Barmaqvari finik — Vikipediya
Barmaqvari finik | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: ???: Barmaqvari finik | ||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Barmaqvari finik və ya xurma
Təbii yayılması:
[redaktə | mənbəni redaktə et]Şimali Afrika, Ərəbistan yarımadası, Cənubi İran, Əfqanıstan və Pakistanın quraqlıq, subtropik vilayətlərində təbii halda yayılmışdır.
Botaniki təsviri:
[redaktə | mənbəni redaktə et]Hündürlüyü 20-30 metrə çatır. Gövdəsi hamar, düz olmaqla 30 sm diametirindədir. Üzəri yarpaq saplaqlarının qflıqlarıilə örtülmüşdür. Torpağın səthində güvdədən çoxlu pöhrələr verir. Yarpaqları lələkvari olub, gövdənin yuxarı hissəsində toplanır.Finik gövdəsinin ən açağı yarpaqlarının kənarlarında iynələr vardır; lələkvari yarpaqlarının uzunluğu 6 m-ə qədər olub, təxminən 5 ildən sonra formalaşır. Yarpaqcıqlar möhkəm, xətvari, neştərvari, 20- 30 sm uzunluğundadır. Yarpaq saplağı uzun, nazik boz- yaşıl rəngdədir.Çiçəyi qoltuq çiçək qrupunda toplanmışdır. Çiçək saplağının uzunluğu 1-1,2 m-dir.Meyvəsi 2.5-dən 5-6 sm uzunluğunda, ətli, uzunsov yumurtavari formadadır.Toxumu tünd qəhvəyi rəngdə, 1,5-2 sm uzunluğundadır.Toxumla asanlıqla çoxalır.
Ekologiyası:
[redaktə | mənbəni redaktə et]Finik çox işıq tələb edir. Cod sudan istifadə etdikdə finikdə xloroz xəstəliyi, boy artımının zəifləməsi və yarpaqda qonur xalların əmələ gəlməsi müşahidə olunur.
Azərbaycanda yayılması:
[redaktə | mənbəni redaktə et]Bakı, Gəncə, Sumqayıt, Şəmkir, Qəbələ şəhərlərində park və bağlarda mədəni şəraitdə becərilir.
İstifadəsi:
[redaktə | mənbəni redaktə et]Park və bağlarda tək əkinlərdə, canlı çəpərlərin salınmasında istifadə edilir.Enli çətirləri gülləri qurumaqdan qoruyur, insanlara, heyvanlara və quşlara qida və yuva verir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 1188.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Флора Азербайджана. т.5. 1954; Флора Kaвkaзa. т.5. 1954;
- Azərbaycanın ağac və kolları. I cild. 1961;
- Azərbaycan flora-sının konspekti. I-III cildlər. 2005; 2006; 2008;
- Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh