Aksı rayonu — Vikipediya

Aksı rayonu

41°30′ şm. e. 71°45′ ş. u.HGYO


Ölkə
Tarixi və coğrafiyası
Yaradılıb 29 oktyabr 1935
Sahəsi
  • 4.578 km²
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 113.010 nəf. (2009)
Aksı rayonu xəritədə

Aksı rayonu (qırğ. Аксы району) — Qırğızıstan Respublikasının Cəlalabad vilayətinin inzibati vahidi. İnzibati mərkəzi Kerben şəhəridir.

Bu rayon 29 oktyabr 1935-ci ildə Taş-Kumir rayonu olaraq qurulmuşdur[1]. 16 noyabr 1942-ci ildə adı Cangi-Col rayonu olaraq dəyişdirilir və 6 mart 1992-ci ilə qədər bu adı daşıyır[2]. 29 oktyabr 1958-ci ildə Karvan rayonu Cangi-Col brayonuna birləşdirilir. 1990-cı ilə qədər Oş vilayətinin bir hissəsi olur.

Rayon vilayət mərkəzindən - Cəlalabad şəhərindən şimal-qərbdə, dəniz səviyyəsindən 1200 metr yüksəklikdə, Fərqanə vadisinin şimal kənarında yerləşir.

Aksı rayonu Özbəkistanın Nəməngan vilayəti 4 rayonu (Yeni-Kurqan, Çartak, Uyçin və Üç-Kurqan) ilə həmsərhəddir. Aksı rayonunun Özbəkistan Respublikası ilə sərhədinin uzunluğu 142 km-dir.

Rayon ərazisində (Qərbi Tyan-Şan) aşağıdakılar qurulmuşdur və hazırda fəaliyyət göstərir:

Avletim-Ata Dövlət Təbii Parkı,

Arkıt meşə təsərrüfatı müəssisəsi (1939-cu ildə qurulmuşdur),

Padışat Dövlət Qoruğu,

Sarı-Çələk Dövlət Biosfer Qoruğu,

Ryazan-Say Nəbatat Qoruğu,

Çel-Tiybes botanika qoruğu,

Baltır-Xan meşə qoruğu,

"Qayalar Qara-Ciqaç" hidrogeoloji qoruğu (təbii abidə),

həmçinin qayaüstü təsvirlərin əks olunduğu tarixi bir abidə (Taş-Kemyur qrupu).

Qırğızıstanda aparılan 2009-cu il siyahıyaalınmasına görə, qırğızlar rayonun 113 010 sakinindən 107 447 nəfərini (ya da 95,1%), özbəklər 4802 nəfərni və ya 4,2%-ni, ruslar 305 nəfər və ya 0,3%-ni təşkil edir.

Mübahisəli ərazilər

[redaktə | mənbəni redaktə et]

Aksı rayonunun Özbəkistanla dövlət sərhəd hissəsində, ümumi sahəsi 513 hektar olan 8 mübahisəli ərazi var. Sərhədlərin qeyri-müəyyənliyi iki respublika vətəndaşları arasındakı qarşıdurmaların əsas səbəbidir.

16-18 mart 2002-ci il tarixlərində Aksı rayonunda əhali ilə hüquq-mühafizə orqanları arasında toqquşmalar baş vermişdir. Əhalinin tələblərindən biri də Qırğızıstan-Çin dövlət sərhədi haqqında 1999-cu ildə imzalanan müqavilənin təsdiq edilməsindən imtina edilməsidir.

Son vaxtlar bölgədəki maddi rifah səviyyəsinin aşağı olması səbəbindən əhalinin həm ölkənin şimalına, həm də Rusiyaya kütləvi axını olmuşdur[3].