Çəmənli oymağı — Vikipediya
Çəmənli oymağı — Qarabağın tarixi oymaqlarından biridir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Qarabağ xanlığının qurucusu Pənahəli xanın rəqiblərinə qarşı apardığı mübarizədə inandığı, etibar etdiyi tayfalar, oymaqlar sırasında Kəbirli tayfasının Çəmənli oymağı da var idi.[1]
Çəmənli oymağı hər zaman görkəmli şəxsiyyətlər yetirmiş nəsilləri ilə tanınmışdır. Hatəmxan ağa nəsli Çəmənli oymağının əsasını təşkil edir. Nəsil öz adını Hatəmxan ağanın adından almışdır.[2]
Çəmənlidə Orduqayalı, Nurular, Balağışlaq, Sarı hüseynli, Böyük qışlaq, Sarı hacılı, Zülfülər, Çuxur məhlə adlı 8 məhlə bu günə kimi öz adını qoruyub saxlamaqdadır.[3]
Şəxsiyyətləri
[redaktə | mənbəni redaktə et]- Hatəmxan ağa XVIII əsrdə yaşamış, 1698-ci ildə anadan olmuş, uzun illər Çəmənli oymağının başında durmuşdur. Sələflərindən xələflərinə ötürülən məlumata görə, o, yüz il ömür sürmüş, qeyri-adi bacarığa malik, hazırcavab, qonaqpərvər insan kimi tanınmış, Qarabağda mahir at çapması ilə yaddaşlarda qalmışdır.[4]
- Azərbaycan Respublikası Dövlət Tarixi Arxivində müxtəlif illərdə aparılmış əhalinin siyahıya alınması sənədləri saxlanılır. Həmin sənədlərə görə, Çəmənlidə bəylərin siyahısı ayrıca aparılmış, 30 nəfərdən ibarət dörd evin olması qeyd olunmuşdur. Bu sənədə istinadən XIX əsrin əvvəllərində Çəmənli oymağının yüzbaşısı Hatəmxan ağanın oğlu Nadirqulu bəy idi.[5]Nadirqulu bəyin Yusif bəy, Hatəmxan bəy, Kazım bəy adlı üç oğlu olmuşdur. Azərbaycan Respublikası Dövlət Tarixi arxivinə aid sənəddə Nadirqulu bəyin bu üç övladının ictimai həyatdakı mövqeləri barədə məlumat verilmişdir.[6]
- Yusif bəy Nadirqulu bəy oğlu (1788–1848) Çəmənli oymağında dünyaya gəlmiş, molla yanında təhsil almışdır. Dövrünün dünyagörmüş, hörmətli, qoçaq bəylərindən sayılmış, geniş torpaq sahələri, əkin yerləri, üzüm bağları olmuşdur.[7]Yusif bəy Seyidli oymağından Hüsnü xanımla (1791-…) ailə həyatı qurmuşdur. Onun Nəcəfqulu bəy, Məmməd bəy, Həsən bəy adlı övladları dünyaya gəlmişdir.
