Antakya — Vikipediya
Şəhər | |
Əntakiyə | |
---|---|
Antakya | |
36°12′09″ şm. e. 36°09′38″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 67 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +90 326 |
Poçt indeksi | 31000 |
Nəqliyyat kodu | 31 |
Digər | |
antakya.bel.tr | |
Vikianbarda əlaqəli mediafayllar |
Antakya[1] və ya tarixi azərbaycancada Əntakiyə[2] — Türkiyənin cənubunda, Suriya sərhədinin yaxınlığında olan Hatay ilində şəhər və onun inzibati mərkəzi.
Tarixi
[redaktə | mənbəni redaktə et]Əntakiyəni e.ə. 300-cü ildə Makedoniyalı İsgəndərin sərkərdəsi I Selevk Nikator salmış və atası Antioxun adını vermişdir. 1516-cı ildə türklər Əntakiyəni alandan sonra Əntakiyə adlandırılmışdır. Roma tikililərindən stadionun, yaşayış evlərinin, şəhərkənarı mozaikalı mülklərin, Asi çayı üzərindəki körpünün, 5 darvazalı Bizans divarlarının qalıqları saxlanılmışdır. Şəhərkənarı Dafnada teatr (2 əsr), qəbiristanlıq (381), Müqəddəs Pyotr mağara məbədi (4–5 əsrlər) qalmışdır. Əntakiyənin ətraf yerlərində erkən xristian xarabalıqlarından müqəddəs Semyon (541–565), Müqəddəs Varlaam (6 əsr) monastırları, islam abidələrindən Ulu Came (16 əsr), Həbib Nəcar məscidi saxlanılmışdır. Hatay arxeoloji muzeyi var. Əhalisi 352 min (2007). Asi çayı sahilindədir. Avtomobil yolları qovşağı. Yeyinti, toxuculuq sənayesi, müəssisələri var.[1]
Qardaş şəhərlər
[redaktə | mənbəni redaktə et]- Aalen (1995-ci ildən)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 524. ISBN 978-9952-441-02-4.
- ↑ Əbdürrəşid Bakuvi. Kitab təlxis əl-asar və acaib əl-malik əl-qəhhar (Bakı – Şur Nəşriyyatı). 1992. səh. 76.