Abraxanovlar — Vikipediya
Abraxanovlar | |
---|---|
Titul | Xan |
Mənşəyi | Qarabağ, Kəlbəcər |
Təbəəliyi | Qarabağ xanlığı, Rusiya imperiyası |
Abraxanovlar — Azərbaycan xalqının tanınmış soylarından biri.
[redaktə | mənbəni redaktə et]Soyun yaranması
[redaktə | mənbəni redaktə et]Bu soy Dünbili elindən (ilk olaraq XI əsrdə ərəb coğrafyaçıların Suriya ilə bağlı məlumatlarda adı çəkilir) gəlib. Soyun ilk nümayəndəsi Əbuturab xan (Əbuturab xan Dünbili Cəfərqulu xan oğlu) , Dünbili əşirətindən olmasına baxmayaraq özü və övladları Abraxanov soyadını qəbul etdilər. Cəfərqulu xanın digər törəmələri isə Xoyski soyadını daşıyır. Əbuturab xan Xoy şəhərində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Atası ilə Quzey Azərbaycana mühacirət etmişdi. İbrahimxəlil xanın qızı Əzət bəyimlə ailə qurmuş, Şuşa şəhərinə köçmüşdü.
Soyun məşhur nümayəndələri
[redaktə | mənbəni redaktə et]- Əbuturab xan Dünbili — Cəfərqulu xan Xoyskinin oğlu və Abraxanov soyunun ilk nümayəndəsi.
- Qəmər bəyim Şeyda — Şairə.
- Cəfərqulu xan Xoyski — Xoy xanlığının son Xanı və Şəki xanlığının xanı, Əbuturab xanın atası.
Soyun nümayəndələri
[redaktə | mənbəni redaktə et]Abraxanov familiasının daşıyıcıları, Əbütürab xanın övladlarından təkcə Ata xanın övladları Abraxanov familiasını daşıyır:
- Ata xan - 1827- ci ildə anadan olub. Ata bəyin Azərbaycan ərazisində bircox ərazillərə sahib olduğu və həmçinin Şuşa Uyezdinin Cavanşir mahalnda anası Əzətbəydən miras qalan Sarob, Qaraqədəm və Xasılı sarayları olduğu bildirilir. Onun övladları Abraxanov soyadının daşıyıcılarıdır. Oğulgərək Xatınla ailə qurmuş və bu nigahdan 1 oğlu (Məhəmməd ağa) və 5 qızı (Şirin, Ziba, Qəmər, Fatma, İzzət) olmuşdur.
- Məhəmməd ağa - Ata xanın oglu Məhəmməd Ağa 19 cu əsrin sonlarında anadan olmuş, birinci həyat yoldaşı Zibabəyim ağa, ikinci həyat yoldasının adı Bəyim xanım olmuşdur, Zibabəyim ağadan 5 qizi (Dilarə, Dilruba, Dilguşə, Dürdanə) və 4 oglu (Bəhmən, Novruz, İmran, Əkbər) olub. Bəyim xanımdan 4 qızı (Qumru, Teyhu, və digərləri) və 1 oğlu (Rəşid) olub.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Nurlana Cavanşir, Abraxanovlar. Nəsil şəcərəsi. ATŞC xəbərləri. VI buraxılış. səh.43–54. (Rus dilində)
- Э.Э.Исмаилов, Ханы Хойские. Материалы к родословной и биографиям, ATŞC-nin xəbərləri, IV buraxılış. Bakı, 2003.ст.35–58.
- https://web.archive.org/web/20030812040847/http://www.almanach.be/search/i/iran_khoy.html