Ağ atlı oğlan (film) — Vikipediya

Ağ atlı oğlan
Fayl:Ağ atlı oğlan (film, 1995)(kollaj).jpg
Janr dram
döyüş
müharibə
uşaq
Rejissorlar Ənvər Əbluc
Ssenari müəllifləri İsi Məlikzadə
Ənvər Əbluc
Baş rollarda Abbasqulu Əbluc
Sədayə Mustafayeva
Orxan Nadirov
Yaşar Nuri
Ruslan Nəsirov
Dilarə Nəzərova
Səidə Səfərova
Xumar Əhədova
Laləzar Mustafayeva
Elxan Quliyev
Operatorlar Rafiq Əliyev
Rövşən Quliyev
Bəstəkar Oqtay Rəcəbov
Rəssam Nizami Bəydəmirov
İstehsalçı "Azərbaycanfilm" kinostudiyası
İlk baxış tarixi 1995
Filmin növü tammetrajlı bədii film
Müddət 64 dəq.
Ölkə Azərbaycan Azərbaycan
Dil azərbaycanca
İl 1995
Texniki məlumatlar 7 hissə
1890 metr
IMDb ID4265750

Ağ atlı oğlan tammetrajlı bədii filmi rejissor Ənvər Əbluc tərəfindən 1995-ci ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Hərbi-vətənpərvərlik filmində Qarabağın azadlığı uğrunda erməni qəsbkarlarına qarşı aparılan müharibədə yaşlılarla bərabər məktəbli oğlanın da qəhrəmanlıqla vuruşmasından söhbət gedir. Filmdə əsas rolları Abbasqulu Əbluc, Sədayə Mustafayeva, Orxan Nadirov, Yaşar Nuri, Ruslan Nəsirov, Dilarə Nəzərova, Səidə Səfərova, Xumar Əhədova, Laləzar MustafayevaElxan Quliyev ifa edirlər.

Film hərbi-vətənpərvərlik mövzusundadır. Romantik filmdə Qarabağın azadlığı uğrunda erməni qəsbkarlarına qarşı aparılan müharibədə yaşlılarla bərabər məktəbli oğlanın da qəhrəmanlıqla vuruşmasından söhbət gedir. Film tamaşaçıları fədakarlığa, vətənpərvərliyə çağırır.[1]

Filmin qəhrəmanı nağıllar aləmində yaşayan, tez-tez nənəsinin danışdığı nağılları yada salan 12-13 yaşlı Muraddır (Abbasqulu Əbluc). Onun ən çox sevdiyi "Ağ atlı oğlan" nağılıdır. Bu nağılın qəhrəmanı hər dəfə ağ paltarda, ağ atda gözlənilmədən meydanda görünəndə xalq ədalətin, xeyrin şər üzərində qələbəsinin şahidi olur. Və günlərin birində Qarabağ uğrunda döyüşlərdə Murad da öz ağ tankında meydanda görünür...[1]

Film nikbin sonluqla bitir. Çünki romantik qəhrəman Azərbaycanın rəmzi səviyyəsinə qaldırılır. Bu qəhrəman Azərbaycan xalqının möhkəm iradəsini, ölməzliyini bir daha nümayiş etdirir.[1]

Filmin üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]

Rejissor: Ənvər Əbluc
Ssenarist: İsi Məlikzadə, Ənvər Əbluc
Operator: Rafiq Əliyev, Rövşən Quliyev
Rəssam: Nizami Bəydəmirov
Bəstəkar: Oqtay Rəcəbov

Abbasqulu Əbluc — Murad
Sədayə Mustafayeva — Mirvari nənə
Orxan Nadirov — Rəşad
Yaşar Nuri — Əbdül
Ruslan Nəsirov — Cəfər
Dilarə Nəzərova — Səidə
Səidə Səfərova — Günay
Xumar Əhədova — Xumar
Laləzar Mustafayeva — Şəhla
Elxan Quliyev — Şahin
Məzahir Ağayev — komandir

N. Axundov - İmran

Vaqif Əliyev - erməni

Lətifə Əliyeva - Əsgər anası (titrlərdə yoxdur)


A. Vəliyev

Ə. Vəliyev

T. Şirzadova

Fərəc Fərəcov (aktyor) - erməni əsgər

Elxan Abbasov

Rafiq İbrahimov - Polis işçisi

Muxtar Əzizbəyov

İ. Əsgəroğlu

Firuz Xudaverdiyev - Kənd sakini (titrlərdə yoxdur)

Filmi səsləndirənlər:

Zərnigar Ağakişiyeva - Mirvari nənə (Sədayə Mustafayeva) (titrlərdə yoxdur)

Rasim Balayev - Əbdül (Yaşar Nuri) (titrlərdə yoxdur)

Sona Mikayılova - Səidə (Dilarə Nəzərova) (titrlərdə yoxdur)

Səidə Quliyeva - Şəhla (Laləzar Mustafayeva) (titrlərdə yoxdur)

Hacı İsmayılov - Şahin (Elxan Quliyev) (titrlərdə yoxdur)

Ənvər Əbluc - Komandir (Məzahir Ağayev) (titrlərdə yoxdur)

Vahid Əliyev (aktyor) - Tədbirdə şeir söyləyəm (titrlərdə yoxdur)

Məmmədkamal Kazımov - Kənd sakini (titrlərdə yoxdur)

Ötkəm İsgəndərov - Malik (titrlərdə yoxdur)

  1. 1 2 3 Aydın Kazımzadə. Azərbaycan kinosu — 1 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh.169.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 372.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.

Azərbaycan filmlərinin siyahısı
1995-ci ilin Azərbaycan filmləri
1990-cı illər Azərbaycan filmlərinin siyahısı