Əli Babayev — Vikipediya
Əli Babayev | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Naxçıvan, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Ərəfsə kəndi, Culfa rayonu, Naxçıvan MR |
Dəfn yeri | Naxçıvan şəhəri |
Uşağı | Baba Babayev Qüdrət Babayev |
Dini | Müsəlman |
Fəaliyyəti | hərbi qulluqçu |
Fəaliyyət illəri | 1940-1945 |
Mükafatları |
Əli Baba oğlu Babayev — İkinci Dünya müharibəsi dövründə İtaliyadakı partizan hərəkatının fəal iştirakçısı. "Hərbi şücaətinə görə" gümüş medalı laureatı.
Həyatı və fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Əli Baba oğlu Babayev 1910-cu ildə Naxçıvanda anadan olmuşdur. 1938-ci ildən Kommunist Partiyasının üzvü olmuşdur. 1940-cı ildə Sovet Ordusuna çağrılmışdır. 1942-ci ildə faşistlər tərəfindən əsir götürülmüşdür.[1]
1943-cü ilin noyabrında Əli Babayev İtaliyanın şimalında yerləşən Udine şəhərindəki əsir düşərgəsindən bir qrup hərbi əsirlə[2], İtalyan kommunistlərinin köməyi ilə düşərgədən qaçmışdır.[3] 25 mart 1944-cü ildən italyan partizanlarına qoşulub, Pyotto (Piotto) ləqəbi ilə tanınmışdır. Sovet ordusunun hərbi əsirlərindən ibarət Çapayev batalyonunu yaratmış və komandiri olmuşdur. Çapayev batalyonunda Əli Babayevdən başqa Oruc adlı azərbaycanlı da xidmət etmişdir.[3]
Əli Babayev İkinci Dünya müharibəsi dövründə İtaliyadakı partizan hərəkatında fəal iştirak etmiş, Harribaldi adına batalyonun komandiri olmuş[4], döyüşlərdəki igidliyinə görə İtaliyanın "Hərbi şücaətə görə" gümüş medalı ilə təltif olunmuşdur.[4]
1951-ci ilin yanvarında Bakıda Azərbaycan legionunun üzvü kimi həbs edildi və həmin ilin noyabrında hərbi məhkəmə tərəfindən vətən xaini ittihamı ilə əmlakı müsadirə olunaraq 15 il azadlıqdan məhrum edildi. Stalinin ölümündən sonra əfv edilmişdir.[5]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Əli Babayev. Azərbaycan Sovet Ensiklopediyası. I. Bakı: AMEA. 1976. səh. 519.
- ↑ Mədətov G.A. Böyük Vətən müharibəsində Azərbaycanın rolu. 1975. səh. 363.
- ↑ 1 2 İlham Abbasov. "Участие азербайджанцев в движении Сопротивления стран Европы: Неизвестные страницы / Azərbaycanlıların Avropa Müqavimət Hərəkatında iştirakı: Naməlum Səhifələr". 1news.az. 26 may 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 may 2020.
- ↑ 1 2 "Naxçıvanşünaslıq Mərkəzində açıq dərs". nuhcixan.az. 26 may 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 may 2019.
- ↑ Talalay M. Dal Caucaso agli appennini. gli azerbaigiani nella Resistenza italiana. Roma. 2013. səh. 108-109. ISBN 978-88-88249-24-7.