Adolfo Bioy Kasares — Vikipediya
Adolfo Bioy Kasares | |
---|---|
ing. Adolfo Bioy Casares | |
| |
Doğum adı | Adolfo Vicente Perfecto Bioy Casares |
Doğum tarixi | |
Doğum yeri | Buenos-Ayres |
Vəfat tarixi | (84 yaşında) |
Vəfat yeri | Buenos-Ayres |
Dəfn yeri | |
Təhsili | |
Fəaliyyəti | Yazıçı, şair, tənqidçi, kitabxanaçı |
Əsərlərinin dili | ispan |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Adolfo Bioy Kasares (15.9.1914, Buenos-Ayres – 8.3.1999, Buenos-Ayres) — Argentina yazıçısı.[1]
Fəaliyyəti
[redaktə | mənbəni redaktə et]1933–34-cü illərdə Buenos-Ayres Universitetində fəlsəfə və filologiyanı öyrənmişdir. Latın Amerikasında psixoloji fantastikanın banisidir. “Morelin kəşfi” (1940) adlı ilk romanında reallıqla axirət dünyası arasındakı antiutopiya ruhlu virtual qarşılıqlı əlaqəni təsvir etmişdir. “Qaçış planı” (1945), “Qəhrəmanların yuxusu” (1954), “Donuzlarla müharibə gündəliyi” (1969), “La-Platada fotoqrafın macəraları” (1985) və s. romanların müəllifidir. “Qəribə əhvalat” (1956), “Böyük serafim” (1967) və s. hekayə topluları var. X.L. Borxeslə birlikdə parodiyalı detektivlər, çoxsaylı antologiyalar yaratmışdır.[1]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 4-cü cild: Bəzirxana – Brünel (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2013. səh. 108. ISBN 978-9952-441-03-1.