Alban Berq — Vikipediya
Alban Berq | |
---|---|
alm. Alban Berg | |
Ümumi məlumatlar | |
Doğum adı | Albano Maria Johannes Berg |
Doğum tarixi | 9 fevral 1885[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 24 dekabr 1935[3][1][…] (50 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | sepsis[5] |
Dəfn yeri |
|
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar, pianoçu, musiqiçi, librettoçu |
Fəaliyyət illəri | 1907–1936 |
Janrlar | opera, dodekafoniya |
Musiqi aləti | piano |
Vikianbarda əlaqəli mediafayllar |
Alban Berq (alm. Alban Maria Johannes Berg, 9 fevral 1885[1][2][…], Vyana[3] – 24 dekabr 1935[3][1][…], Vyana[3])—XX əsrin II Vyana məktəbi üzvlərindən biri, avstriyalı bəstəkar və pianoçu
Həyatı
[redaktə | mənbəni redaktə et]Alban Berq 9 fevral 1885-ci ildə Vyanada tacir ailəsində anadan olmuşdur. Valideynlərinin musiqiyə olan marağı kiçik yaşlarından Alban Berqə təsir göstərmiş, 15 yaşına çatdıqda artıq bir çox mahnı və duet bəstələmişdi. Onun ilk bəstələri əsasən klassik janrda idi.
1904-cü ildə radikal bəstəkar Şönberqlə tanışlığı Berqin həyatında dönüm nöqtəsi hesab edilir. Onlar arasında ilk əvvəl müəllim-tələbə, daha sonra isə dostluq münasibətləri yaranmışdı.
Bəstəkar 1911-ci ildə Helen adlı bir qadınla ailə həyatı qurmuşdur.
Fəaliyyəti
[redaktə | mənbəni redaktə et]1908-ci ildə Op. 1 Piano Sonatısını, 1910-cu ildə Op 2 Mahnılar və eyni il Op. 3 simli Dördlü əsərlərini bəstələyən bəstəkar son əsərini həyat yoldaşına həsr etmişdir.
Alban Berq özünün ilk orkestr əsərini 1912-ci ildə bəstələmişdir. 1914-1915-ci ildə ərsəyə gətirdiyi Op. 6 Orkestr üçün 3 əsəri müəllimi Şönberqə 40 yaşı ilə bağlı hədiyyə etmişdir.
Alban Berq 1915-1918-ci ildə hələ əsgərlikdə olarkən məşhur alman yazıçı Qeorq Bünçerin Vozzek adlı əsərinə yazdığı operasını 1922-ci ildə tamamlayır. Bu əsər musiqi tarixində ilk atonal opera sayılır və XX əsr musiqisinin ən önəmli təmsilçilərindən biri hesab edilir.
Bəstəkarın 1925-ci ildə bəstələdiyi Kamera konçertosu 1926-cı ildə bəstələnmiş Lulu suitasına nisbətən daha klassik bir janra sahibdir. Alban Berq 1935-ci ildə Lulu suitası üzərində çalışarkən işini yarımçıq qoyaraq Skripka Konçertosunu bəstələmişdir. Bu əsər özünəməxsusluğu ilə seçilir. Əsər Alma Mahler ilə məşhur memar Valter Qropiusun gənc yaşda vəfat edən övladları Manon Qropiusa həsr olunmuşdur. Bəstəkar əsəri tamamladıqdan bir neçə gün sonra xəstələnmiş və 4 ay müddətində, 24 dekabr 1935-ci ildə vəfat etmişdir.
Seçilmiş əsərləri
[redaktə | mənbəni redaktə et]Piano
[redaktə | mənbəni redaktə et]- Piano Sonatası, Op.1
Kamera musiqisi
[redaktə | mənbəni redaktə et]- Simli alətlər Kvarteti Op.3
- Klarnet ve Piano üçün 4 hissə, Op.5
- Lirik suitası
- Kammerkonzert (1925) Piano, skripka ve 13 nəfəsli musiqi alətləri üçün
Orkestr musiqisi
[redaktə | mənbəni redaktə et]- Orkestr üçün 3 hissə, Op.6
- Skripka konçertosu
Opera
[redaktə | mənbəni redaktə et]- Wozzeck, Op.7
- Lulu
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Alban Berg // Nationalencyklopedin (швед.). 1999.
- ↑ 1 2 3 4 5 6 Берг Альбан // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ RKDartists (nid.).
- ↑ https://boydellandbrewer.com/blog/music/composers-and-their-accidental-deaths/.