Ədilə Namazova — Vikipediya
Adilə Namazova | |
---|---|
Namazova Ədilə Əvəz qızı | |
Doğum tarixi | 9 sentyabr 1926 |
Doğum yeri | |
Vəfat tarixi | 16 dekabr 2020[1][2] (94 yaşında) |
Vəfat yeri | |
Elm sahəsi | pediatriya[3] |
Elmi dərəcəsi | tibb elmləri doktoru |
Elmi adı | professor |
İş yerləri | Azərbaycan Tibb Universiteti, 1-ci Uşaq xəstəlikləri kafedrasının müdiri |
Təhsili | |
Tanınmış yetirmələri | 72-fəlsəfə doktoru 12-elmlər doktoru |
Tanınır | Uşaq xəstəliklərinin öyrənilməsi; |
Üzvlüyü | |
Mükafatları | |
Ədilə Namazova (bəzi mənbələrdə:Adilə Namazova, tam adı: Ədilə Əvəz qızı Namazova; 9 sentyabr 1926, Seyidli – 16 dekabr 2020[1][2], Bakı) — Azərbaycan pediatrı, kardioloq. Tibb elmləri doktoru (1965), professor (1966), SSRİ Tibb EA-nın müxbir üzvü (1971), Əməkdar elm xadimi (1981), Azərbaycan EA-nın həqiqi üzvü (1983), Rusiya Federasiyası Tibb EA-nın həqiqi üzvü (1993), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1982).
Həyatı
[redaktə | mənbəni redaktə et]Ədilə Namazova 1926-cı ildə Ağdam rayonunun Seyidli kəndində anadan olmuşdur. Orta təhsilini Ağdamda almış, 1949-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə Ağdam rayon mərkəzi xəstəxanasında başlamışdır.
1965-ci ildən Azərbaycan Dövlət Tibb İnstitutunun klinik pediatriya kafedrasının müdiridir. 1965-ci ildə tibb elmləri doktoru dərəcəsi almışdır. 1971-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü seçilmişdir. Hazırda Rusiya Federasiyası Tibb Elmləri Akademiyasının üzvüdür.
1982-ci ildə Azərbaycan SSR Dövlət Mükafatına layiq görülmüşdür. AMEA-nın həqiqi üzvüdür. 1976-cı ildən Azərbaycan Pediatrlar Cəmiyyətinin sədridir.
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının rəyasət heyətinin üzvü, Türkdilli Ölkələrin Pediatrlar Cəmiyyətinin vitse-prezidentidir. SSRİ Ali Sovetinin deputatı olmuşdur.
Adilə Namazovanın tədqiqatları uşaqlarda revmatizmin fəal dövründə ürəyin funksional vəziyyətinin, ürək arakəsmələrinin anadangəlmə qüsurlarının xüsusiyyətlərinin öyrənilməsi olmuşdur. O, ürək üzərində cərrahi əməliyyata — korreksiyaya göstəriş və əks-göstərişi müəyyənləşdirmiş, ilk dəfə olaraq ürəkdə aparılmış cərrahi əməliyyatların yaxın və uzaq dövrlərdə nəticələrini qiymətləndirmişdir.
Azərbaycanın ilk qadın pediatr alimi sayılır. 300 elmi əsərin, 8 monoqrafiya və dərsliyin, 5 ixtiranın müəllifidir.
SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü olmuşdur.
Mükafatları
[redaktə | mənbəni redaktə et]- "Azərbaycan SSR əməkdar elm xadimi " fəxri adı — 1981
- Azərbaycan SSR əməkdar həkimi — 1982
- "Azərbaycan SSR dövlət mükafatı" fəxri adı — 1982
- ""Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı" fəxri adı — 1970
- "Sağlamlığın qorunmasında fərqlənmə görə medalı" — 1979
- "ÜİLKGİ Mərkəzi Komitəsinin "Fəxri Fərmanı" — 1945
- "Səhiyyə əlaçısı — 1975
- "Şöhrət" ordeni — 14 sentyabr 1996
- ""Şərəf" ordeni — 2011
- "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu — 2016
- "Akademik. M. Topçibaşov mükafatı laureatı və medalı — 2005
- " Azərbaycan Milli Elmlər Akademiyasının "Akademik Miəsədulla Mirqasımov mükafatı" — 2016
- "Rusiya Pediatrlar İttifaqının "Akademik G. Speranski Medalı" — 2016
- "Moskvanın və bütün Rusiyanın Patriarxının "Müqəddəs Çar Dimitri" ordeni — 2007
Tədqiqat sahələri
[redaktə | mənbəni redaktə et]- Uşaq xəstəliklərinin öyrənilməsilarda revmatizmin fəal dövründə ürəyin funksional vəziyyətinin öyrənilməsi;
- Uşaqlarda ürək arakəsmələrinin anadangəlmə qüsurlarının xüsusiyyətlərini öyrənilməsi, ürək üzərində cərrahi əməliyyata-korreksiyaya göstəriş və əks göstəriş müəyyənləşdirilməsi;
- İlk dəfə olaraq ürəkdə aparılmış cərrahi əməliyyatların yaxın və uzaq dövrlərdə (20 il) nəticələrinin qiymətləndirilməsi;
- Hipertoniya və hipotoniya xəstəlikləri uşaq və yeniyetmə yaşlarından başlayaraq insanın həyatı boyu bu və ya digər kəskinlikdə davam etdiyinin dünyada ilk dəfə olaraq sübut edilməsi;
- İlk dəfə olaraq hipertoniya və hipotoniya xəstəliklərinin uşaqlarda və yeniyetmələrdə təsnifatı.
Xatirəsi
[redaktə | mənbəni redaktə et]2007-ci ildə "Salnamə" sənədli filmlər studiyasında çəkilmiş Akademik Adilə Namazova adlı qısametrajlı sənədli film həsr olunmuşdur.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Orxan Zakiroğlu (Baharlı). Ağdam şəhər 1 nömrəli orta məktəbin tarixi (1883–1993). I kitab. Bakı, 2016
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Adilə Namazova. AMEA-nın rəsmi saytı Arxivləşdirilib 2014-08-07 at the Wayback Machine. Yoxlanılıb 29. dekabr 2011.