İqnasio Komonfort — Vikipediya
İqnasio Komonfort | |
---|---|
| |
11 dekabr 1855 – 17 dekabr 1857 | |
Sonrakı | Benito Xuares |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 12 mart 1812[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 3 noyabr 1863[2] (51 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi, hərbi qulluqçu, nazir |
Rütbəsi | general |
Vikianbarda əlaqəli mediafayllar |
İqnasio Qreqorio Komonfort de los Rios (isp. Ignacio Gregorio Comonfort de los Ríos; 12 mart 1812[1], Puebla-de-Saraqosa – 3 noyabr 1863[2], Quanaxuato ştatı[d]) — Meksika dövlət xadimi, hərbi və siyasi lider, general. 1855-ci ildən 1857-ci ilə qədər Meksika Prezidenti olmuşdur.
Həyatı
[redaktə | mənbəni redaktə et]İqnasio Qreqorio Komonfort de los Rios 12 mart 1812-ci ildə anadan olmuşdur. O, Xuan Alvarezlə birlikdə general Lopes de Santa-Annanın diktaturasına qarşı çıxmışdır. İqnasio Komonfort 1855-ci ildə Meksika Prezidenti seçilmişdir. Əsasən kilsəyə və hərbi imtiyazlara təsir edən islahat qanunlarının elan edilməsi səbəbilə katolikləri, mühafizəkarlar və ordu ona müxalif olmuşdur. Komonfort prezidentliyi dövründə bir neçə üsyanı yatırmalı olmuşdur. Konstitusiyaya dəyişiklik etmək cəhdi göstərmiş, lakin bu, uğursuz olmuşdur. Liberallar 1858-ci ildə onu istefa verməyə məcbur etmiş və Komonfort ABŞ-yə sürgünə getməyə məcbur qalmışdır. O, daha sonra Meksikaya qayıtdı. Komonfort Fransanın Meksikaya müdaxiləsinə qarşı müharibə zamanı döyüşdə həlak olmuşdur.[3]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Bibliothèque nationale de France Ignacio Comonfort // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ "Ignacio Comonfort | enciclopedia.cat". www.enciclopedia.cat. 2023-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-11.