Abakan — Vikipediya

Abakan
Ағбан
Bayraq[d] Gerb
Bayraq[d] Gerb
53°43′ şm. e. 91°25′ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1931
İlk məlumat 1675
Sahəsi
  • 112,38 km²
Mərkəzin hündürlüyü 245 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 184.168 nəf. (1 yanvar 2018)[1]
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +7 3902
Poçt indeksi 655000–655965[2]
Digər
абакан.рф
Xəritəni göstər/gizlə
Abakan xəritədə
Abakan
Abakan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Abakan (xak. Ағбан) — Rusiya şəhəri, Xakasiya Respublikasının paytaxtı. Şəhər Abakan şəhər dairəsini təşkil edir. Əhalisi 167,4 min (2002) nəfərdir. Minusa çökəkliyinin mərkəzində, Abakan çayının Yeniseyə töküldüyü yerdədir. Dəmiryolu və avtomobil yolları qovşağıdır. Çay portu və aeroport yerləşir. Xakasiyanın iri sənaye, mədəniyyət və elm mərkəzidir. Ağır maşınqayırma, yüngül və yeyinti sənayesi, meşə və ağac emalı, tikinti materialları istehsalı müəssisələri; 11 ali məktəb (filialları ilə birlikdə), 4 kitabxana, muzeylər, 5 teatr, filarmoniya var. Abakan şəhəri 18 əsrin axırlarında salınmışdır.

Şəhərin tarixi

[redaktə | mənbəni redaktə et]
Qədim dövrlərdə

Abakanda yaşayış məskənləri bizə tunc dövründən məlumdur.Yerli sakinlər bu yüksəkliyi Ax- Tiqey (ağ təpə) adlandırırdılar[3].Samohval dağının ətəyində Hunun daş qalası yerləşirdi. I əsrdə Çinli komandir Li İn çayın 8 kilometrliyində saray inşa etdirmişdir.