Ədibə Paşayeva — Vikipediya
Ədibə Paşayeva | |
---|---|
Doğum tarixi | 18 iyul 1943 (81 yaş) |
Doğum yeri | |
Atası | Mir Cəlal Paşayev |
Təhsili |
|
Fəaliyyəti | alim, filoloq |
Elmi adı | |
Mükafatları |
Ədibə Mir Cəlal qızı Paşayeva (18 iyul 1943, Bakı) — Azərbaycanlı alim, filoloq-ədəbiyyatşünas, professor.
Həyatı
[redaktə | mənbəni redaktə et]Ədibə Paşayeva 18 iyul 1943-cü ildə Bakı şəhərində anadan olub. 1960–1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb.
2005-ci ildə dosent, 2017-ci ildə professor elmi adını alıb.
Ailəsi
[redaktə | mənbəni redaktə et]Azərbaycan SSR əməkdar elm xadimi Mir Cəlal Paşayevin qızı, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın bibisidir.
Ailəlidir, iki övlad anasıdır.
Fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Ədibə Paşayeva məzun olduqdan sonra əmək fəaliyyətinə elə həmin universitetdə başlayıb. 1969-cu ildən 1979-cu ilə qədər ADU-nun rus ədəbiyyatı kafedrasının müəllimi 1979-cu ildən baş müəllimi, 1988-ci ildən xarici tələbələr üçün rus dili kafedrasının müdiri işləyib. 2004–2019-cu illərdə BDU-nun Humanitar fakültələr üzrə rus dili kafedrasının müdiri olub.
Hazırda 2019-cu ildən BDU-nun Rus ədəbiyyatı tarixi kafedrasının müdiri vəzifəsində çalışır.
Elmi fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Linqvodidaktika, rus ədəbiyyatı tarixini tədqiq edən Ədibə Paşayeva bir çox kitab və dərsliklərin müəllifidir.
Kitabları
[redaktə | mənbəni redaktə et]- 2004, Rus dili (Beynalxalq münasibətlər və beynalxalq hüquq fakültəsinin xarici tələbələri üçün dərs vəsaiti). Bakı.
- 2006, Rus dili dialoqlarda (dərs vəsaiti). Bakı
- 2007, Rus dili monoloqlarda (dərs vəsaiti). Bakı
- 2011, Paşayeva Ə., Quliyeva İ., Bədəlova N. "Rus dili"-7 sinif (ümumtəhsil məktəbləri üçün dərslik; Azərbaycan bölməsi), Bakı, 160s.
- 2011, Paşayeva Ə., Əliyeva S., Zeynalova N. "Rus dili"-8 sinif (ümumtəhsil məktəbləri üçün dərslik; Azərbaycan bölməsi), Bakı, 160s.
- 2011, Paşayeva Ə., Əliyeva S., Zeynalova N. "Rus dili"-9 sinif (ümumtəhsil məktəbləri üçün dərslik; Azərbaycan bölməsi), Bakı, 200s.
- 2011, Paşayeva Ə., Bədəlova N., Quliyeva İ. "Rus dili"-11 sinif (ümumtəhsil məktəbləri üçün dərslik; Azərbaycan bölməsi), Bakı, 160s.
- 2011, Paşayeva Ə., Quliyeva L., Seyidzadə L. Rus dili (hazırlıq fakültəsində oxuyan tələbələr üçün iş dəftəri). Bakı, 2011.
- 2014, Paşayeva Ə. M., Əliyeva S. A., Rzayev F. A. "Ədəbiyyat" (abituriyentlər, yuxarı sinif şagirdləri və müəllimlər üçün yenidən işlənmiş və təkmilləşdirilmiş dərs vəsaiti) (rus dilində). Bakı, 671 s.
- 2015, Paşayeva Ə., Quliyeva L., Seyidzadə L. "Rus dili" (humanitar fakültələrdə oxuyan tələbələr üçün dərs vəsaiti). Bakı, 241 s.
- 2017, Paşayeva Ə., Əliyeva S., Zeynalova N. Rus dili −10 sinif (ümumtəhsil məktəbləri üçün dərslik; Azərbaycan bölməsi). Bakı, 215 s.
- 2017, Paşayeva Ə., Əliyeva S., Zeynalova N. "Rus dili"-8 sinif (ümumtəhsil məktəbləri üçün dərslik; Azərbaycan bölməsi), (yenidən işlənmiş və təkmilləşdirilmiş). Bakı, 160s.
Mükafatları
[redaktə | mənbəni redaktə et]- 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə 3-cü dərəcəli "Əmək" ordeni ilə təltif olunmuşdur.[1]
- 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə "Əməkdar Müəllim" fəxri adı verilmişdir.[2]
- 2013-cü ildə "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunub.
- 2000-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.[3]
İrsi
[redaktə | mənbəni redaktə et]2023-cü ildə Bakı Dövlət Universitetində professor Ədibə Paşayevanın 80 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.[4]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Bakı Dövlət Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2023-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-27.
- ↑ "Azərbaycan Respublikasının təhsil işçilərinə "Əməkdar Müəllim" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2023-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-27.
- ↑ "Azərbaycanın təhsil işçiləri "Tərəqqi" medalı ilə təltif ediliblər (ƏLAVƏ OLUNUB)". Trend.Az (az.). 2013-10-03. 2024-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-27.
- ↑ "Professor Ədibə Paşayevanın 80 illik yubileyinə həsr olunmuş konfrans". Xalqqazeti.az (az.). 2024-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-27.