Ələmdar Cabbarlı — Vikipediya
Ələmdar Cabbarlı | |
---|---|
Bayramov Ələmdar Qəmbər oğlu | |
Doğum adı | Ələmdar |
Doğum tarixi | |
Doğum yeri | |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Atası | Qəmbər |
Təhsili | Bakı Dövlət Universiteti |
İxtisası | Kitabşünas və nəşriyyat redaktoru Elm sahəsi: Kitabxanaşünaslıq, Biblioqrafiyaşünaslıq, Kitabşünaslıq, Ədəbiyyatşünaslıq |
Fəaliyyəti | şair, jurnalist, müəllim |
Fəaliyyət illəri | 1986-cı ildən indiyədək |
Əsərlərinin dili | Azərbaycan |
İstiqamət | poeziya, nəsr, publisistika |
Janrlar | şeir, hekayə |
Üzvlüyü |
|
Mükafatları | |
elemdarcabbarli.wordpress.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Ələmdar Cabbarlı (tam adı: Bayramov Ələmdar Qəmbər oğlu; 4 avqust 1980, Ağcakənd, Kəlbəcər rayonu) — şair, filologiya üzrə fəlsəfə doktoru, dosent (2013), Azərbaycan Yazıçılar Birliyinin üzvü (2003). 15 sentyabr 2020-ci il tarixindən 2022-ci ilin yanvar ayınadək BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin dekan əvəzi olmuşdur.[1] 11 yanvar 2022-ci il tarixindən BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin dekanıdır.[2]
Həyatı
[redaktə | mənbəni redaktə et]Ələmdar Cabbarlı 4 avqust 1980-ci ildə Kəlbəcər rayonunun Ağcakənd kəndində anadan olub.[3] 1987-ci ildə Ağcakənd orta məktəbinə getmiş, 1997-ci ildə Bakı şəhərində orta məktəbi bitirmişdir.[3] 1997–2001-ci illərdə Bakı Dövlət Universitetinin kitabxanaçılıq-informasiya fakültəsində nəşriyyat işi və redaktəetmə ixtisası üzrə təhsil almışdır.[3] 2001–2003-cü illərdə BDU-da magistr təhsili almışdır. 2003–2004-cü illərdə hərbi xidmətdə olmuşdur.
2006–2008-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun aspirantı olmuşdur. 2012-ci ildə "Səməd Vurğun şeirinin obrazlar sistemi" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Elmi rəhbəri görkəmli ədəbiyyatşünas alim, professor Şirindil Alışanlıdır. Hazırda prof. Şirindil Alışanlının elmi məsləhətçiliyi ilə "Bəxtiyar Vahabzadə yaradıcılığında janrların təkamülü və poetikası" mövzusunda doktorluq dissertasiyası üzərində işləyir.
2005-ci ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğuldur. Kitabxanaçılıq-informasiya fakültəsinin dekan müavini, Kitabşünaslıq və nəşriyyat işi kafedrasının dosentidir.
2003-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür, 2014–2019-cu illərdə AYB-nin Gənclər Şurasının üzvü olub.
2008-ci ildən Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, 2009-cu ildən Məclis üzvü, 2014-cü ildən isə Məsləhətçilər Şurasının üzvüdür.[4] 2009-cu ildən "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyi İdarə Heyətinin üzvüdür. 2018-ci ildən Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyinin (İLESAM) üzvüdür.
2009–2013-cü illərdə Bizim söz qəzetinin baş redaktoru olmuşdur. "Ulduz" jurnalı redaksiya heyətinin üzvüdür.
1 monoqrafiyanın, 1 dərs vəsaitinin, 4 fənn proqramının, 70-dən çox elmi, 350-dən çox ədəbi-publisistik məqalənin müəllifidir. 40-a qədər kitabın redaktoru, rəyçisi və ön söz müəllifidir. Bir neçə Beynəlxalq konfransda iştirak etmişdir. 2013-cü ildə Türkiyədə keçirilən "Beynəlxalq Poeziya Festivalı"nda Azərbaycanı təmsil etmişdir.
