Çennai — Vikipediya

Çennai
சென்னை
13°04′57″ şm. e. 80°16′30″ ş. u.HGYO
Ölkə
Başçı Muthuvel Karunanidhi Stalin
Tarixi və coğrafiyası
Əsası qoyulub 1639
Sahəsi
  • 426.830.040 m²
Mərkəzin hündürlüyü 6 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 6.599.000 nəf. (2024)[2]
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +91 44
Poçt indeksi 600...
Digər
chennaicorporation.gov.in
Xəritəni göstər/gizlə
Çennai xəritədə
Çennai
Çennai
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çennai (tam. சென்னை, ing. Chennai) — 1996-cı ilə qədər Mədrəs. Hindistanın cənubunda, Tamilnad Ştatının inzibati mərkəzi. Ölkənin dördüncü böyük şəhəri (Mumbay, DehliKəlkütədən sonra), şəhər aqlomerasiyasının ölçülərinə görə isə dünyada 41-ci yerdə durur. Əsası 1639-cu ildə, Koromandel sahilində qoyulub.

Şəhərin köhnə adı olan Mədrəs, Mədrəspatnam kəndinin tam. மதராசப்பட்டினம, adından, Ost-İndia kompaniyası tərəfindən qoyulub. Daha bir yaşayış məntəqəsi olan Çennapatnam, Mədrəspatnamdan cənubda yerləşirdi. İki yaşayıç məntəqələri birləşəndən sonra, britaniyalılar şəhərin adını Mədrəs (tam. மதறாச) qoymağa gərar alırlar. 1996-cı ildə Bharata canata parti-nin yönətməsi ilə Hindistanda hakim millətçi partiya üzvləri, Mədrəs sözünün portuqal köklü olduğunu bəyan edərək, şəhərin adını dəyişib Çennai qoyurlar.

Müqəddəs Corc katedralı

Çennainin ətrafları I əsrdə Pallava, Çola, Pandya, Vicayanaqar tamil krallıqlarına məxsus olmuşdu. esab edilir ki, müqəddəs apostol Foma b.ə. 52-70-ci illərdə burada missionerlik etmişdir. XVI əsdə buraya yelkən alan portuqallar burada San Tome portu tikmişlər. Sonralar bu bölqə hollandlılara keçmiş. Nəhayət, 1639-cu ildə, britan Ost-İnd kompaniyası Sent Corc (Saint George) fortunun əsasını qoymuşlar. Bu fort sonradan Çennainin özəyini təşkil edir. 1746-cı ildə şəhər Bertrant François de Bourdonnais-nin başçılığı ilə işğal edilmiş, 1749-cu ildə isə Aachen müqaviləsinə əsasən yenidən İngiltərəyə qaytarılmışdır.

Çennai britaniyanın hakimiyyəti altında böyük bir şəhərə və hərbi bazaya çevrilir. XIX əsrdə şəhər dəmiryolu ilə Kəlkütə və Bombeylə birləşir. irinci dünya müharibəsi dövründə şəhər Emden alman kreyseri ilə atlilleriya atəşinə məruz qalır. Hindistan öz suverenliyini qazandıqdan sonra, Çennai Tamilnad ştatının mərkəzinə çevrilir. 1965-1967-ci illərdə Çennaidə hindi dilinin güclə tətbiqinə protest olaraq üsyan təşkil edilmişdi.

1989-cu ildə Çennai, Azad Tamil-İlamın Pələngləri (ATİP) adlı terroristlərin hədəfinə keçmiş, onların şəhər Aeroportunda 1984-cü ildə törətdikləri partlayış nəticəsində Hindistanın Baş Naziri, Raciv Gandi öldürülmüşdü. Şəhər, 2004-cü ildə baş verən sunami nəticəsində ciddi zərər almışdı.

İqlim cədvəli[3]
Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr İllik
Orta hesabla
Müsbət temperatur (°C)
29,5 31.5 33.8 35.8 38.1 37.3 35.5 34.8 34.2 32.2 29.9 29.0 33.5
Orta hesabla
Mənfi temperatur (°C)
20.9 21.8 23.7 26.2 27.6 27.2 26.2 24,5 25.3 24.5 23.0 21.6 24.5
Orta hesabla
Yağıntı (mm)
25.0 26.4 28.5 30.7 32.5 32.1 30.6 30.0 29.6 28.2 26.4 25.1 28.8
Orta hesabla
Yağışlı gün
30 5 11 19 34 80 108 135 153 296 382 173 1427

Bütün Hindistanda kimi, Çennaidə də qeyri-təbii əhali artımı nəzərə çarpır (948 qadının 1000 kişiyə). Savadlılıq 80% (59% orta Hindistan göstəricisi). Şəhər əhalisinin 25% gecəqondularda məskunlaşıb. Əhal əsasən tamillərdən ibarətdir. Tamil dilindən başqa ingils dilidə geniş yayılmışdır.

İl Əhali
1800 100.000
1820 140.000
1835 235.000
1850 330.000
1865 427.800
1872 397.552
1881 405.848
1891 452.500
1901 509.300
1911 518.700
İl Əhali
1921 526.900
1931 647.300
1941 777.500
1951 1.416.100
1961 1.729.100
1971 2.470.300
1981 3.276.622
1991 3.841.396
2001 4.216.268
2011 4.681.087

Qardaşlaşmış şəhərlər

[redaktə | mənbəni redaktə et]
Şəhər Ölkə Bölgə/Region İldən etibarən İstinad
Volqoqrad Rusiya Rusiya Volqoqrad vilayəti 1966 [4]
Denver ABŞ ABŞ Kolorado 1984 [5]
San-Antonio ABŞ ABŞ Texas 2008 [6]
Kuala Lumpur Malayziya Malayziya Federal ərazi 2010 [7]
  1. 1 2 ArchINFORM (alm.). 1994.
  2. https://www.census2011.co.in/census/city/463-chennai.html.
  3. WMO: World Weather Information Service Arxivləşdirilib 2022-03-21 at the Wayback Machine
  4. "Volgograd: 80 Kilometers of Industry and War Heroes". The Moscow Times. 24 October 2011. 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-28.
  5. "Overview of Chennai, India: Denver Sister Cities International". Denversistercities.org. 2008-06-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-12-28.
  6. "What is it?". Official Website of the City of San Antonio. 2018-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-28.
  7. "Chennai, Kuala Lumpur sign sister city pact". The Hindu. 26 November 2010. 2010-11-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-12-28.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]