Əminə Salamova — Vikipediya
Əminə Salamova | |
---|---|
azərb. Əminə Nəcəf qızı Salamova | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | Azərbaycanlı |
Elm sahəsi | kimya |
Elmi dərəcəsi | Ekologiya üzrə fəlsəfə doktoru |
Təhsili | Azərbaycan Dövlət Universiteti İndiana Universiteti |
Əminə Salamova (Əminə Nəcəf qızı Salamova; d. 14 iyul 1977[1]. Bakı, Azərbaycan SSR, SSRİ) — Ekologiya üzrə fəlsəfə doktoru (2011), İndiana Universitetinin elmi işçisi (2013), ekologiya üzrə ABŞ-də elmi dərəcə alan ilk azərbaycanlı qadın.
Həyatı
[redaktə | mənbəni redaktə et]Əminə Salamova 14 iyul 1977-ci ildə Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini 83 saylı tam orta məktəbdə almışdır. 1998-ci idə Bakı Dövlət Universitetinin Kimya fakültəsində bakalavr dərəcəsi, 2000-ci ildə isə həmin ixtisas üzrə magistr dərəcəsinə yiyələnmiş və hər iki təhsilini qırmızı diplomla bitirmişdir. 2000-ci ildən BDU-nun Üzvi kimya kafedrasında böyük elmi işçi kimi əmək fəaliyyətinə başlayıb.
2002-ci ildə ABŞ-nin İndiana Universitetinə yenidən magistr proqramına qəbul olunub və 2004-cü ildə ekologiya ixtisası üzrə İctimai və Ətraf Mühit Məsələləri Fakültəsində (ing. School of Public and Environmental Affairs) magistr dərəcəsi alıb.[2] 2013-cü ildən həmin fakültənin elmi işçisidir.[3]
Hazırda Əminə Salamova İndiana Universitetinin[4] Ekoloji Kimya laboratoriyasında ətraf mühitin çirklənməsinin monitorinqi proqramının direktorudur. Bu proqram ABŞ və Kanadanın Ətraf Mühitin Mühafizəsi Nazirlikləri tərəfindən maliyyələşir. Üzərində çalışdığı layihəyə əsasən, rəhbərlik etdiyi qurum orqanizmdəki zərərli birləşmələri insanın dırnağından, tükündən nümunələr götürməklə araşdırır.[5] Bu nümunələr vasitəsi ilə çox asan şəkildə insan orqanizminin geniş miqyasda biomonitorinqini aparmaq mümkündür.
Ailəlidir, iki qızı var.[1][6] Heykəltəraş Nəcəf Salamovun qızıdır.
Elmi fəaliyyəti
[redaktə | mənbəni redaktə et]ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət Məsələləri üzrə Bürosuna məxsus Edmund S. Maski Məzunların Təqaüd Proqramı Əminə Salamovanı Ətraf mühitin zərərli maddələrlə çirklənməsi üzrə doktoranturaya dəvət etmişdir. O, magistr təhsilini başa vuran kimi Departamentin maliyyə dəstəyi ilə İndiana Universitetinin doktoranturasına qəbul olunur. 2011-ci ildə isə elmi işini uğurla müdafiə edərək ekologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnir.[7] O, bu sahə üzrə ABŞ-də elmi dərəcə alan ilk azərbaycanlı qadındır.[8]
Əminə Salamova Amerika Kimya Cəmiyyəti, Ətraf Mühitin Toksikologiyası və Kimyası Cəmiyyəti, eləcə də Böyük Göllərin Tədqiqatı üzrə Beynəlxalq Assosiasiyanın üzvüdür.[9]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 "ABŞ-də alimlik dərəcəsi alan ilk azərbaycanlı xanımla MÜSAHİBƏ". http://senet.az/. 2018-12-18. 2021-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-18.
- ↑ "School of Public and Environmental Affairs. Amina Salamova". 2018-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-17.
- ↑ Amina Salamova Indiana University Bloomington | IUB · School of Public and Environmental Affairs
- ↑ ""Azərikimya" İB-nin rəhbərliyi ilə görüş". http://www.bhos.edu.az/. 2018-12-18. 2020-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-18.
- ↑ "Researchers discover that human hair and nails can tell toxic secrets". https://www.eurekalert.org/. 2018-12-18. 2018-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-18.
- ↑ "Nap mats at some Seattle child-care centers contain potentially harmful chemicals". 2022-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-18.
- ↑ Amina Salamova - Publications
- ↑ "ABŞ-də alimlik dərəcəsi alan ilk azərbaycanlı xanım". http://modern.az/. 2018-12-17.
- ↑ CURRICULUM VITA AMINA SALAMOVA. School of Public and Environmental Affairs Indiana University[ölü keçid]