2010-cu ilin noyabr ayında müqəddəs Həcc ziyarətində olmuşdur.
Mükafatları
[redaktə | mənbəni redaktə et]2013-cü ildə AYB-nin Azərbaycan Naşirlər və Poliqrafçılar Birliyi ilə birgə təşkil etdiyi "Ən yaxşı şeir müsabiqəsi"nin qaliblərindən biri olub.[5]
2015-ci ildə yeni kitabının çıxması münasibətilə "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin "Dədə Şəmşir" diplomuna layiq görülmüşdür.[6]
Yaradcılığı
[redaktə | mənbəni redaktə et]Ələmdar Cabbarlı erkən yaşlarından bədii yaradıcılıqla məşğuldur.[3]
Şerləri, hekayə və povestləri müxtəlif almanax, jurnal və qəzetlərdə dərc edilib.[3]
Kitabları
[redaktə | mənbəni redaktə et]- "Azərbaycanım mənim", 2000.
- "Özümlə bir ətək daş gəzdirirəm", Bakı, Azərnəşr, 2002.
- "…Və bir gün", 2006.
- "Yaşasan çoxdu bu ömür", Bakı, "Elm və təhsil", 2011. 100 səh., 1000 tiraj.
- "Kəlbəcərsiz 19 il…", Bakı, 2012.
- "Nəşriyyat işinin təşkili və idarə edilməsi", (dərs vəsaiti) Bakı: Mütərcim, 2014.[7].
- "Günahı olan qorxmasın", Bakı, 2015.[6]
- "Səməd Vurğunun obrazlar aləmi" (monoqrafiya). Bakı, Mütərcim, 2017, 168 s.
- "Qızıl", Bakı, Mütərcim, 2018, 120 s.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Ələmdar Qəmbər oğlu Bayramov (Ələmdar Cabbarlı). Arxivləşdirilib: 21.01.2021.
- ↑ "Arxivlənmiş surət". 2022-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-12.
- ↑ 1 2 3 4 5 Cahid Kazımov. "ÖMRÜ SÖZÜN İÇİNDƏ…" (az.). ahiska-az.narod.ru. 2003. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-10.
- ↑ Səxavət Mirzəyev. "Ələmdar Cabbarlı - 30" (az.). dgtyb.org. 03.01.2015 12:28. İstifadə tarixi: 2015-07-10.[ölü keçid]
- ↑ "Ələmdar Cabbarlı - Dəymədim xətrinə… (Ən Yaxşı Şeir)" (az.). ayb.az. 16.07.2014 16:40. 2015-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-10.
- ↑ 1 2 "ƏLƏMDAR CABBARLININ KİTABININ TƏQDİMATI KEÇİRİLDİ" (az.). azpress.az. 07-05-2015. 2019-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-10.
- ↑ "Ələmdar Cabbarlının yeni kitabı çapdan çıxıb", Bütöv Azərbaycan qəzeti, № 19(238), 17 – 23 iyul 2014-cü il. — Səh. 13.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Bizim Söz Qəzeti: BAŞ REDAKTORDAN — bizimsoz.wordpress.com saytı.
- Elnur Məmmədzadə. "Ələmdar Cabbarlı: Şairlik həvəs deyil... (müsahibə)" (az.). informator.az. 07.05.2015. İstifadə tarixi: 2015-07-10.
- BDU-nun gənc dosenti Türkiyədə beynəlxalq konfransda sədrlik edib
- BDU-nun dosenti Türkiyədə beynəlxalq simpoziumda iştirak edib Arxivləşdirilib 2019-08-02 at the Wayback Machine
- Türkiyədə Aşıq Şəmşirin yaradıcılığı haqqında məruzə edildi
- ƏLƏMDAR CABBARLININ KİTABININ TƏQDİMATI KEÇİRİLDİ
- "Hər kəs əlindəki daşları ilk növbədə öz içindəki şeytana atmalıdır" — Ələmdar Cabbarlı Arxivləşdirilib 2019-08-02 at the Wayback Machine
- Ələmdar Cabbarlının imza günü keçirildi Arxivləşdirilib 2019-08-02 at the Wayback Machine