- Hatəmxan bəy Nadirqulu bəy oğlu (1798-…) Çəmənli oymağında anadan olmuş, təhsilini dini məktəbdə almışdır. Hatəmxan bəy zəmanəsinin mömin bəylərindən sayılmış, Məşhəd şəhərini ziyarət etdiyi üçün Məşədi Hatəmxan bəy adı ilə tanınmışdır.[8] Məşədi Hatəmxan müəyyən səbəblərə görə bəy adından imtina etmişdir. Lakin bəylərin siyahıya alınması sənədlərində o, Məşədi Hatəmxan bəy kimi qeydə alınmışdır.[9] Məşədi Hatəmxan bəyin XIX əsrin 60-cı illərin sonlarında vəfat etməsi ehtimal olunur.[10]Məşədi Hatəmxan bəy Çəmənli oymağının sakinlərindən olan Gülnisə xanımla (1807-…) ailə həyatı qurmuşdur. Onun Cəfərqulu bəy, Qasım bəy, Əbdürrəhman bəy, Abbas bəy adlı oğlanları olmuşdur.[11]
- Kazım bəy Nadirqulu bəy oğlu (1816-…) Cəmənli oymağında anadan olmuş, dini məktəbdə oxumuşdur. Qarabağda zəmanəsinin tanınmış, ədalətli bəylərindən sayılmış, Çəmənlinin yüzbaşısı olmuşdur. Bu gün Çəmənli kəndində Kazım bəyin şərəfinə "Kazım bəyin dərəsi" adlanan ərazi vardır.[12] Kazım bəy Yaxşı xanımla (1816-…) evlənmişdir. Onun Hüseyn bəy, Nadirqulu bəy, Nadirqulu bəy, Behbud bəy adlı oğlanları, Qızxanım, Bəyim adlı qızları dünyaya gəlmişdir.[13]
Azərbaycan Respublikası Dövlət Tarixi Arxivində saxlanılan Çar Rusiyasında müxtəlif illərdə aparılmış əhalinin, o cümlədən bəylərin siyahıya alınması sənədlərinə istinadən Hatəmxan ağanın nəslindən sonra Çəmənli oymağında XVIII əsrin sonları — XIX əsrin ilk illərində Əli bəy, Ağarza bəy adlı iki bəy ailəsi yaşamışdır. Əli bəyin və Ağarza bəyin mənsub olduğu ailə soy-kök etibarilə Çəmənli oymağındandırlar. Hər iki bəy Hatəmxan ağanın oğlu yüzbaşı Nadirqulu bəyin müasirləri olmuşdur.[14] Kərbəlayı Şirin bəy Əli bəyin oğludur.
Seyid Abdulla (1783–1873), onun oğlanları Seyid İsmayıl, Seyid Cabbar, Seyid Abbas, Seyid Məhəmməd, Molla Əlməmməd, onun oğlu Molla Əli (1793–1848), Axund Molla Namaz (1808–1848), onun oğlanları Axund Molla Məmmədəli (1846-…), Molla Xanqulu (1838-…), Molla Sadıq Molla Məmmədəli oğlu (1868-…), Molla Qasım Səfərəli oğlu (1833-…), Molla Şükür Allahverdi oğlu (1828–1848), Molla Dostu (1828-…), onun oğlu Molla Mikayıl (1861-…), onun nəvəsi Molla Həsən Molla Mikayıl oğlu, Molla Hüseyn Rza oğlu XIX–XX əsrlərdə Çəmənli oymağının savadlı din xadimlərindən sayılmışlar.[15]
XX əsrin əvvəllərində Çəmənli kəndinin yüzbaşısı Alı bəy (…-1926) idi.[16]
Oymağın əhalisi
[redaktə | mənbəni redaktə et]Çar hökuməti tərəfindən müxtəlif illərdə Azərbaycanda əhalinin siyahıya alınması aparılmışdır. Azərbaycan Respublikası Dövlət Tarixi Arxivində saxlanılan əhalinin siyahıya alınması sənədinə əsasən Çar Rusiyası zamanında Çəmənli Yelizavetpol quberniyasının, Şuşa qəzasının, Kəbirli mahalının kəndi kimi qeydə alınmışdır.[17]
Azərbaycan Respublikası Dövlət Tarixi Arxivində saxlanılan 1823 ilə aid Qarabağ əyalətinin siyahıya alınmasına görə, Qarabağ əyalətinin Kəbirli mahalının minbaşı idarəsinin divanbəyi Məmmədalı bəy olmuşdur. Bu tarixi sənədlərdə Çəmənli Hatəmxanın köç yerinin 43 tüstüdən, Çəmənli Hacı Tahirin köç yerinin 26 tüstüdən ibarət olması yazılmış, vergi ödəyənlərin, ödəməyənlərin sayı göstərilmişdir.[18]
Azərbaycan Respublikası Dövlət Tarixi Arxivində Çəmənli Hatəm xanın, Çəmənli Hacı Tahirin köç yerləri adlı 1844 ilə aid əhalinin siyahıya alınması sənədləri saxlanılır. Həmin sənədə görə Çəmənli Hatəmxanın köç yeri 68 evdən ibarət olub, 237 nəfər sakini var imiş. Çəmənli Hacı Tahirin köç yeri isə 40 evdən ibarət idi. Köç yerinin 126 sakini olmuşdur.[19]
1848 və 1863 illərdə yalnız kişilərin siyahısı aparılmışdı. 1848 ildə kişilərin sayı təxminən 102 nəfər idi. 1863 ildə isə 59 evdən ibarət Çəmənlidə 185 kişi sakini yaşamışdır. 1873 ildə aparılmış siyahıya alınmaya əsasən 329 kişi, 297 qadından ibarət Çəmənlinin 626 sakini olmuşdur. 1886 ildə 682 nəfər sakini olmuş Çəmənli 46 evdən ibarət idi. Həmin ildə Çəmənlidə 412 kişi, 270 qadın sakin yaşamışdır.[20]
Azərbaycan keçmiş SSRİ-nin tərkibində olduğu illərdə Çəmənli 1930-cu ildə yaradılan Ağdam rayonunun kəndi idi.
