Əsrin kontraktı (film, 1996) — Vikipediya

Əsrin kontraktı
Fayl:Əsrin kontraktı (film, 1996).jpg
Janr tarixi
Rejissor Cahangir Zeynallı
Ssenari müəllifləri Teymur Bəkirzadə
Cahangir Zeynallı
Operatorlar Cahangir Zeynallı
Şərif Şərifov
İstehsalçı "Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi 1996
Filmin növü qısametrajlı sənədli film
Müddət 48 dəq.
Ölkə Azərbaycan Azərbaycan
İl 1996
Texniki məlumatlar 5 hissə
1322 metr
35 mm
Rəng rəngli

Qədim Azərbaycan torpağında neftin tapılmasından ta bu günə qədər keçdiyi tarixi yol, "qara qızıl"ın ölkəmizin ictimai-siyasi həyatında, iqtisadiyyatında oynadığı rol, 1994-cü ildə Bakıda Dövlət Neft Şirkəti ilə xarici ölkələrin iştirak etdiyi Neft konsorsiumu arasında Əsrin kontraktının imzalanması, bu kontraktın müasir həyatımıza göstərəcəyi təsir və s. mühüm əhəmiyyətli məsələlər filmdə öz əkini tapmışdır.

Film kontraktın imzalanma anından başlayır və ölkənin neft sənayesinin ilk neft quyularından tutmuş, müasir qazma qurğularına kimi inkişaf mərhələlərini bütünlüklə əks etdirir.Filmdə respublikada neftçıxarmanın vəziyyətinin təhlili verilmişdir.

Film "Əsrin Kontraktı" adlandırılan müqavilənin Azərbaycan üçün siyasi-iqtisadi əhəmiyyətini açıqlayır. XIX əsrin sonu, XX əsrin əvvəlində yaşamış neftxudalar haqqında epizodlar, ekologiyaya həsr olunmuş blok, Azərbaycan neft şirkəti nümayəndələri ilə müsahibələr filmə daxil edilmişdir. Neft kontraktının imzalanmasında respublika prezidenti cənab Heydər Əliyevin rolu xüsusilə vurğulanmışdır.

Əvvəllər neftin Azərbaycan xalqının başına çox bəlalar gətirdiyi müəllif mövqeyi kimi filmdə obrazlı ifadə olunmuşdur. Filmdə bu gün iqtisadi əməkdaşlığın yeni formasının Azərbaycanın çiçəklənməsinə gətirib çıxaracağına ümid bəslənilir.

"Əsrin Kontraktı" sənədli filmi respublikamızın salnaməsi üçün mühüm kino sənədidir.

Festivallar və mükafatlar

[redaktə | mənbəni redaktə et]
1)1997-ci ildə
  • Film rejissor işinə görə "Humay" Mükafatına layiq görülmüşdür.

Film "Azərkinovideo" İB-nin sifarişi ilə çəkilmişdir.

Filmdə kinoxronika materiallarından istifadə olunmuşdur.

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Rejissor: Cahangir Zeynallı
Ssenari müəllifi: Teymur Bəkirzadə, Cahangir Zeynallı
Operator: Cahangir Zeynallı, Şərif Şərifov
Səs operatoru: Kamal Seyidov
"Azərkinovideo" İB
  • Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 5.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 358-359.