Əzizim Fellini (film, 2010) — Vikipediya

Əzizim Fellini
Janr melodram
dram
Rejissorlar Cavid Təvəkkül
Ssenari müəllifləri Cavid Təvəkkül
Baş rollarda Rasim Cəfərov — Rasim
Tunay Əliyeva
Abbas Qəhrəmanov
Elnur Kərimov
Operator Emin Rəhimov
Bəstəkar Firudin Allahverdi
Rəssam Rövşən Mehdiyev
İstehsalçı "Carçı Film"
İlk baxış tarixi 28 avqust 2010, İTV
Filmin növü tammetrajlı bədii televiziya filmi
Ölkə Azərbaycan Azərbaycan
Dil azərbaycanca
İl 2010
Çəkiliş yeri Bakı

Əzizim FelliniCavid Təvəkkülün rejissoru və ssenari müəllifi olduğu, 2010-cu ildə "Carçı Film" studiyasında çəkilmiş tammetrajlı bədii televiziya filmi.

Film rejissor olmaq üçün kənddən paytaxta gələn ədəbiyyat müəllimi Rasimin (Rasim Cəfərov) başına gələn hadisələr üzərində qurulub. Paytaxtda o öz dostunun (Elnur Kərimov) köməkliyi ilə qalmağa ev tapır və imtahanlara hazırlaşır. Şəhərdəki kafelərdən birində o Leyla adlı gözəl qadınla tanış olur və ona vurulur. Leyla Rasimin rejissorluq həvəsinə görə onu italyan kinorejissoru Federiko Fellininin şərəfinə Fellini deyə çağırır. Amma Leyla varlı bir iş adamı olan Camalın (Abbas Qəhrəmanov) məşuqəsidir və Rasimlə münasibətlərini ondan gizlətmək mümkün olmur. Leyla Rasimi sevir, eynilə Rasim də Leylanı, amma Camal bu münasibətin əleyhinədir və Rasimi öz adamlarına döydürür. Döyüldükdən sonra uzun müddət xəstəxanada yatan Rasim, buradan çıxdıqdan sonra yenidən Leylanın axtarışına çıxır və elə ilk tanış olduqları kafedə onu tapır. Amma Leyla burada Camalla birlikdədir və görüş zamanı Leyla çantasından tapança çıxararaq əvvəlcə Camalı, sonra isə özünü öldürür. Bu səhnədə Leylanın Rasimə yazdığı vida məktubundan məlum olur ki, Leylanın uşaq evində 5 yaşında oğlu var və Rasimdən ona qayğı göstərməyi xahiş edir.

İmtahandan da kəsilən Rasim Leylanın oğlunu uşaq evindən götürərək kəndə qayıdır.

Filmdə müəyyən aralıqlarla gənc bir rejissorun (Amid Qasımov) televiziyada öz çəkdiyi film barədə müsahibəsi göstərilir və yalnız filmin sonundakı sözlərindən onun Rasimin oğlu olduğu anlaşılır.

Film aktrisa Tunay Əliyevanın kinoda ilk işidir.[1]

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Ssenari müəllifi və quruluşçu rejissor — Cavid Təvəkkül
Quruluşçu operator — Emin Rəhimov
Quruluşçu rəssam — Rövşən Mehdiyev
Bəstəkar — Firudin Allahverdi
Montaj rejissoru — Elşad Rasimoğlu
Rejissor — Asif Rəhimov
İcraçı prodüser — Kamil Muradov
Rasim Cəfərov — Rasim
Tunay Əliyeva — Leyla
Abbas Qəhrəmanov — Camal
Elnur Kərimov — Rasimin dostu (filmdə adı çəkilmir)

Azərbaycan filmlərinin siyahısı