Al və ağ qızılgül müharibələri — Vikipediya

Al və ağ qızılgül müharibələri
Tarix 22 may 1455 - 16 iyun 1487
Yeri İngiltərə, Uels, İrlandiya, Kale
Nəticəsi Lankasterlərin qəti qələbəsi
Münaqişə tərəfləri

Lankaster sülaləsi
Tüdor sülaləsi
Fransa krallığı
Şotlandiya krallığı
Bretan hersoqluğu

York sülaləsi
Burqundiya hersoqluğu
Bretan hersoqluğu

Komandan(lar)

VI Henri
VII Henri
Anjulu Marqarit

IV Eduard
V Eduard
III Riçard
Yorklu Riçard

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Al və ağ qızılgül müharibələri[1] (ing. The Wars of the Roses) — İngiltərədə Plantagenetlər kral sülaləsinin iki qolu – Lankasterlər (1399–1461) və Yorklar (1461–1485) arasında 1455–1485-ci illərdə hakimiyyət uğrunda baş vermiş daxili müharibələr. Lankasterlərin gerblərində al qızılgül, Yorkların gerblərində isə ağ qızılgüı təsvirləri var idi. Lankasterlər iqtisadi cəhətdən geridə qalmış şimalın və Uelsin baronlarına, Yorklar isə inkişaf etmiş cənub-şərqin "yeni zadəganlar"ına arxalanırdılar. "Yeni zadəganlar" və varlı şəhər əhalisi ticarətin maneəsiz inkişafında maraqlı olduqları üçün Yorkları dəstəkləyirdilər. Mübarizə hər iki sülalənin məhvinə gətirib çıxardı və Lankasterlərdən olan VII Henri hakimiyyəti ələ aldı və Tüdorlar sülaləsinin (1485–1603) hakimiyyət dövrü başlandı.[2]

  1. Ал вә ағ гызылҝүл мүһарибәләри // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 210.
  2. Al qızılgül və ağ qızılgül müharibələri // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 284. ISBN 978-9952-441-02-4.