Əfrand Daşdəmirov — Vikipediya
Əfrand Daşdəmirov | |
---|---|
31 mart 1990 – 14 sentyabr 1991 | |
Birinci katib | Ayaz Mütəllibov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 12 mart 1942 |
Doğum yeri | |
Vəfat tarixi | 7 aprel 2015 (73 yaşında) |
Vəfat yeri | |
Təhsili | Azərbaycan Dövlət Universiteti |
Fəaliyyəti | alim |
Elmi fəaliyyəti | |
Elm sahəsi | fəlsəfə |
Elmi dərəcəsi | |
Elmi adı | akademik |
| |
Təltifləri |
Əfrand Firudin oğlu Daşdəmirov (12 mart 1942, Bakı – 7 aprel 2015, Moskva) — AMEA-nın müxbir üzvü (1983), AMEA-nın həqiqi üzvü (1989), Moskva Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki, fəlsəfə elmləri doktoru, professor, Ümumrusiya Azərbaycan Konqresinin vitse-prezidenti və "Azərbaycan konqresi" qəzetinin redaktoru.[1]
Həyatı
[redaktə | mənbəni redaktə et]Əfrand Daşdəmirov 12 mart 1942-ci ildə Bakı şəhərində anadan olub. S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir[2].
1968-ci ildə Moskvada "İndividual şüurun milli məqamları" (rus. "Национальные моменты индивидуального сознания") namizədlik dissertasiyasını müdafiə etmişdir. 1977-ci ildə o, "Şəxsiyyətin sosial varlığının milli və beynəlmiləl formaları" (rus. "Национальные и интернациональные формы социального бытия личности") adlı doktorluq dissertasiyasını müdafiə edir.[3]
Pedaqoji fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Əfrand Daşdəmirov Bakı Ali Partiya Məktəbində kafedra müdiri vəzifəsini tutmuşdur. Uzun illər Ə.F.Daşdəmirov Azərbaycan EA Fəlsəfə və Hüquq İnstitutunda milli münasibətlər və beynəlmiləl tərbiyə şöbəsinin müdiri olmuşdur. 1991-ci ildən o, Rusiya Federasiyası Prezidenti yanında Rusiya Dövlət Qulluğu Akademiyasının professorudur.[1]
Əsərləri
[redaktə | mənbəni redaktə et]1976-cı ildə onun "Millət və şəxsiyyət" (rus. "Нация и личность") adlı monoqrafiyası işıq üzü gormüşdür. 1984-cü ildə “Marksist-Lenin millət və milli münasibətlər nəzəriyyəsində şəxsiyyət problemləri” (rus. "Проблемы личности в Марксистко-Ленинской теории нации и национальных отношений") adlı 1996-cı ildə isə "Cəmiyyətşünaslığın nəzəri-metodoloji məsələləri" (rus. "Теоретико-методологические проблемы обществоведения") adlı monoqrafiyaları çıxmışdır. 2000-ci ildə “Rusiya və Azərbaycan: tarix və müasirlik” [«Россия и Азербайджан: история и современность»], 2001-ci ildə “Qafqazarası münasibətlərin ideoloji problemləri” [«Идеологические проблемы меж кавказских отношений] əsəri, həmin ildə “Milli ideya və etniklik” [«Национальная идея и этничность»] kitabı ikinci dəfə dərc edilmişdir. 2005-2008-ci illlərdə “Qarabağ münaqişəsi yenidənqurma kontekstinə” [«Карабахский конфликт в контексте перестройки»], 2008-ci ildə "Millət tarixin kəskin dönümündə” [«Нация на крутом повороте истории»] adlı kitablar işıq üzü görmüşlər.[3]
O, 8 monoqrafiyanın və 200-dən artıq elmi əsərin müəllifidir. Ə.F.Daşdəmirovun "Milli münasibətlərin sosioloji strukturu", "Şəxsiyyət və millət", "Milli ideya və etniklik", "Cəmiyyətşünaslığın nəzəri-metodoloji problemləri: yeni yanaşmalar haqqında qeydlər və düşüncələr" və b. nəşri tarixindən asılı olmayaraq, bu gün də öz aktuallığını saxlamaqdadır.[1]
- Советский народ - интернациональная общность людей (Sovet xalqı insanların beynəlmiləl birliyidir). Баку: Азернешр, 1974;
- Современный этап развития национальных отношений в СССР. Баку: Элм, 1974;
- Нация и личность. Баку: Элм, 1976;
- Советский народ: некоторые философско-социологические проблемы единства новой исторической общности (Sovet xalqı: yeni tarixi birliyin bəzi fəlsəfi-sosioloji problemləri. Баку: Азернешр, 1977;
- Qan qohumluğundan güclü. Bakı: Azərb. SSR "Bilik" Cəmiyyəti, 1982;
- Проблема личности в марксистско-ленинской теории нации и национальных отношений (Marksizm-leninizmin millətlər və milli münasibətlər nəzəriyyəsində şəxsiyyət problemi). Баку: Азернешр, 1984;
- Идеологическая работа: действенность пропаганды и агитации (из опыта партийных организаций Азербайджана по обеспечению выполнения планов партии, задач хозяйственного строительства) (İdeoloji iş: təbliğatın və təşviqatın təsirliyi (partiyanın planlarının, təsərrüfat quruculuğu vəzifələrinin yerinə yetirilməsi sahəsində Azərbaycan partiya təşkilatlarının təcrübəsindən). Баку: Азернешр, 1985 (həmmüəlif);
- Азербайджан. Москва: Изд-во Агентства печати "Новости", 1987;
- Теория и практика нравственного воспитания. Баку: Элм, 1987 (həmmüəlif);
- Национальная идея и этничность (азербайджанская идея в этнокультурном интерьере). Москва: ИЭА, 1996;
- Millət və cəmiyyət tarixin sərt dönəmlərində. Bakı: Elm, 2008.
Mükafatları
[redaktə | mənbəni redaktə et]Əfrand Daşdəmirov 2 dəfə "Qırmızı Əmək Bayrağı" və "Dövlət" ordeni ilə təltif edilmişdir[4].
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 Əliağa Məmmədli. "Məhsuldar elmi, pedaqoji və ictimai fəaliyyətdə" (az.). anl.az. 2012. 2021-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-10.
- ↑ "Akademik Əfrand Daşdəmirovun 70 yaşı tamam olur". AMEA (az.). science.gov.az. 06.03.2012, 17:13. İstifadə tarixi: 2014-07-10.[ölü keçid]
- ↑ 1 2 "ƏFRAND DAŞDƏMİROV - 70 İLLİYİ MÜNASİBƏTİLƏ". Şərq Fəlsəfəsi Problemləri (az.). orientalphilosophy.org. 23-06-2013, 01:56. 2014-07-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-07-10.
- ↑ "Əfrand Firudin oğlu Daşdəmirov". AMEA (az.). science.gov.az. 2011. 2014-08-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-07-10.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Əliağa Məmmədli, Məhsuldar elmi, pedaqoji və ictimai fəaliyyətdə, "Elm". - 2012.- 30 aprel.- Səh.14.