Aerofotoşəkil — Vikipediya
Aerofotoşəkil
[redaktə | mənbəni redaktə et]Aerofotoşəkil-təyyarədən çəkilmiş şəkillər. Bu şəkillər məsafədən alınmış verilənlər növünə aid olmaqla aşağıdakı təsnifata malikdirlər.
Aerofotoşəkilçəkmə
[redaktə | mənbəni redaktə et]Təyyarə, vertolyot vo digər uçuş cihazları ilə yer səthinin fotoşəkillərinin çəkilməsi. Aerofotoşəkilçəkmə irimiqyaslı (10 000- dən çox), ortamiqyaslı (10000-30 000) və kiçikmiqyaslı (30000-dən kiçik) aparılır. Ərazinin təyyarədən çəkilməsi paralel marşrutla aparılır. Bu marşrutların bir-birindən uzaqlığı elə müəyyən edilir ki, qonşu marşrutlara aid aeroşokillər, orta hesabla, bir-birini 30 (enino örtmə), bir marşruta aid qonşu şəkillər isə bir-birini 60 (uzununa örtmə) örtsün. Aerofotoşəkillərə əsasən şəkil montaj edilir və fotosxem qurulur. Fotosxem şəkillərin mərkəz hissələrindən qarışdırılmış bütün ərazinin aeroşəklini verir.
Tarixi
[redaktə | mənbəni redaktə et]İlk aerofotoçəkiliş 1858-ci ildə Parisdə həyata keçirilmişdir. Bu çəkiliş fransız fotoqrafı və aeronavtı Qasnar Feliks Furnaşon tərəfindən aparılmışdır. O, həmçinin Nadar ləqəbi ilə də tanınır. 1887-ci ildə isə fransız fotoqrafı Artur Batut fotoçəkilişi hava ilanı vasitəsiylə aparmışdır. Müxtəlif aerofotoçəkilişlər arasında ekzotik olanları da mövcuddur. Belə ki, XX əsrin əvvəllərində alman əczaçısı Yulius Noybronner poçtalyon göyərçinlərin köməyi ilə landşaftların yuxarıdan çəkilişini həyata keçirmişdir. Bu üsul rəğbətlə qarşılanmış, 1909-1911- ci illərdə Drezdendə, Frankfurtda və Parisdə beynəlxalq mükafatlar almışdır. Həmçinin göyərçin çəkilişləri I Dünya müharibəsində hava kəşfiyyatı üçün istifadə edilmişdir. Belə ki, müasir prototip xidmət kimi canlı kameralar ev və vəhşi heyvanlara taxılmışdır. 1898-ci ildə pioner Tile R.Y ilk dəfə Rusiyada panoramoqrafı ixtira etmişdir. O, hava şarından çəkilişlər aparmaq üçün istifadə edilirdi və Rusiya Coğrafiya Cəmiyyəti tərəfindən qızıl konstantin medalı ilə təltif edilmişdir. 1909-cu il aprelin 24-də ilk kiçik metrajlı havadan video çəkiliş (3 dəq 28 san) Romada "Uibur Rayt və onun təyyarəsi" kinoroliki üçün aparılmışdır. İlk dəfə aerofotoçəkiliş üçün yarım avtomatik kamera rus hərbiçisi və polkovniki V.F.Potte tərəfindən 1911-ci ildə hazırlanmışdır. Bu aparatdan I Dünya müharibəsində istifadə olunurdu. I Dünya müharibəsi dövründə hərbi məqsədlərlə müxtəlif aerofotoçəkilişlər müxtəlif təyyarəçilər tərəfindən aparıldı və onların arasında əfsanəvi amerikalı təyyarəçi Fred Zinn xüsusi seçilir. Onun tərəfindən 1915-ci ildə Nev-Şapel döyüşü zamanı aerofotoçəkiliş aparılmışdır. Kartoqrafiya üçün də aerofotoşəkillər I Dünya müharibəsi dövründə olmuşdur. 1918-ci ilin yanvar ayında general Allenbinin göstərişi ilə Avstriyanın beynəlxalq hava qüvvələrinin 5 təyyarəçisi Fələstində 1600 kv km ərazidə çəkilişlər aparmışlar. Aerofotoçəkilişlərin kommersiya baxımından istifadəsinin təşəbbüsü Şerman Feyrçaylda məxsusdur. Onun şəxsi Feyrçayld Eyrkraft şirkəti xüsusi təyyarələr hazırlayırdı ki, yüksək dağlıq ərazilərdə çəkilişlər aparmaq mümkün olsun. 1935-ci ildə bu şirkətin təyyarələrinə 2 kameralı sinxron işləyən qurğular quraşdırılmışdır. Hər bir kameral yüksək ayırdetməli linzalarla təchiz olunmuşdur ki, 7000 m hündürlükdən çəkiliş aparmaq mümkün olsun. İlk dövlət tərəfindən irəli sürülmüş sifariş Nyu-Meksika ştatının torpaqlarının eroziya durumunu öyrənmək üçün olmuşdur. Bir il sonra artıq şirkətin istehsal etdiyi kameralar 9000 m hündürlükdən məsafələri qeydə ala bilirdi ki, hər bir şəklin sahəsi isə 1600 kv km idi.
Aerofotoçəkilişlərin növləri
[redaktə | mənbəni redaktə et]Aerofotoçəkilişin müxtəlif növləri ayrılır ki, bu zaman yuxarıdan düz çəkiliş və ya meyillik nəzərə alınaraq aparılan çəkiliş plan və ya perspektiv çəkiliş adlanır. Bəzən hərəkət edən cisimlərin silindir səthində çəkili də mövcuddur ki, bu da panarama adlanır. Əsasən aerofotoşəkillər bir obyektivli kamera ilə çəkilir. Bəzən isə lazım olduqda çoxobyektivli kameralardan istifadə edilir. Həmçinin tək hava şəkilişləri də mövcuddur ki, bu zaman bir istiqamətdə və ya sahə boyu çəkilişlər də aparmaq mümkündür. Bu zaman çəkiliş marşrut və ya sahəvi ad alır.
Aeroşəkillərin deşifrlənməsi
[redaktə | mənbəni redaktə et]Aeroşəkil əsasında yer səthinin öyrənilməsi üsullarından biri. Aeroşəkillərin deşifrlənməsi-rəngli aerofotoşəkil, zorrebin, parallaktik xətkeş, stereoskop və s-dən istifadə edilir. Topoqrafik deşifrleşdirmə aerofotoşəkildəki sahənin təfsilatı (bitki örtüyü, hidroqrafıya, yaşayış məntəqələri, yollar, sərhədlər və s.) və relyefi ayırd edilib topoqrafik xəritədə göstərilir. Xüsusi deşifrləşdirmə isə geoloji, hidroloji, torpaqşünaslıq və s. məqsədlər üçün aparılır. Geoloji deşifrləşdirmədə aerofotoşəkildə əks olunmuş geoloji obyekt, süxur, faydalı qazıntı və b. geoloji xüsusiyyətlər ayırd edilir.
Aerofototopoqrafiya
[redaktə | mənbəni redaktə et]Aerofotoşəkilçəkmə materialları əsasında topoqrafik xəritələrin tərtib üsullarını öyrənən elmi fənn.[1]
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Coğrafi İnformasiya Sistemlərində istifadə olunan terminlər Arxivləşdirilib 2017-06-29 at the Wayback Machine
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Qərib Məmmədov, Mahmud Xəlilov. Ensiklopedik ekoloji lüğət, Bakı 2008