-sənə))
Çox sözü həm say, həm zərf, həm də ədat kimi işlənə bilir:
- Burada nə çox adam var?! (say)
- Baxmayaraq ki, çox getdik, azca da olsun, yorulmadıq. (zərf)
- Bacısı çox gözəl rəsmlər çəkə bilirdi.
Necə sözü həm sual əvəzliyi, həm də ədat kimi işlənə bilir:
- Sən bu məsələdən bu həlli necə tapa bildin?(əvəzlik)
- Necə gözəldir!?(Ədat)
İstinadlar
[redaktə | mənbəni redaktə et] Dilçilik ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |