Aki vilayəti — Vikipediya

Aki (yapon dilində 安芸国 Aki no Kuni) və yaxud Qeysyu (yap.芸州) — Yaponiyanın Honşu adasının qərbində yerləşən tarixi vilayət. Müasir dövrdə Hiroşima prefekturasının qərb hissəsini təşkil edir.

Öncəki dövrlər vilayətin adı başqa iyeroqliflərlə 阿岐 yazılırdı. Müasir - 安芸 iyeroqliflərin qəbulu VII əsrdə baş vermişdir.

Heyan dövrünün sonundan etibarən, Aki vilayətinin şöhrətini artıran amil, İsukusima məbədinin yerləşməsi olmuşdur. Məşhur sərkərdə Tayra no Kiyomori bu məbədə yeni binalar və dini mətn əlyazmaları hədiyyə etmişdir. İsukusima məbədi limana malik idi və vacib strateji əhəmiyyətli yer hesab olunurdu.

Senqoku dönəmində Akidə Mori klanı hakim idi. 1555-ci ildə Mori Motonari İsukusima döyüşündə Sue Xaratukanı məğlub edərək, Honşu adasının bütün qərb hissəsini tamamilə əlinə keçirmişdir.

Totoyami Xideyesinin öz oğlu üçün təyin etdiyi beş qəyyumdan biri olan Mori Terimoto, Sekiqahara döyüşündən öncə, İsida Misunarinin tərəfinə keçmiş və bununla da torpaqlarından çoxunu, o cümlədən də Aki vilayətini itirmişdir.

Aki vilayətini bir müddət Fukusima Masanori idarə etmişdir. 1619-cu ildə Hiroşima daymyosu vəzifəsinə 420 000 koku qarşılığında Asano Naqakira gətirildi. Meydzi islahatınadək, Aki vilayəti Asano klanının hakimiyyəti altında idi. 1871-ci ildə Aki vilayəti ləğv edilmiş və onun ərazisi Hiroşima prefekturasının tərkibinə daxil edilmişdir. Bir neçə inzibati islahatlardan sonra Xirrosima prefekturası müasir sərhədinə qovuşmuşdur.

  • Aki
  • Kamo
  • Masuda
  • Numata
  • Saeki
  • Takamiya
  • Takata
  • Yamaqata