Hazırda Çəmənli Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənddir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Orxan Zakiroğlu (Baharlı).Çəmənli oymağının Hatəmxan ağa nəsli. "Bütöv Azərbaycan" qəzeti, 26–30 sentyabr, 2012-ci il.№33 (165)
- ↑ Orxan Zakiroğlu (Baharlı). Məmmədbəyli nəslinin müdrik el ağsaqqalı. "Bütöv Azərbaycan" qəzeti, 4–10 iyul 2012-ci il
- ↑ Orxan Zakiroğlu (Baharlı). Məmmədbəyli nəslinin müdrik el ağsaqqalı. "Bütöv Azərbaycan" qəzeti, 4–10 iyul 2012-ci il
- ↑ Orxan Zakiroğlu (Baharlı).Çəmənli oymağı və Hatəmxan ağa nəsli. I kitab. Bakı, 2016
- ↑ Orxan Zakiroğlu (Baharlı).Çəmənli oymağı və Hatəmxan ağa nəsli. I kitab. Bakı, 2016
- ↑ Orxan Zakiroğlu (Baharlı).Çəmənli oymağının Hatəmxan ağa nəsli. "Bütöv Azərbaycan" qəzeti, 26–30 sentyabr, 2012-ci il.№33

- ↑ Orxan Zakiroğlu (Baharlı). Çəmənli oymağının Hatəmxan ağa nəsli. "Bütöv Azərbaycan" qəzeti, 26–30 sentyabr, 2012-ci il.№33 (165)

- ↑ Orxan Zakiroğlu (Baharlı).Çəmənli oymağının Hatəmxan ağa nəsli. "Bütöv Azərbaycan" qəzeti, 26–30 sentyabr, 2012-ci il.№33 (165)
Mənbə
[redaktə | mənbəni redaktə et]- Orxan Zakiroğlu (Baharlı). Hatəmxan ağa nəslinin tarixi şəxsiyyətləri. Bakı, 2015
- Orxan Zakiroğlu (Baharlı).Çəmənli oymağı və Hatəmxan ağa nəsli. I kitab. Bakı, 2016
- Orxan Zakiroğlu (Baharlı).Çəmənli oymağının Hatəmxan ağa nəsli. "Bütöv Azərbaycan" qəzeti, 26–30 sentyabr, 2012-ci il.№33 (165)
- Orxan Zakiroğlu (Baharlı). Çəmənli Hatəmxan ağa nəslinin tanınmış övladları. "Yeniləşən Azərbaycan" qəzeti, 17–25 aprel 2013-cü il, № 14 (124)
- Orxan Zakiroğlu (Baharlı). Məmmədbəyli nəslinin müdrik el ağsaqqalı. "Bütöv Azərbaycan" qəzeti, 4–10 iyul 2012-ci il
- Orxan Zakiroğlu (Baharlı). Seyidli oymağının nəsilləri və görkəmli övladları. "Bütöv Azərbaycan" qəzeti, 5–11 dekabr, 2012-ci il № 42(174)