İnnokenti Smoktunovski — Vikipediya
Bu məqaləni vikiləşdirmək lazımdır. |
İnnokenti Smoktunovski | |
---|---|
rus. Иннокентий Михайлович Смоктуновский | |
Doğum adı | Иннокентий Михайлович Смоктунович |
Doğum tarixi | |
Doğum yeri | Tatyanovka, Tomsk, SSRİ |
Vəfat tarixi | (69 yaşında) |
Vəfat yeri | Moskva, Rusiya |
Dəfn yeri | |
Vətəndaşlığı | SSRİ, Rusiya |
Fəaliyyəti | aktyor |
Fəaliyyət illəri | 1946–1994 |
Mükafatları | |
IMDb | ID0810550 |
Vikianbarda əlaqəli mediafayllar |
İnnokenti Smoktunovski (rus. Иннокентий Михайлович Смоктуновский) — SSRİ və Rusiya aktyoru. SSRİ xalq artisti (1974).
Həyatı
[redaktə | mənbəni redaktə et]1925-ci il martın 18-də Rusiyanın Tomsk yaxınlığındakı Tatyanovka kəndində İnnokenti Mixayloviç Smoktunovski dünyaya gəldi. Hələ uşaq yaşlarından incəsənətə, kino, teatr aləminə qarşı onda böyük bir maraq var idi. Lakin İkinci Dünya müharibəsi onun bəzi arzularının həyata keçməsinə mane olurdu. Ümumiyyətlə, müharibə Smoktunovskinin həyatına bir çox mənfi təsirlər göstərmişdi. O, öz atasını elə bu müharibədə itirdi, özü isə qulağından kontuziya aldı. Lakin bütün bu çətinliklərə baxmayaraq, Smoktunovski öz karyerasını qurmağı bacardı. O, 1946-cı ildən Krasnoyarsk Dram Teatrının aktyorluq studiyasında 1 illik təhsil aldı. Sonralar dostu və həmkarı Georgi Zizinov ilə birlikdə Norilsk Dram Teatrında çalışmağa başladı.
Bir çox əyalət teatrlarında da işləyən Smoktunovski, bir gün tamaşada oynamaq məqsədilə, Moskvaya gəlir. Həmin gün axşam vaxtı baş tutan tamaşada Smoktunovski çox böyük bir ustalıqla, öz aktyorluq məharətini tamaşaçılara çatdırır. Xoşbəxtlikdən həmin tamaşaçıların içində, F. M. Dostoyevskinin "İdiot" əsərini tamaşaya qoymağa hazırlaşan, lakin heç cür bu rola tam uyğun bir aktyor tapa bilməyən və sovet dövrünün bir nömrəli teatr rejissorlarından olan Tovstonoqov da olur. Məşhur rejissor Tovstonoqov Smoktunovskinin aktyor oyununu həddən çox bəyəndiyindən durmadan aktyora həmin rolu oynamağı təklif edir. Görkəmli rejissorun bu təklifini çox böyük bir məmnuniyyətlə qəbul edən Smoktunovski, onunla birgə Leninqrada gəlir və onlar 1957–1972-ci illər ərzində Leninqradın Böyük Dram Teatrında, Moskva Malı Teatrında və Moskva İncəsənət Teatrında işləyirlər. İnnokenti Smoktunovski "İdiot" rolunu oynamaqla, öz karyerasının "müdhiş" nailiyyətinə imza atmış olur. Hətta, deyilənə görə, İngiltərədə qastrol səfərində olarkən aktyorun bu oyununun şahidi olmuş insanlar onu əllərində gəzdirirdilər.
"Hamlet" tamaşasını bir neçə dəfə tamaşaya qoymuş digər bir görkəmli rejissor Qriqori Kozinsev də qoyduğu tamaşada baş rolu Smoktunovskiyə əmanət edir və onlar ortaya çox yüksəksəviyyəli bir iş çıxarırlar. "Hamlet" Smoktunovskiyə Lenin mükafatını və SSRİ xalq artisti adını hədiyyə edir. Şekspirin faciəsinin eyniadlı ekran variantına görə, xüsusilə Qriqori Kozinsev və İnnokenti Smoktunovski həmçinin Venesiyada xüsusi mükafata, San-Sebastyanda münsiflərin xüsusi prizinə, Britaniya kinoakademiyasının mükafatına və bir çox başqa məşhur təltiflərə layiq görülür. Bütün bunlardan sonra İnnokenti Smoktunovski dünyanın bir nömrəli aktyoruna çevrilir.
Dövrünün zirvə aktyoru hesab edilən İnnokenti 1956-cı ildə özünü kino sahəsində də sınamağı qərara alır və bu, onda heç də pis alınmır. O, Mixail Romun "Dante küçəsində qətl", Aleksandr İvanovun "Əsgərlər", 1966-cı ildə isə dostu Zizinovla birgə, Eldar Ryazanovun rəhbərliyi ilə "Avtomobildən qorun" Qalina Volçek, Boris Runqe kimi məşhur kinoaktyorlar ilə filmlərinə çəkilir. Onun yaratdığı obraz xəfiyyə Yuri Detoçkin öz işini çox da sevmir, çünki fırıldaqçılarla iş aparmalı olur. Ona görə Detoçkin öz işinə "yaradıcı element" qatmaq qərarına gəlir və haram-yalnız qaçırılmış avtomobilləri qaçırmağa başlayır. Onun yeni dostlarının arasında məhz bu işlə, yəni maşın qaçırmaqla məşğul olan milis mayoru da olur. Beləliklə, ədalətli, haqsızlıqla mübarizə aparan Detoçkinin həyatı "qaçdı- qovdu"ya çevrilir.
Həmçinin "Çaykovski" (1969), "Vanya əmi" (1970) filmlərində ifa etdiyi rollar da böyük rus aktyorunun film karyerasındakı parlaq nümunələr sırasına daxildir. Bir çox avtobioqrafik kitabların müəllifi və Rusiyanın ilk kinoulduzlarından biri olan Smoktunovski Şekspirin komediyalarından tutmuş, Çexovun dramlarına qədər bir çox klassik rollarla da çıxış edib.
1994-cü il avqustun 3-ü Moskvada ürək çatışmazlığından vəfat edib.