Əhməd Tövhid Əfəndi — Vikipediya

Əhməd Tövhid Əfəndi
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Çamlıca köşkü, İstanbul, Osmanlı imperiyası
Vəfat tarixi (61 yaşında)
Vəfat yeri Beyrut, Livan
Atası Mehmed Seyfəddin Əfəndi
Anası Nervaliter xanım
Ailəsi Osmanlı xanədanı

Əhməd Tövhid Əfəndi (30 noyabr 1904, İstanbul24 aprel 1966, Beyrut) — 32. Osmanlı sultanı Əbdüləzizin kiçik oğlu Seyfəddin Əfəndinin oğlu Osmanlı şahzadəsi.

Şahzadə Tövhid Əfəndi 30 noyabr 1904-cü ildə atasının Çamlıcadakı köşkündə dünyaya gəldi. Fatma Gövhəri Sultanın əkizidir. Atası Sultan Əbdüləzizin kiçik oğlu Seyfəddin Əfəndi, anası isə onun ikinci xanımı Nervaliter xanımdır. İlk təhsilini şahzadələr məktəbində alan Tövhid Əfəndi 5 iyun 1918-ci ildə Heybəliadada yerləşən Osmanlı Donanma Akademiyasında hərbi təlimlərə başladı. Ancaq həmin ilin oktyabrında Mudros sülhü səbəbilə təhsili yarım qaldı və yenidən İstanbula döndü.

3 mart 1924 tarixli TBMM qərarı ilə digər Osmanlı sülaləsi üzvləri kimi, Tövhid Əfəndi də ailəsiylə birlikdə sürgünə göndərildi. Sürgündəki ilk mənzil Beyrut şəhəri oldu. Ardından Romaya, daha sonra isə Nitsaya köç edən Tövhid Əfəndi və ailəsi burada Səniha Sultana məxsus Qarabasel villası yaxınlığında bir köşkə yerləşdi. Atası Seyfəddin Əfəndi 1927-ci ildə burada vəfat etdi. 1940-cı ildə Tövhid Əfəndi Qahirəyə, ardından yenidən Beyruta köçdü. Heç vaxt evlənməyən və övladı olmayan Tövhid Əfəndi 24 mart 1966-cı ildə Beyrutda vəfat etdi.