Abuzər Bağırov — Vikipediya

Abuzər Bağırov
Abuzər Musa oğlu Bağırov
Doğum tarixi (69 yaş)
Doğum yeri Rüstəm Əliyev, Gədəbəy rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Fəaliyyəti tərcüməçi

Bağırov Abuzər Musa oğlu (17 dekabr 1954, Gədəbəy rayonu) — tərcüməçi, tənqidçi, publisist, 1989-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Abuzər Bağırov 1954-cü il dekabrın 17-də Azərbaycanın Gədəbəy rayonunun Rüstəm Əliyev kəndində (indiki Miskinli) anadan olmuşdur. Burada kənd orta məktəbini bitirmişdir (1971). Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsində təhsilini davam etdirmişdir (1971-1975). Əmək fəaliyyətinə təyinatla göndərildiyi Puşkin rayonunda (indiki Biləsuvar rayonu) Ş.Qurbanov adına 2 saylı orta məktəbdə müəllim kimi başlamışdır (1975-1976). Sovet ordusunda xidmət etmişdir (1976-1977). Tərxis olunandan sonra Bakı şəhəri Qaradağ rayonunun Səngəçal-qəsəbə orta məktəbində dil və ədəbiyyat müəllimi olmuşdur (1977-1978). SSRİ Ədəbiyyat Fondunun Azərbaycan şöbəsində müxtəlif vəzifələrdə (Natəvan adına Yazıçılar klubunun müdiri, Şüvəlandakı Səməd Vurğun adına Yazıçıların yaradıcılıq evinin direktoru) işləmişdir (1978-1980). Sonra Moskvada Peredelkino SSRİ ədəbiyyat fondunda təminat şöbəsində rəis müavini olmuşdur (1981-1988). Hazırda Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində ştatdankənar müxbir vəzifəsində çalışır (1988-ci ildən). Bədii yaradıcılığa 70-ci illərin axırlarından başlamışdır. Onun tərcümələri, ədəbi tənqidi məqalələri dövri mətbuatda müntəzəm çap edilir.

  1. Moskvalı azərbaycanlılar. Bakı: Yazıçı, 1989.

Tərcümələri

[redaktə | mənbəni redaktə et]

(rus dilindən):

  1. T.AIeksandrova, V.Berestov. Katya oyuncaqlar şəhərində. Bakı: Gənclik, 1987.
  2. İ.Fesenko. Peyğəmbər iz qoyur. Bakı: Azərnəşr, 1987.