Abdülbaqi Gölpınarlı — Vikipediya

Abdülbaqi Gölpınarlı
Mustafa İzzət Baki
Abdülbaki Gölpınarlı
Abdülbaki Gölpınarlı
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (82 yaşında)
Vəfat yeri İstanbul, Türkiyə
Dəfn yeri
Vətəndaşlığı Türkiyə Türkiyə
Elm sahələri İslam, Ədəbiyyat
Elmi dərəcəsi

Mustafa İzzət Baqi və yaxud da bilinən adı ilə Abdülbaqi Gölpınarlı (12 yanvar 1900[2], İstanbul25 avqust 1982[2], İstanbul) — Azərbaycan əsilli Türkiyə ədəbiyyat tarixçisi, tərcüməçialim. Xüsusən Sufizmi, divan ədəbiyyatını, İran ədəbiyyatını araşdırmışdır.[3] Türkiyənin ən böyük sufizm araşdırmaçısı hesab edilir.[4]

Atası Əhməd Agah Əfəndi əslən azərbaycanlıGəncə quberniyasının Nuxa qəzasının Göybulaq kəndindən idi[5] və anası Aliyə Şöhrət Xanım qafqaz əsilli olan ubıxlardan idi.[3]

Jurnalist olan atası Əhməd Agah Əfəndi Mevlevi idi. Gelenbevi məktəbində son sinifdə olarkən atasını itirmişdir. Bundan sonra təhsilinə ara vermiş və işləməyə başlamışdır. İstanbuldakı Vezneçilərdə kitabçılıqla məşğul olmuşdur. Çorumun Alaca bölgəsindəki Mənbə-i İrfan ibtidai məktəbində müəllimlik və idarəçilik etmişdir. 1922-ci ildə İstanbula dönmüş, imtahanla son sinfinə girdiyi İstanbul kişi Müəllim Məktəbini, ardından da İstanbul Universiteti Ədəbiyyat fakültəsinin Türk dili və Ədəbiyyatı bitirmişdir. 1930-cu ildə Professor Köprülüzadə Fuad bəyin rəhbərliyində hazırladığı "Məlamilik və Məlamilər" mövzusunu müdafiə edərək məzun olmuşdur. Ədəbiyyat müəllimi olaraq Konya, Kayseri, Kastamonu, Balıkesir və İstanbul Heydərpaşa liseylərində işləmişdir. Ankara Universitetinin Dil və Tarix-Coğrafiya fakültəsində farscadan mühazirələr vermişdir. Doktorantura təhsilini aldıqdan sonra eyni fakültədə Mətinlər şərhindən mühazirə demişdir. İstanbul Universiteti Ədəbiyyat fakültəsində İslam-Türk Təsəvvüh tarixi və Ədəbiyyat fənnlərindən dərslər vermişdir. 1945-ci ildə Türk Cəza Qanununun 142-ci maddəsinə qarşı davrandığı iddiasıyla həbs edilmiş, 10 ay həbsdə qaldıqdan sonra bəraət almış və vəzifəsinə geri dönmüşdür. 1949-cu ildə öz istəyi ilə təqaüdə ayrılmışdır.[6]

27 may 1960-cı ildəki hərbi çevrilişi nəticəsində universitetdən uzaqlaşdırılan və 147-lər adlanan alimlər arasında idi.

1931-ci ildə nəşr etdirdiyi "Məlamilik və Məlamilər" adlı əsəriylə məşhurlaşan Gölpınarlı Türkiyyət məcmuası, İstanbul Universiteti İqtisadiyyat məcmuası ilə yanaşı müxtəlif jurnal və qəzetlərdə çox sayda elmi məqalələr yayımlamışdır. İslam Ensiklopediyası ilə Türk Ensiklopediyasının müxtəlif maddələrini yazmışdır. Divan ədəbiyyatını tənqidi olmaqdan əlavə, ideoloji yanaşma ilə dəyərləndirdiyi irəli sürülən Divan ədəbiyyatı beyannıdadır adlı kitabı ilə böyük mübahisələrə səbəb olmuşdur.[7]

A. Gölpinarlı M. Füzulinin "Səhhət və Mərəz" əsərini yenidən tərcümə etmiş, 1940-cı ildə fransız dilində yazılmış 4 səhifəlik xülasə ilə İstanbul Universitetinin Tibb Tarixi İnstitutunun Elmi məcmuəsində dərc etdirmişdir.

A. Gölpinarlı Türkiyənin təhsil sistemində bir neçə dərslik müəllifi kimi də tanınır. O, "İmtahan. Monoloq" (1925), "Mühasibati-Əxlaqiyyə" (1926–1927), "Yurd bilgisi" 4-cü sinif (1927), "Yurd bilgisi" –V sinif- (1927–1928), "Cümhuriyyət çocuğunun din dərsləri (Səbri Eşatlı ilə birlikdə)----III, IV, V siniflər-(1928) dərslikləri" və s. ilə türk məktəblilərinin təfəkkürünü və mütaliə dairəsini xeyli genişləndirmişdir.

Araşdırmaları

[redaktə | mənbəni redaktə et]
  • Yunus Əmrə divanı (1943–1949)
  • Füzuli divanı (1950)
  • Nədim divanı (Nədim divanı)
  • Mövlana Cəlaləddin (1951)
  • Mövlanədən sonra Mevlevilik (1953)
  • Xəyyam və rübailəri (1953)
  • Rumelidə yürüklər, tatarlar və Övlad-i Fatihan (1957)
  • Mənakib-i Hacı Bektaş Vəli (1963)
  • Ələvi Bektaşi nəfəsləri (1963)
  • Hafiz divanı (1968)
  • 100 sualda təsəvvüf (1969)
  • 100 sualda Türkiyədə məzhəblər və təriqətlər (1969)
  • Simavna Kadısıoğlu Şeyx Bədrəddin (1966)
  • Hürufilik mətinləri Kataloğu (1973)
  • Tarix boyunca İslam məzhəbləri və şiəlik (1979)
  • Təsəvvüfdən dilimizə keçən deyimlər və atalar sözləri (1978)
  • Quran-i Kərim və tərcüməsi (1955)
  1. 1 2 Deutsche Nationalbibliothek Record #118965107 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. 1 2 "Oxford Index Search Results - Oxford Reference" (ingilis). İstifadə tarixi: 2019-02-02.
  4. "Abdulbaki GolpinarliYunus Emre. Life and Works". Sandro Teti Editore (ingilis). 2020-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-08.
  5. Nəsrəddinov, Nazim. "Göybulaqlı Türkiyə alimi – Azərbaycan mühaciri". modern.az. 2012-06-23. İstifadə tarixi: 2024-10-16.
  6. "Abdülbaki Gölpınarlı Hayatı, Edebi Kişiliği, Eserleri". www.turkedebiyati.org. 2015-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-28.
  7. "Abdülbaki Gölpınarlı Kimdir Eserleri". www.derszamani.net (türk). 2013-05-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-09-28.