Aşağı Yemişcan — Vikipediya
Aşağı Yemişcan | |
---|---|
39°44′14″ şm. e. 46°50′25″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.032 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Aşağı Yemişcan (əvvəlki adı: Nerkin Sıznek) — Azərbaycan Respublikasının Xocalı rayonunun Qızıloba kənd inzibati ərazi dairəsində kənd.
Toponimikası
[redaktə | mənbəni redaktə et]XIX əsrdə gəlmə ermənilər Sıznaq adlanan bu yerdə məskunlaşmış, kəndin adını da Nerkin Sıznək (Aşağı Siznək) kimi rəsmiləşdirmişdilər. 1992-ci ildə kəndə Aşağı Yemişcan adı verilmişdır. Toponimin ikinci komponenti "yemişan" sözünun tələffüz formasıdır.[2]
Tarixi
[redaktə | mənbəni redaktə et]Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Nerkin Sıznek kəndi Aşağı Yemişcan kəndi adlandırılmışdır.[3] 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Aşağı Yemişcan kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətində olmuş, 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində azad olunmuşdur.
Coğrafiyası və iqlimi
[redaktə | mənbəni redaktə et]Kənd dəğətəyi ərazidə yerləşir.
Əhalisi
[redaktə | mənbəni redaktə et]2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən, Aşağı Yemişcan kəndinin əhalisinin faktiki sayı 126 nəfər, qeydiyyatdakı əhalinin sayı 129 nəfər təşkil edirdi[4]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ http://census.stat-nkr.am/nkr/1-5.pdf.
- ↑ Aşağı Yemişcan // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 75. ISBN 978-9952-34-155-3.
- ↑ "Azərbaycan Respublikasının bəzi yaşayış məntəqələrinin tarixi adlarının bərpası və dəqiqləşdirilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı". 2022-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-10.
- ↑ İnzibati-ərazi bölgüsü və cinsinə görə hazırkı və daimi əhali Arxivləşdirilib 2011-03-02 at the Wayback Machine - səh. 3
Həmçinin bax
[redaktə | mənbəni redaktə et] Xocalı rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |